اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Hədis
23:50
Hədis
                                                             Hədis

                                                            456. Hədis
1415. Allahın Peyğəmbəri (s):«Ummətimə sunnənin bərpa olunması və bidətin cat verib dağılmasına səbəb olan hədis soyləyən kəsə Cənnət nəsib olar.» 
1416. İmam Baqir (ə):«Həqiqətən, bizim hədis və kəlamlarımız qəlbləri dirildər» 
1417. İmam Baqir (ə):«Doğru danışan şəxsdən bir hədis oyrənməyin, sənin ucun butun dunyadan yaxşıdır.» 
1418. İmam Sadiq (ə):«Xalqın bizim (Əhli-Beytin) yanımızda olan məqam və yerini bizdən rəvayət etdikləri hədislərin qədərindən bilin.» 

                                                           457. Muhəddis (Hədis nəql edən) 
1419. «Əmali Səduq»:«Peyğəmbər (s) uc dəfə buyurdu:«Ey Allahım! Mənim canişinlərimi bağışla!» Ərz etdilər:«Ey Allahın Rəsulu! Sənin canişinlərin kimlərdir?» Buyurdu:«Onlar, mənim hədis və sunnəmi təbliğ edənlər, onları mənim ummətimə oyrədənlərdir.»  
1420. İmam Sadiq (ə):«Hədis rəvayət edən və dində fəqih, məlumatlı olan şəxs dindən agah olmayan və hədis soyləməyən min abiddən yaxşıdır.» 

                                                           458. Qırx hədis əzbərləyənin savabı
1421. Allahın Peyğəmbəri (s):«Ummətimin dini ucun faydalı olan qırx hədis əzbərləyən şəxs Allah-taala Qiyamət gunu qəbirdən fəgih və alim kimi qaldırar»  

                                                           459. Hədisi dərk etmək
1422. İmam Əli (ə):«Sizə hədisi dərk etməyi tovsiyə edirəm, rəvayət etməyi yox!» 
1423. İmam Əli (ə):«Ağılsızların məqsədi (rəvayəti) nəql etmək, alimlərin məqsədi isə onu dərk etməkdir.»  
1424. İmam Sadiq (ə):«Sənin bir hədisi dərk etməyin, min hədisi (dərk etmədən) nəql etməyindən yaxşıdır»

                                                        460. Allahın Peyğəmbəri (s) barədə yalan soyləməkdən cəkindirmək
1425. Allahın Peyğəmbəri (s):«Mənim barəmdə bilərəkdən yalan danışanın yeri oddur.»
1426. Allahın Peyğəmbəri (s):«Kimsənin demədiyim sozu mənim adıma cıxması ən boyuk gunahlardandır.»  

                                                          461. Yalan olması məlum olmayan sozu sanmaqdan cəkindirmək
1427. Allahın peyğəmbəri (s):«Məndən bir hədis eşidib onu inkar edən şəxsdən Qiyamət gunu haqqımı tələb edəcəyəm. Buna gorə, mənim barəmdə mənasını bilmədiyiniz bir hədis eşitdiyiniz zaman deyin:«Allah daha yaxşı bilir.»  

                                                       462. Hədisin doğruluğu və Qur’anla uyğunluğu
1428. Allahın Peyğəmbəri (s):«Mənim hədisimi Allahın kitabı ilə tutuşdurun. Əgər ona uyğun olarsa, həmin hədis məndəndir və onu mən soyləmişəm.» 
1429. İmam Sadiq (ə):«Qur‘ana uyğun olmayan hər bir hədis batildir.» 

                                                      463. Hədisin doğruluğu və fitrətə uyğunluğu. 
1430. İmam Baqir (ə):«Əgər Ali Məhəmməddən (Allahın salamı onlara olsun) sizə bir hədis catan zaman qəlbləriniz yumşalarsa və ona qarşı doğmalıq hissi kecirərsinizsə, həmin hədisi qəbul edin. Əgər hədis qəlblərinizi hurkutsə və konlunuzə yad olsa, onu Allaha, peyğəmbərə və Məhəmməd (ə) nəslindən olan bir alimə tapşırın.» 

                                                     464. Hədisin doğruluğu və haqqa uyğunluğu
1431. Allahın Peyğəmbəri (s):«Məndən sizə catan hər bir hədis, əgər haqqa uyğun olarsa, onu mən demişəm və əgər haqqa uyğun gəlməsə, onu mən deməmişəm. Cunki, mən hec vaxt haqqdan qeyri bir soz danışmıram.» 


                                                     465. Hədisin mənasını nəql etməyin caiz olması
1432. Allahın Peyğəmbəri (s):«Mənasını duzgun catdırırsa hədisin sozlərinin yerini dəyişməyin eybi yoxdur.» 
1433. Məhəmməd ibn Muslim:«İmam Sadiqə (ə) ərz etdim:«Sizdən bir hədis eşidirəm və onu (sozlərini) azaldır və artırıram.» Həzrət (ə) buyurdu:«Mənasını (doğru) catdırdığın halda, eybi yoxdur.» 
                                                   466. Hədisin nəqlində nəyə riayət olnumalıdır
1434. Allahın Peyğəmbəri (s):«Ummətimə, mənim hədislərimdən yalnız onların idrakı qəbul edə bildiyini soyləyin.»  
1435. İmam Əli (ə):«İstəyirsizmi ki, Allah və Onun peyğəmbəri yalancı sayılmasın?!» Onda camaatın başa duşduyu hədisləri soyləyin və onlara dərk edə  bilmədikləri, inkar etdikləri şeyləri soyləməkdən cəkinin. (Əks halda, hədisi inkar edəcəklər və onun inkarı Allahı, peyğəmbəri və imamı yalancı hesab etmək kimidir)»  

                                                            467. Bəzi hədisləri dərk etmək və onlara tab gətirməyin cətinliyi
1436. İmam Sadiq (ə):«Həqiqətən, bizim hədisimiz cətin və cox ağırdır. Ona, muqərrəb mələkdən, mursəl peyğəmbərdən, Allah-taala qəlbini imanla sınamış bəndədən və alınmaz  şəhərdən başqa hec kəs tab gətirə bilməz» 
Əmr deyir:«Hədisin rəvayətcisi Şueybə dedim:«Ey Əbəl-Həsən, «alınmaz şəhərin» mənası nədir? Dedi:«Mən də imam Sadiqdən (ə) bunu soruşduqda Həzrət (ə) «O, geniş və dəyanətli qəlbdir» deyə buyurdu.» 

                                                           468. Qur’an ilə sunnənin əhatəliliyi
1437. Əbu Usamə:«İmam Sadiqin (ə) xidmətində idim. Muğeyriyyədən də bir kişi orada idi. O, İmamdan (ə) sunnə haqda soruşdu. İmam (ə) buyurdu:«İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sunnə (gostəriş) verilməsin. Əgər belə olmasaydı Allah-taala gətirdiyi hoccətlərlə bizə hoccətləri təqdim etməzdi. Muğeyriyyədən olan kişi soruşdu:«Allah-taala bizə hoccəti nə ilə gostərmişdir?» İmam Sadiq (ə) buyurdu:«Allah-taala buyurduğu «Bu gun sizin dininizi sizin ucun kamil etdim və sizə olan nemətimi tamamladım» sozlərilə.»  

                                                            469. Mutəşabih hədislər
1438. İmam Rza (ə):«Qur‘anda olduğu kimi bizim xəbərlərdə də (hədislərdə) mohkəm və mutəşabih hədislər vardır. Bizim mutəşabih xəbərlərimizi onun mohkəmlərinə uyğunlaşdırın və onun mohkəmlərinə diqqət yetirmədən, mutəşabihlərə tabe olmayın ki, yolunuzu azarsınız.» 
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 728 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ