اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Həcc
23:45
Həcc
                                                             Həcc

                                                            442. Həcc.
Qur’an: 
 «Allah-taala bu evin ziyarətini Həccə getməyə qudrəti olan şəxslərə vacib etmişdir.» 
Camaatı Həccə cağır ki, piyada ya dəvələrin ustundə uzaq yerlərdən sənin yanına gəlsinlər.» 
Hədis:  
1377. İmam Əlinin (ə) dunyadan kocərkən etdiyi vəsiyyətindən: «Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız Həcci nəzərinizdən cıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə mohlət verilməyəcək.» 
1378. İmam Əli (ə:«Həcc hər bir zəifin cihadıdır.» 
1379. İmam Əli (ə):«Həcc yolunda xərclənən bir dirhəm (onun savabı) min dirhəmə bərabərdir.» 
1380. İmam Əli (ə):«Həcc və umrə zəvvarı Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər.» 

                                                            443. Həccin fəlsəfəsi 
1381. İmam Əli (ə):«Allah-taala insanların qibləsi olan oz evinin ziyarətini sizə vacib etdi. Onlar (suya daxil olan) heyvanlar tək oraya daxil olar və (oz yuvalarına qayıdan) goyərcinlər kimi oraya uz tutarlar. Allah-taala o evi xalq ucun Oz əzəməti qarşısında itaət, Oz qudrətinə və izzətinin e‘tirafının nişanəsi etmişdir.» 
1382. İmam Səccad (ə):«Həcc və umrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz artsın, imanınız guclənsin, xalqın və oz evinizin xərcini təmin edə biləsiniz.» 
1383. İmam Baqır (ə):«Həcc qəlblərə rahatlıq bəxş edər.»  
1384.İmam Sadiq (ə):«Allah-taala bu evin vasitəsilə oz yaratdıqlarını ibadətə vadar etmişdir ki, orada olmaları ilə onların itaətini sınağa cəksin. Buna gurə, onları oz hərəminin ehtiramını saxlamağa və onu ziyarət etməyə həvəsləndirmiş, oranı peyğəmbərlər məkanı, namaz qılanların qibləsi etmişdir. Bu ev, Allahın Cənnət və razılığın bir budağı, sonu bağışlanmaq olan, kamal təməli uzərində qurulan və əzəmətin mərkəzi olan bir yoldur.»
1385. İmam Sadiq (ə):«Allah yanında can atılan yer qədər əziz bir məkan yoxdur. Cunki, orada hər bir təkəbburlu və itaətdən boyun qacıran xar və zəlil olar.»  
1386.İmam Rza (ə):«Həcc nəyə gorə əmr olunmuşdur?» soruşulduqda cavabında deyilməlidir:«Bunun səbəbi Allaha yaxınlaşmaq və ondan (nemətlərin) artımını istəmək, eləcə də, dini məsələlərdən agah olmaq və İmamların (ə.s.) xəbərlərini hər tərəfə, hər yana catdırmaqdır.» 

                                                            444. Həcc yoxsulluğu aradan goturər
1387. Allahın Peyğəmbəri (s):«Həcc yoxsulluğu aradan goturər.»  
1388. İmam Sadiq (ə):«Hər kim uc dəfə Həcci yerinə yetirərsə hec vaxt yoxsulluğun uzunu gorməz». 
1389. İmam Sadiq (ə):«Bu evin davamlı ziyarəti qədər tez var-dovlət gətirən və yoxsulluğu aradan goturən, ikinci bir şey gormədim» . 
1390. İmam Sadiq (ə)- «Mən, hər il ozumu Həccə getməyə və ya ailəmdən bir nəfəri oz xərcimlə Həccə gondərməyə hazırlamışam» deyə muraciət edən İshaq ibn Əmmara- «Bu qərarında ciddisən?» deyə soruşdu. İshaq ərz edir:«Bəli.» İmam buyurur:«Bu işi gorsən, var-dovlətinin artacağına əmin ol və sənə imkanlı olmağın mujdəsini verirəm.»  

                                                            445. Həcci tamamlayan  və kamilləşdirən şey
Qur’an:  
«Həcci və umrəni Allah ucun kamil yerinə yetirin»  
Hədis:  
1391. İmam Əli (ə):«Allahın evinin ziyarətinə getsəniz, Allahın Peyğəmbərini (s) ziyarət etməklə həccinizi kamala yetirin ki, Peyğəmbərin (s) ziyarətini tərk etmək, ona zulm etmək deməkdir. Sizə bu iş əmr olunmuşdur və oz həccinizi ziyarəti, haqqı Allah tərəfindən sizə lazım buyurulmuş qəbirləri ziyarət etməklə Həccinizi kamala catdırın və bu qəbirlərin yanında Allahdan ruzi diləyin» 
1392. İmam Baqir (ə):«Həcc, imam ilə goruşməklə kamala yetər.» 
1393. İmam Baqir (ə):«Xalqa, gəlib bu qəbrlərin ətrafına dolanmağa, sonra yanımıza gəlib bizə olan məhəbbət və vilayətlərini, bizə havadar olduqlarını bildirməyə əmr olunmuşdur.» 
446. Həcci tərk etməyin aqibəti
1394. Allahın Peyğəmbəri (s):«Əgər bir şəxs, olum gəlib onu haqlayanadək muxtəlif bəhanələrlə Həccdən boyun qacırarsa, Qiyamət gunu Allah-taala onu yəhudi ya xristian kimi dirildər.»  
1395. İmam Əli (ə):«Dunyəvi cətinliyə, ehtiyaca gorə həcci tərk edənin ehtiyacı və cətinliyi hacıları gorənədək (yəni hacılar Həccdən qayıdana qədər) aradan getməz.» 

                                                           447. Həccə son qoymaq
Qur’an:  
«Allah-taala Kəbəni, Beytul-Haramı (hormətli evi) insanlar ucun (mə‘nəvi və maddi) dayaq və pənah yeri etdi.» 
1396. İmam Sadiq (ə)- Əbdurrəhman adlı bir nəfər «Bəzi adamlar deyirlər ki, əgər bir dəfə Həccə gedən şəxs (təkrar olaraq Həccə getməyin əvəzinə) sədəqə versə, ya qohumlarına baş cəkib, komək etsə bu daha yaxşı iş gormuş olar.» deyə ərz etdikdə-  «Yalan deyirlər. Əgər xalq bu cur etsə, Allahın evi boş qalar. Həqiqətən Allah-taala bu evi insanların işlərinin (mə‘nəvi və maddi) dayağı və pənahı etmişdir.»- deyə buyurmuşdur.» 

                                                           448. Həqiqi Hacı azdır
1397. Əbdurrəhman ibn Kəsir:«İmam Sadiqlə (ə) Həccə getmişdik. Yoldan kecəndə, o Həzrət (ə) bir dağa qalxıb yuksəklikdən camaata baxdı və buyurdu:«Nə cox hay-kuy, nə az hacı var!» 

                                                          449. Həccin qaydası
Qur’an:
«Həccin muəyyən ayları vardır. Bu aylarda Həcci yerinə yetirən kəs (bilsin ki) Həcc əsnasında bir yatağa baş qoymaq, gunah və munaqişə etmək olmaz.» 
Hədis:
1398. İmam Baqir (ə):«Bu evi ziyarət edən kəsdə uc xislət olmasa ziyarətin hec bir dəyəri yoxdur: Gunahlardan cəkindirən Allah xofu, qəzəbini cilovlayan helmi (təmkinliyi), yol və sohbət yoldaşı ilə mehriban rəftarı»  
 
                                                            450. Ehram bağlamaq qaydası
1399. Allahın Peyğəmbəri (s):«Haram pulla Həccə gedən şəxs «Ləbbeyk Allahummə ləbbeyk» deyəndə Allah-taala ona buyurar «la ləbbeykə və la səədeykə»  (Həccin ozunə qalsın.) 
1400. İmam Sadiq (ə):«Həcc iki novdur:  Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah-taala Cənnəti mukafat verər, camaata xatir həccə gedənin Qiyamət gunu mukafatı və savabı həmin camaatın ohdəsinə olar» 
1401. Malik ibn Ənəs:«Bir il İmam Sadiqlə (ə) Həccə getmişdik. O Həzrətin (ə) atı ehram bağlanan yerdə dayananda, Həzrət (ə) hər nə qədər «ləbbeyk» deməyə calışsa da, sanki səsi boğazında qurumuşdu və az qalırdı atından yerə yıxılsın. Ərz etdim:«Ey Allahın Peyğəmbərinin (s) oğlu «ləbbeyk» de. Gərək deyəsən.» Buyurdu:«Ey Əbu Amirin oğlu!  Allahın cavabımda «lə ləbbeykə və la səədeykə» deyəcəyindən qorxduğum halda necə curət edib, «ləbbeyk Allahummə ləbbeyk deyim?» 
1402. İmam Rza (ə):«Xalqa ehram bağlamaq Allahın hərəminə və əmin-amanlıq sahəsinə daxil olmamışdan qabaq qəlblərində xuşu (mutilik) halının yaranması, qəlbin dunya işlərindən, onun zinətlərindən və ləzzətlərindən təmizlənməsindən otru əmr olunmuşdur. Bu halda onlar ciddi və calışqan, məqsədləri Allaha qovuşmaq olmalı və butun vucudları ilə Ona uz tutmalıdırlar.» 

                                                            451. Həcc yolunda olən şəxsin savabı
1403. İmam Sadiq (ə):«Kimsə Məkkə yolunda və ya qayıdarkən vəfat edərsə, Qiyamət gunu «boyuk qorxudan» amanda olacaq.» 
1404. İmam Sadiq (ə):«Ehram halında olən şəxsi Allah-taala «ləbbeyk» deyən halda dirildər.» 

                                                         452. Qeybə cəkilmiş İmamın (ə.f.) Həcc mərasimində olması
1405. İmam Sadiq (ə):«Xalq oz İmamını (ə.f.) itirər. O Həzrət (ə.f.) isə Həcc mərasimində olar və xalqı gorər, lakin onlar o Həzrəti (ə.f.) gorməzlər.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 522 | Добавил: sahil | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ