Quranda "din günü" (yəvmu'd-din) anlayışı
- biri bir ayədə iki dəfə olmaqla on iki yerdə keçir. Onları aşağıda
bir-bir sıraladıq.
Sağdan, soldan eşitdiklərinizi unudun.
Quran "din günü" deyərkən nəyi nəzərdə tutduğunu özünüz görün:
1- "Həmd, Aləmlərin Rəbbinədir. O Rəhman və Rəhmdir. DİN GÜNünün Malikidir." (Fatihə; 2-4)
Hamımızın çox yaxşı bildiyi Fatihə surəsində "Din gününün Maliki"
(Maliki yəvmu'd din) ifadəsi "din günündə mülkün yeganə sahibi"
deməkdir.
Deməli, bir "din günü" var və bu gündə mülkün yeganə sahibi bir malik/məlik olacaq.
Deməli, bu gün, Yunusun "Hanı bunun ilk sahibi?" ifadəsində keçən
"İlk sahib"in ortaya çıxdığı və bütün saxta və yalan mülk (sərvət və
iqtidar) sahibliyinin sona çatdığı gündür.
Deməli din günü əsas etibarilə "mülk"lə əlaqədardır.
2- "Sizi atəşə aparan nədir? (deyə soruşulunca) ‘Biz salat etməz,
yoxsulu doydurmaz, zəlalətə dalanlarla birlikdə biz də zəlalətə
dalardıq. DİN GÜNünü yalan sayardıq. Açıq-aşkar həqiqət (yəqin) gələnə
qədər beləydik." (Müddəsssir; 42-47).
Deməli, o gündə yaman bir hesabın və onun cəzası olaraq atəşin/əzabın
içinə düşənlər, Yunusun "Mal da yalan mülk də yalan" ifadəsində keçən
yalana dalıb gedənlər, bunun arxasında bir ömür bitirənlər, buna görə də
"salat" etməyənlər və "yoxsul"u unudanlardır. Salat ilə yoxsulun
arasını ayıraraq, salatı sadəcə "namaz qılmaq"dan ibarət sananlardır.
Onların salatı Maun surəsində keçdiyi kimi üzlərinə çarpılacaq.
"Heyflər olsun sizin salatınıza!" ifadəsindən də aydın olduğu kimi,
içində yetim və yoxsul dərdi olmayan hər salat boşdur (sahun).
Deməli, din günü elə bir gün olacaq ki, o gün içində yetim və yoxsul
dərdi olmayan, başda salat olmaq üzrə bütün dindarlıq təzahürlərinin
iflas bayrağı qaldırılacaq. Bu halda siz salatınızı, əsla yetim və
yoxsuldan ayırmayın. Salatınız sizi yetimə və yoxsula aparsın, əks halda
qarşılaşacağınız böyük bir iflasdır.
Deməli, din günü "yoxsulların hesabı" ilə əlaqədardır.
3 "Bir gün Rəbbin mələklərə demişdi ki: "Mən palçıqdan bir insan
yaradacağam. Ona son şəklini verib ruhumdan üfləyincə onu salamlayın!"
Bunun üzərinə mələklərin hamısı salama dayandılar. Yalnız İblis
təkəbbürlük etdi və kafirlərdən oldu. Allah: "Ey iblis, Öz əlimlə
yaratdığımı salamlamaqdan səni saxlayan nədir? Təkəbbürlük edib özünü
üstün gördünmü?" dedi. İblis: "Mən ondan xeyirliyəm. Məni atəşdən, onu
isə palçıqdan yaratdın." Allah: "Dərhal çıx oradan, çünki artıq sən
qovuldun. Lənətim DİN GÜNünə qədər sənin üzərindədir." (Sad; 71-78)
Göründüyü kimi, bu ayədə din günü "təkəbürlük etmək", "özünü üstün
görmək", "Məni atəşdən onu palçıqdan" yaratdın deyərək bərabərliyi
pozmaqla bağlı olaraq zikr edilir.
Din gününə qədər bu növdən olan bütün iddiaların "lənətli" olduğu
ifadə edilərək, o böyük din günündə bütün bunların sona çatacağı
bildirilir.
Bu halda hər növdən təkəbbürlük etmək, özünü üstün görmək, özündə
olan bir şeyin başqasında olmamağını "üstünlük" bilmək Şeytanıdır və o
lənətlidir.
Mən ağam, o zənci… Mən qərbliyəm, o şərqli… Mən kişiyəm o kadın...
Mən aliməm o cahil… Mən zənginəm o yoxsul… Mən sünniyəm, o şiə və s. bu
kimi bütün üstünlük iddialı müqayisələr lənətlənmişdir.
Deməli, din günü bütün bunların sona çatdığı gündür.
Deməli, din günü "bərabərlik"lə əlaqədardır.
4- "Hər şeyi özünə aid hesab edib yığanlar (əsabi şimal)… Görəsən
onların qarşılaşacaqları nədir? İçlərinə işləyən bir atəş və qaynar su…
Qapqara boğucu bir tüstü… Nə sərinlədər nə rahatlaşdırar… Çünki onlar
keçmişdə qövmün zənginlikdən harınlamış öndərləri (mutrefin) idilər. Ən
böyük günahda israr edirdilər. Deyirdilər ki; "Biz ölüb toz-torpaq
olduqdan sonra, təkrar dirildiləcəyikmi?" Üstəlik əvvəlki atalarımızla
birlikdə!" Söylə onlara; "Əvvəlkilərin və sonrakıların hamısı müəyyən
bir günün müəyyən bir vaxtında toplanacaqlar." Sonra siz, ey azğın
inkarçılar! Mütləq zəqqum ağacından yeyəcəksiniz. Qarınlarınızı onunla
dolduracaqsınız. Üstündən də qaynar su içəcəksiniz. Doymaq bilməyən
susuz dəvələr kimi içəcəksiniz. Məhz o DİN GÜNündə onların ziyafətidir!
(Varika; 41-56).
Görüldüyü kimi ayədə "din günü ziyafətindən" bəhs edilir. Bu gündə
"zəqqum ağacından doymaq bilməyən susuz dəvələr kimi içənlərin", "qövmün
zənginlikdən harınlamış öndərləri" (mutrəfin) olduğu, onların ən böyük
günahda (mülkə şirk) israr etdikləri, onların "asabı şimal" olduqları
ifadə edilir.
Asabı şimal… Nədir görəsən Asabı şimal?
Belə məlum olur ki, bu ifadə Quran ədəbiyyatının "Ashabul- cənnə"
(Bağça sahibləri) ifadəsinin başqa formasıdır. Çünki Ərəbcədə şimal
kəlməsinin kök mənası yığmaq, içinə almaq, özünə aid etmək deməkdir.
Dilimizə keçən şamil, teşmil, şumul da bu kökdəndir… Məsələn cahanşumul;
dünyanı içinə alan, ehtiva edən…
Bu halda Asabı şimal, hər şeyi özünə aid edənlər, yığanlar, hər şeyi
ehtiva etmək istəyənlər şəcərəi huld (son həddinə qədər toplamaq) və
mülki la yebla (yıxılmaz bir mülk) arxasınca qaçanlar deməkdir…
Bunun əksi olaraq ayənin əvvəlində Ashabul-yəmin istifadə edilir.
Yəmin/and söz, güc və qüvvət mənalarını ehtiva edir. Mal və mülk
toplamağın (şimal) yox; sözün/andın güc və qüvvətinə inananlar deməkdir.
Mal yığaraq və toplayaraq yox; bir-birinə dəstək olaraq güc tapanlar
deməkdir. Bərəkət mənası da buradan gəlir.
Məkkənin o günkü məskunlaşmaq planına baxdığımızda Şimala şimal,
Yəminə də cənub (Yəmən tərəfi/sağ tərəf) deyilməsinin də onunla əlaqədar
olduğunu görürük Çünki müşriklərin toplandığı Darun-Nedve adlı yığıncaq
yeri şəhərin mərkəzi yerində, Müsəlmanların toplandığı Darul-Ərkam da
şəhərin kənarında Səfa təpəsinin yanında idi.
Deməli, din günü qövmün zənginlikdən harınlamış öndə gələnləri (asabı
şimal) ilə şəhər kənarında yaşayanların (asabı yəmin) arasındakı
uçurumun ortadan qalxdığı gündür.
Deməli, din günü ictimai "alt-üst olmaq"la əlaqədardır.
|