Меню сайта |
|
|
FAYLLARIN KATALOQU |
|
|
|
Главная » 2011 » Июль » 18 » Axirət
|
Axirət
14.Axirət. Qur’an: «Biz axirət qazancını istəyənin qazancını artırır, dunya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə hec bir payı yoxdur.» Hədis: 31.İmam Əli (ə):«Dunya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.» 32.İmam Əli (ə):«Axirətdən mohkəm yapış ki, dunya sənə kicik gəlsin.» 33.İmam Əli (ə):«Həqiqətən dunya səndən ayrılandır, axirət isə sənə yaxındır.»
15.Axirət işlərinin əzəməti. Quran: «Bir gor onların birini digərindən necə ustun etdik. Axirətdə dərəcə və ustunluklər daha yuksək və ucadır.» Hədis: 34.İmam Əli (ə):«Dunyanın hər bir şeyini eşitmək gorməyindən boyukdur. Axirətin isə hər bir şeyini gormək eşitməyindən boyukdur. Odur ki, axirəti gorməyin yerinə, gozlərə gorunməyən, qeyb pərdəsi arxasında olanları muşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»
16.Axirət əbədi evdir. Quran: «Ey qovmum! Bu dunya həyatı kecici bir şeydir, qalmaq yeri axirət evidir.»
Hədis: 35.İmam Əli (ə):«Oz əbədi evini abadlaşdıran kəs ağıllıdır.» 36.İmam Əli (ə):«Dunya qurtaran, axirət isə əbədidir.»
17.Axirətin ustunluyu. Quran: «De:«Dunyanın malı azdır və axirət, təqvası olan ucun daha yaxşıdır.» Hədis: 37.İmam Əli (ə):«Axirətin hec bir əvəzi yoxdur və dunya insanın qiyməti deyil.»
18.Axirəti yada salmaq. 38.İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dunyanı yada salmaq isə ən pis dərd və xəstəlik.» 39.İmam Əli (ə):«Kim axirəti cox yadına salsa gunahı və (Allaha qarşı) itaətsizliyi az olar.»
19.Axirət ucun iş gormək. 40.Allahın Peyğəmbəri (s):«Dunyan ucun elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin ucun elə iş gor sanki sabah oləcəksən.» 41. Allahın Peyğəmbəri (s):«Allah gecə-gunduz ən boyuk dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dunyadan kocməz. Allah gecə-gunduz ən boyuk dərd-qəmi dunya olan kəsin alnına isə yoxsulluq (mohuru) vurar, işinin nizamını pozar.O dunyada oz qismətindən artıq bir şey əldə etməz.» 42.İmam Əli (ə):«Dunyaya rəğbəti ola-ola axirət ucun iş gormək faydasızdır.»
|
Категория: EHLIBEYT HƏDISLƏR |
Просмотров: 540 |
Добавил: sahil
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
KITABXANA
1.5 |
|
|
QURAN OXU
QURAN DINLE
ISLAMI SAYTLAR EHLIBEYT-MOIZE.UCOZ.RU ISLAM-AZERI.AZ AHLIMAN.COM MUSELMAN.WS DEYERLER.ORG HAQQYOLU.COM AHLALBAYT.RU ISLAMMEKTEBI.ORG SIZINYOL.COM ZEKA.AZ HZ-ALI.TK ZEHRANET.COM ISLAMAZ.COM SONUMID.TK HILAL.AZ ISLAMINSESI.AZ FAKTXEBER.COM NOOR.AZ AHLIBEYT.AZ AHLIBEYT.GE KOVSER.AZ BIRLIK.AZ IMAN.GE
|