اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 9 » Dr. Miller(Xristianlığın dərin bilicisi)
13:16
Dr. Miller(Xristianlığın dərin bilicisi)

Xristianlığın dərin bilicisi, Bibliyanın görkəmli tədqiqatçısı şərqşünas alim Dr. Miller səhv tapmaq məqsədi ilə Qurani–Kərimi oxumaq qərarına gəlir və düşünür ki, tapılacaq səhvlər müsəlmanların xristianlığa çağırılması zamanı işə yaraya bilər.

O, elə hesab edirdi ki, Quran səhralardan və bu qəbildən olan şeylər haqda 14 əsr bundan qabaq yazılmış qədim bir kitabdır. Ancaq Quranda gördükləri onu dəhşətə gətirdi. O, Quranda Peyğəmbərin (s) xanımı Hz. Aişə və qızı Fatimə (Allah onlardan razı olsun!) haqqında bir dənə də olsun ayə və surəyə rast gəlmədiyi halda, orada Hz. Məryəmə aid bütöv bir surənin olması faktının şahidi oldu. Alim bir çox xristian kitabında və incillərdə Hz. Məryəmə aid bəzi məlumatların olduğunu bildirsə də Quranda Hz. Məryəmə verilən əhəmiyyətin üstünlüyünü etiraf edib. Digər tərəfdən, Məhəmməd peyğəmbərini adının Quranda beş dəfə çəkildiyi halda İsa peyğəmbərin adının orada 25 dəfə qeyd edilməsi onu olduqca heyrətə gətirib.

Daha sonra şərqşünas alim sözlərinə belə davam edir: "Yer üzündə heç bir alim, və ya yazıçı hər hansı bir kitab yazdıqdan sonra onda heç bir səhvin olmaması iddiasına cürət edə bilməz. Lakin Quran bizə onda heç bir səhvin olmadığını qəti surətdə deyir və üstəlik bizi özündə səhv axtarmağa çağıraraq, buna heç vaxt nail ola bilməyəcəyimizi bildirir”.

Millerin heyrətə düşdüyü digər bir ayə isə "əl-Ənbiya” surəsinin 30-cu ayəsidir. Uca Allah həmin ayədə belə buyurur: "Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər”.

İndi isə şeytanın peyğəmbərimizə (s) ilham verməsi barədə olan iddialara Millerin verdiyi cavaba nəzər salaq:

Allah Təala "əş-Şüara” surəsində bu haqda belə buyurur: "(Qur’anı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər. Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir”. Digər bir ayədə isə belə deyilir: "(Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de)”. (Millerin sözləri:) "Necə hesab edirsiniz? Məgər şeytanın hər hansı bir kitab yazmaqda metodu ola bilərmi? Fikirləşin! Şeytan bir kitab yazacaq, sonra sənə bu kitabı oxumamışdan qabaq "mənim şərrimdən Allaha sığın” deyəcək. Sizcə, bu, məntiqsiz bir şey deyilmi?!”

Bundan başqa şərqşünas Quranda müsəlmanların yəhudi və xristianlarla olan əlaqələrindən bəhs edən ayələrə də toxunub. Qurani-Kərimdə yəhudilərin müsəlmanların ən qəddar düşməni olduqlarını və bunun günümüzə qədər davam etdiyini bildirən şərqşünas, bunun böyük bir mesaj olduğunu deyib. Çünkü yəhudilərin bugünə qədər bu iddianı puç etmək üçün əllərində böyük imkanları olub. Onlar Quranda deyilənin əksinə olaraq bu gün belə deyə bilərdilər: "Biz sizinlə xoş rəftar edirik, lakin Quran bizim sizə ən pis düşmən olduğumuzu deyir. Deməli Quranda səhv var”. Ancaq 1400 ilə yaxındır ki, onların bütün bu ayələrdən xəbərlərinin olmasına baxmayaraq, biz belə bir hadisənin baş verdiyinin şahidi olmamışıq. Çünkü, bu sözlər insan beyninin məhsulu olmayıb qeyb aləmini bilən Uca Varlığın kəlamıdır. Bu haqda Uca Allah belə buyurur: "(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (mö’minlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir. Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz! Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq”.

Nəhayət şərqşünas alim Quranın heç bir kitabda rast gəlinməyən ecazkar üslubuna da toxunaraq sözünü belə tamamlayır: "Quran sənə bilmədiyin şeylər haqqında məlumat verir və sənə bunları əvvələr bilmədiyini deyir. Məsələn, "(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: "Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin” (Ali-İmran, 44); "Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir” (Hud, 49); "(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki, onların yanında deyildin” (Yusif, 102).

Heç bir dini kitabda bu cür üsluba rast gəlmədim. Bütün başqa kitablar bu məlumatların haradan gəldiyini xəbər verən məlumatlar toplusundan ibarətdir. Məsələn, təhrif olunmuş hər hansı bir İncili götürüb oxuduğun zaman orada keçmişdə var olan bir insanının harada yaşadığı, hər hansı bir döyüşçünün necə vuruşduğu, kimin neçə övladı, nə qədər var-dövləti olması və s. haqda məlumatlarla rastlaşırsan. Bu kitablar sənə hər zaman oxuduqların haqda daha çox şey bilməyin üçün sənə bu və başqa kitabları da oxumağı məsləhət görür. Ancaq Quranı oxuduğun zaman, yuxarıdakı ayələrdən də göründüyü kimi, oxuduqlarının yeni bir şey olduğunu görürsən. O, səndən oxuduqlarından əmin olmağı, onların bəşər qələminin məhsulu deyil, Tək Allahın kəlamı olduğuna inanmağı tələb edir.


"Aygun Q-va" <notification+kjdmv1m-d1wi@facebookmail.com>


Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 587 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ