578. Axmaqlıq
1758. İmam Əli (ə) :«Axmaqlıq, ən pis xəstəlikdir.»
1759. İmam Əli (ə) :«Ən pis yoxsulluq axmaqlıqdır.»
1760. İmam Əli (ə) :«Axmağın ozu ozunə vurduğu ziyanı, duşmən oz duşməninə vurmaz.»
579. Axmağın sifətləri
1761. Məsih (ə) «Axmaq kimdir?» sualının cavabında: «İnadkar, ozundənrazı, butun fəzilətlərin ozundə olduğunu zənn edən, hec kəsi ozundən ustun bilməyən, butun huquqların onuncun olduğunu duşunən və başqalarının onun uzərində olan hec bir haqqını tanımayandır. Bu elə axmaqlıqdır ki, onun dərdinə hec bir əlac yoxdur.»
1762. İmam Əli (ə) :«Kim başqalarının eyblərini gorub onları yaramaz hesab edir, sonra isə həmin eyibləri ozundə bəyənirsə, həqiqi axmaq odur.»
1763. İmam Əli (ə) :«Kişinin axmaqlığı uc şeydən tanınar: mənasız (sozlər) danışmaqdan, ondan soruşulmayan suala cavab verməkdən və işlərində qorxmazlıq və cəsarətdən.»
1764. İmam Əli (ə) :«Axmağın nişanələrindən biri budur ki, hər an bir rəngə duşər.»
1765. İmam Əli (ə):«Xalqın sənin ucun dedikləri hər bir şeyi rədd etməyə calışma. Axmaqlığı gostərməkcun elə bu kifayətdir.»
580. Axmaqla yoldaşlıq etmək
1766. İmam Səccadın (ə) oz alicənab oğlu Həzrət Baqirə (ə) tovsiyyələrindən: «Oğlum! Axmaqla oturub-durmaqdan və ya yoldaşlıq etməkdən cəkin, ondan uzaqlaş və onunla həmsohbət olma. Cunki ağılsız adam istər yanında olsun, istərsə də başqa yerdə, alcaq və şəxsiyyətsizdir. Sohbətə başlasa axmaqlığı onu rusvay edər və nə vaxt sakit qalsa, bu onun soz danışmaq qudrətinin olmamasına gorə olar. Əgər bir iş gorərsə onu xarab edər, ohdəsinə bir məsuliyyət gotursə onu yarıtmaz. Nə oz elmi onun dadına yetər, nə də başqalarının biliyi ona fayda verər. Onun xeyrini istəyən insanın sozunə qulaq asmaz. Onunla oturub duranın əlindən rahatlığı olmaz, anası olumunu istəyər. Zovcəsi onu itirməyi, qonşusu qonşuluqdan getməsini və yoldaşı onunla yoldaşlıqdan xilas olmasını arzulayar. Əgər məclisin ən kicik şəxsi olsa, ozundən yuksək şəxsləri əziyyətə salar. Məclisin ən boyuk şəxsi olarsa tabeliyində olanları fəsada və pozğunluğa cəkər.»
1767. İmam Sadiq (ə) :«Hər kəs axmaqla dostluq etməkdən uzaqlaşmasa, tezliklə onun əxlaqını və xasiyyətini ozunə goturər.»
581. Ən axmaq insan
1768. İmam Əli (ə):«Ən axmaq insan ozunu hamıdan ağıllı biləndir.»
1769. İmam Əli (ə) :«Ən ağılsız insan odur ki, yaxşılıq etmədən (eyni halda) təşəkkur gozləsin, pislik edərək (əvəzində) yaxşı mukafat umsun.»
1770. İmam Əli (ə) :«Ən axmaq insan odur ki, ozundə də olduğu halda başqaların eybini yaramaz hesab edir.»
582. Axmağın cavabı
1771. İmam Əli (ə) :«Axmağın muqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.»