Həbslərinə icazə verilənlər.
1362. İmam Əli (ə):«Fasiq (gunah edən) alimləri, savadsız həkimləri və kirayə haqqı odəməyən kirayəciləri həbs etmək İmama vacibdir.»
1363. İmam Əli (ə):«Qadın murtəd olarsa oldurulməz, omurluk həbsə məhkum olunar.»
1364. «Usuli Kafi» kitabından:«Əmirəl-mominin (ə) uc nəfərdən başqa hec kəsi zindana layiq bilməmişdir: yetimin malını yeyən və ya onun malını qəsb edən kişi, yaxud əmanətə xəyanət edən.»
436. Zəmanət olunmuş gəlib cıxanədək zaminin həbsi
1365. İmam Sadiq (ə):«Başqasının canına zamin duran kişini Əmirəl-momininin (ə) yanına gətirirlər. Həzrət (ə) onu həbs edir və buyurur:«Dostunu (zamin durduğun kəsi) tapıb bura gətir.»
437. Omurluk həbsə məhkum olunanlar
1366. İmam Baqir (ə): -Bir kişi bir nəfərə başqasını qətlə yetirməyi əmr edir və o, həmin şəxsi qətlə yetirir. Həzrət (ə) bunların hokmu olaraq buyurur- «Qatil oldurulməli, qətlə əmr verən olənədək zindanda qalmalıdır.»
1367. İmam Sadiq (ə):«Uc nəfərdən başqa hec kəs, omurluk həbsə məhkum olunmaz: birisini başqası tərəfindən oldurulənədək tutub-saxlayan şəxs; murtəd olan (oz dinindən donən) qadın, əli və ayağı kəsilmiş oğru.»
438. Həddi icra etdikdən (cəza verdikdən) sonra həbsdə saxlamaq və həqiqətin aydınlaşması
1368. İmam Əli (ə):«İmam kiməsə cəza verdikdən sonra onu həbs edərsə, bu zulm olar.»
1369. İmam Əli (ə):«Həqiqəti bildikdən sonra həbs etmək zulmdur.»
439. Məhbusun huquqları
1370. «Dəaimul İslam»: «İmam Əli (ə) hər cumə gunu məhbuslarla goruşərdi. Cəzası olanı cəzalandırar, cəzası olmayanı azad edərdi.»
1371. İmam Sadiq (ə):«İmam, borcunu odəmədiyinə gorə həbsə duşmuş məhbusları cumə və bayram gunləri namaz qılmaq, goruşmək ucun bir necə məmurun nəzarəti altında həbsxanadan kənara buraxmalı, namaz və goruş qurtardıqdan sonra onları yenidən həbsxanaya qaytarmalıdır.»
440. Muttəhimin həbsi
1372. İmam Əli (ə):«Qətldə ittiham olunmaqdan başqa, hec bir ittiham ucun həbs yoxdur.»
1373. Bəhz ibn Həkim babasından nəql edir: «Allahın Peyğəmbəri (s) ittiham olunan bir şəxsi həbs etmişdir.»