اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Cənnət
17:35
Cənnət
                                                             Cənnət

                                                             357. Cənnət
Qur’an:
 «Rəbbiniz tərəfindən bağışlanmanıza, genişliyi səmalar və yer qədər olan və təqvalılar ucun hazırlanmış Cənnətə tələsin.» 
Hədis:
1147.İmam Əli (ə):«Bilin! Mən Cənnət kimi elə bir yer gormədim ki, onu axtaran yuxuya dalsın və Cəhənnəm kimisini də gormədim ki, ondan qacan yuxuya gedib uyusun.»
1148. İmam Əli (ə):«Cənnət ən ustun məramdır.» 
1149. İmam Əli (ə):«Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır.» 

                                     358. Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur.
Qur’an:  
«Həqiqətən, Allah-taala mominlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun.» 
Hədis:  
1150. İmam Əli (ə):«Həqiqətən sizin canlarınızın qiyməti (dəyəri) Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa hec nəyə satmayın.» 

                                                359. Cənnətin qiyməti
1151. İmam Əli (ə):«Cənnətin qiyməti saleh və yaxşı əməldir» 
1152. İmam Əli (ə):«Cənnətin qiyməti qəlbdən dunya məhəbbətini silməkdir.» 
1153. İmam Sadiq (ə):«Cənnətin qiyməti «la ilahə illallah» sozudur.» 

                                               360. Cənnətə daxil olmağın şərtləri.
Qur’an:
  «Əgər momin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın cərdəyi qədər də zulm edilməyəcək.» 
«Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik.»
 Hədis: 
1154. Allahın Peyğəmbəri (s):«Ummətim daha cox iki şeyə gorə Cənnətə daxil olacaq: ilahi təqva və gozəl əxlaq.» 
1155. Allahın Peyğəmbəri (s):«Uc şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gozəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mubahisəni tərk edən şəxs.» 
1156. Allahın Peyğəmbəri (s):«Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu.» Peyğəmbər buyurdu:«Arzularınızı qısaldın, olum anını gozlərinizin onunə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin.» 
1157. Allahın Peyğəmbəri (s):«Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar.» 
1158. İmam Sadiq (ə):«Uc əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər:  kasıb vaxtında ehsan etmək, hamı ilə gozəl rəftar etmək, insaflı olmaq.» 

                                                361. Cənnət cətinliklərlə burunubdur.
Qur’an:
«Elə duşunursunuz ki, Allah-taala sizin aranızdan cihad edən və dozumlu olanları məlum etməmiş Cənnətə daxil olacaqsınız?»
Hədis:  
1159. İmam Əli (ə):«Cənnət cətinliklər və məhrumiyyətlərlə qazanılır.» 
1160. İman Bağır (ə):«Cənnət cətinliklər və səbrlə əhatə olunub. Dunyada cətinliklərə səbr edən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və nəfsin istəklərinin əhatəsindədir, ləzzətlərin və nəfsin istəklərinin ardınca gedən Cəhənnəmə gedər.»
1161. İmam Rza (ə):«Cənnəti istəyən və eyni halda cətinliklərə səbr etməyən hər kəs sozsuz ki, ozunu ələ salmışdır.»
 
                                                362. Cənnət onlara vacib olan kəslər.
1162. Peyğəmbər (s):«Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm.» 
1163. Allahın Peyğəmbəri (s):«Mənim ucun altı şeyi ohdənizə alın, sizin Cənnətə daxil olmağınızı ohdəmə goturum. Yalan danışmayın, vədinizə xilaf cıxmayın, sizə əmin olana xəyanət etməyin, gozlərinizi (harama) baxmaqdan cəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın.» 

                                             363. Cənnət onlara haram olan kəslər.
Qur’an: 
«Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir.»
 Hədis:  
1164. Allahın Peyğəmbəri (s):«Uc şəxsə Cənnət haramdır:  (Allaha) minnət qoyana, qeybət edənə, şərab icənə.» 
1165. Allahın Peyğəmbəri (s):«Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz.» 
1166. Allahın Peyğəmbəri (s):«Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər».

                                               364. Cənnətin qapıları.
Qur’an:
«Qapıları onların uzunə acıq olan əbədi Cənnətlər.»
Hədis:  
1167. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətin qapıları qılıncların kolgəsindədir.» 
1168. İmam Əli (ə):«Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sozu danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər duşmənciliyi olmayan musəlmanlar Cənnətə kecəcəklər.» 

                                                365. Cənnətin dərəcələri.
Qur’an:  
«Onun yanına imanla gələn və xeyir əməllər gorənlər ali dərəcələrə sahibdir.» 
Hədis:  
1169. Allahın Peyğəmbəri (s):«Cənnətdə elə bir dərəcə və məqam var ki, ona yalnız ədalətli rəhbər, qohumları ilə cox əlaqə  saxlayan (sileyi-rəhm edən) və səbrli boyuk ailə sahibi yetişəcək.» 
1170. İmam Əli (ə) Cənnəti vəsf edərək buyurub : «Cənnətin bir-birindən ustun dərəcələri və bir-birindən fərqlənən mənzilləri var.» 
1171. İmam Əli (ə):«Bizim şiələrin mənzilləri Cənnət əhlinə sizin səmada gorduyunuz ulduzlar kimi gorunəcək.» 
1172. İmam Səccad (ə):«Həmişə Qur‘an oxu, cunki, Allah-taala Cənnəti yaratdı və Qur‘anın ayələri qədər ona dərəcələr verdi. Hər kim Qur‘an oxuyarsa, Qur‘an ona deyər:«Oxu və yuxarı qalx.» Bu şəxslər Cənnətə daxil olanda yalnız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar.» 
1173. İmam Sadiq (ə):«Cənnət əhlindən (imkan cəhətdən) ən aşağı səviyyədə olan şəxsin vəziyyəti elədir ki, əgər butun insanlar və cinlər onun qonağı olub, sufrəsindən yeyib-icsələr verdiyi təamdan hec nə azalmaz.» 

                                               366. Cənnətə daxil olan birinci şəxs.
1174. Allahın Peyğəmbəri (s):«Allahın yaratdıqlarından Cənnətə hamıdan əvvəl daxil olanlar yoxsullardır.»  
1175. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan birinci şəxs şəhid və oz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir.»
1176. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan ilk dord nəfər  mən, sən, Həsən və Huseyndir.» 
1177. İmam Baqir (ə):«Cənnət əhli arasında Cənnətə birinci daxil olanlar xeyir əməl sahibləridır.» 

                                                 367. Cənnət əhli.
1178. Allahın Peyğəmbəri (s):«Sizə Cənnət əhlindən xəbər verimmi? (Cənnət əhli həmən) Məğlubiyyətə uğrayan acizlərdir.» 
1179. Allahın Peyğəmbəri (s):«Cənnət əhlinin bədənlərinin tuku az, uzləri tuksuz və gozlərinə surmə cəkilmişdir. Cavanlıqları hec vaxt aradan getmir, paltarları hec vaxt kohnəlmir.»
1180. İmam Əli (ə):«Həqiqətən, hər bir sakit təbiətli, vuqarlı və xoş xasiyyətli momin Cənnət əhlidir.» 

                                                368. Cənnətin geniş olması.
1181. Allahın Peyğəmbəri (s):«Dəvə oz sahibindən qacdığı kimi, Allahın itaətindən qacanlardan başqa, hamınız Cənnətə daxil olacaqsınız.» 
1182. İmam Səccad (ə):«Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mutləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək ucun bir-birinizlə yarışın.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 633 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ