اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Август » 1 » Hesab-kitab
00:10
Hesab-kitab
                                                             Hesab-kitab

                                                             514. Hesab-kitab
1570. Allahın Peyğəmbəri (s) :«Agah olun! İndi siz elə bir gundə yaşayırsınız ki, əməl vaxtıdır və burada hesab-kitab yoxdur. Tezliklə elə bir gunə catacaqsınız ki, orada hər şeyin hesabı sorulacaq və əməl olmayacaq.» 
1571. İmam Əli (ə) :«Haqq-hesaba yetişmək cəzadan əvvəldir, mukafat isə haqq-hesabdan sonra.»

                                                             515. Nəfsin sorğu-sualına həvəsləndirmək
Qur’an:  
«Ey iman gətirənlər! Allahdan qorxun və hər kəs oz sabahı ucun nə hazırladığına baxsın. Allahdan qorxun ki, Allah etdikləriniz əməllərdən agahdır.» 
Hədis:  
1572. Allahın Peyğəmbəri (s) :«Sizdən haqq-hesab soruşulmamış nəfsinizdən haqq-hesab cəkin, sizləri (əməllərinizi) olcməmişdən əvvəl oz nəfsinizi tərəziyə qoyun və o boyuk haqq-hesab gununə hazırlaşın.» 
1573. İmam Əli (ə) :«Oz nəfslərinizi hesab-kitabla (ipilə) bağlayın və ona (nəfsə) qarşı cıxmaqla cilovunu oz əlinizə kecirin.» 
1574. İmam Səccad (ə) :«Ey Adəm ovladı! Ozun-ozunə vaiz olduğun və oz nəfsinin sorğu-sual etdiyin vaxta qədər həmişə xeyir-bərəkət icində yaşayacaqsan.» 
1575. İmam Kazim (ə) :«Hər gun oz nəfsinin hesabına yetişməyən kəs bizdən deyil. Hər kəs baxsın, əgər yaxşı bir əməl edibsə, ondan daha coxunu əməl etmək ucun Allahdan uğur diləsin və buna gorə Allaha şukr etsin. Əgər bir pis iş gorubsə, Allahdan bağışlanmağını istəsin və tovbə etsin.» 




                                                            516. Nəfsi sorğu-sual etməyin səmərəsi
1576. İmam Əli (ə) :«Oz nəfsini sorğu-sual edən şəxs oz eyblərindən agah olar, gunahlarını başa duşər, (yaxşılıq etməklə) onların əvəzini odəyər və eyblərini aradan goturər.» 
1577. İmam Əli (ə) :«Oz nəfsinin hesabına yetişən şəxs mənfəət goturər, amma ondan (nəfsindən) qafil olan ziyana uğrayar və hər kəs qorxarsa, amanda qalar.» 
1578. İmam Əli (ə) :«Oz nəfsinin hesabına yetişən şəxs xoşbəxt olar.» 

                                                            517. İnsandan soruşulan ilk şey
1579. Allahın Peyğəmbəri (s):«Bəndədən soruşulacaq ilk şey biz Əhli-Beytin məhəbbəti olacaq.»
1580. İmam Sadiq (ə) :«Bəndə Allah-taala qarşısında dayanan zaman ondan soruşulacaq birinci sual vacib namazlar, vacib zəkat, vacib oruc, vacib həcc və biz Əhli-Beytin vilayəti barədə olacaq. Əgər bizim vilayətimiz və məhəbbətimizi e‘tiraf edərək bu dunyadan gedərsə namazı, orucu, zəkatı və həcci qəbul olunacaq.»

                                                             518. Barəsində sorğu-sual olmayacaq şey
1581. Allahın Peyğəmbəri (s):«Qiyamət gunu, Allah yolunda sərf olunan nemətlərdən başqa hər bir nemət barədə sorğu-sual olacaq.» 
1582. İmam Əli (ə) :«Hər kəs, xorək yeyən vaxt Allahın adını cəkərsə, hec vaxt o təamın neməti barədə sorğu-sual olunmayacaq.» 
1583. İmam Baqir (ə) :«Bəndə uc şey barədə sorğu-suala cəkilməyəcək:  ozunun ortunməyi ucun istifadə etdiyi bir tikə parca, aclığını aradan goturmək ucun yediyi bir tikə corək və onu isti-soyuqdan qoruyan ev.» 

                                                            519. Barəsində sorğu-sual olunacaq şey
1584.  Allahın Peyğəmbəri (s) :«Qiyamət gunu bəndə dord şey barədə sorğu-sual olunmayınca oz yerindən bir addım belə tərpənməyəcək: omrunu nəyə sərf etməyi barədə, cavanlığını hansı yolda başa vurması haqda, malını hansı yolla qazanması və hansı yolda xərclədiyi və biz Əhli-Beytin məhəbbəti barədə.» 
1585. İmam Sadiq (ə): - «O gun nemət barədə sorğu-sual ediləcəksiniz» ayəsi haqda- «Bu ummət Allah-taalanın ona bəxş etdiyi Allahın Rəsulunun vucudu (s) və sonra onun Əhli-Beytinin (ə) vucudunun neməti barədə sorğu-sual olunacaq.» 

                                                               520. Qiyamət gununun hesabını asanlaşdıran şey
1586. Allahın Peyğəmbəri (s) :«Sənə verilən hər bir şeyə qənaət et ki, səninlə haqq-hesab olunanda işin asan olsun.»
1587. Allahın Peyğəmbəri (s) :«Əxlaqını gozəl et ki, Allah-taala sənin hesabını yungul etsin.» 
1588. İmam Sadiq (ə) :«Sileyi rəhm Qiyamət gununun hesabını asanlaşdırar.» Sonra bu ayəni oxudu:«O kəslər ki, Allah-taala birləşməyinə əmr verdiyi şeyləri birləşdirir, oz Rəbblərindən qorxur və (Qiyamət gunundə) hesabın cətinliyindən urəklərində xof vardır.» 

                                                              521. İnsan kutlələri haqq-hesab gunundə 
1589. İmam Əli (ə) :«Qiyamət gunu camaat bir necə dəstəyə bolunər:«Onların bəziləri qısa muddətdə haqq-hesab olunar və şad halda oz ailələrinin yanına qayıdarlar. Bəziləri (vucudlarında) dunyavi cirkabdan hec bir şey olmadığına gorə haqq-hesab olunmadan Cənnətə daxil olar. Burda dunya cirkabına bulaşan orada haqq-hesaba cəkiləcək. Bəziləri də xurma cərdəyinin arxasının calası və xurma ilə cərdəyi arasında olan nazik qabıq barədə (yəni, əməllərinin ən xırda cuziyyatı xususunda) sorğu-sual olunacaq və şo‘lələnən əzab alovuna duşəcəklər.» 

                                                              522. Haqq-hesabın cətin və sərt olması
1590. İmam Sadiq (ə) «Hesab gununun cətinliyindən qorxurlar» ayəsi barədə buyurub:«Yaxşılıq və pisliklərinin dəqiq, hərtərəfli hesabı aparılacaq.» 

                                                              523. Hesabları asan olan kəslər
Qur’an:
«Əməl naməsi sağ əlinə verilən kəsin hesabı asan olacaqdır.»
Hədis:
1591. İmam Baqir (ə):«Allahın Rəsulu (s) buyurdu:«Haqq-hesabı aparılan şəxs əzab cəkəcək.» Bir nəfər o Həzrətə (s) ərz etdi:«Ey Allahın Rəsulu! Bəs, Allah-taalanın bu sozu necə olsun:«….haqq-hesabları asan olacaq.» Allahın Peyğəmbəri (s) buyurdu: «Bu təqdim etmək və vərəqləməkdir.» (Sorğu-sual deyil.) 

                                                              524. Sorğu-sual olunmadan Cənnətə gedənlər
Qur’an:  
«De! Ey iman gətirən bəndələr! Oz Rəbbinizdən qorxun. Bu dunyada yaxşılıq edən kəslər ucun yaxşı mukafat vardır. Allahın yeri genişdir. Səbr edənlərin mukafatı hesabsız və butunluklə veriləcək» 
Hədis:  
1592. Allahın Peyğəmbəri (s):«Allah-taala buyurur:«Ey Mənim yolumda vuruşan və Mənim yolumda oldurulən, əziyyət cəkən və Mənim yolumda cihad edən bəndələrim, Cənnətə daxil olun.» Sonra onlar əzab gormədən və sorğu-sualsız Cənnətə daxil olarlar.»
1593. İmam Səccad (ə) :«Allah-taala Qiyamət gunu butun insanları toplayanda carcının səsi eşidiləcək:«Hanı səbr edənlər, sorğu-sualsız hamılıqla Cənnətə daxil olsunlar… «Mələklər onlara deyərlər:«Siz kimsiniz?» Deyərlər:«Səbr edənlərik.» Mələklər soruşarlar:«Siz nəyə səbr etmisiniz.» Cavab verərlər: «Allaha itaət yolunda və gunahlardan cəkinməkdə səbr etmişik.»
1594. İmam Səccad (ə):«Allah-taala Qiyamət gunu butun insanları birincidən axırıncı nəfərədək bir yerdə cəm etdiyi zaman carcı qalxıb hamının eşidə biləcəyi səslə qışqırar: «Hanı, Allaha xatir məhəbbət bəsləyənlər?» Bu vaxt camaatın icindən bir dəstə insan ayağa qalxar. Onlara deyilər:«Sorğu-sualsız Cənnətə daxil olun.»
1595. İmam Sadiq (ə) :«Qiyamət gunu xalqın icindən bir dəstə insan qalxıb Cənnətin qapısına gələcək və qapını doyəcək. Onlardan soruşacaqlar. «Siz kimsiniz?» Deyəcəklər:«Biz yoxsullarıq.» Deyiləcək:«Sorğu-sual olmamış cənnətə daxil olmaq istəyirsiniz?» Cavab verərlər:«Bizə bir şey vermişdiniz ki, onun barəsində də sorğu-sual edəsiniz?» Sonra Allah-taala buyurar:«Doğru deyirlər,  Cənnətə daxil olun.»
1596. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) buyurdu:«Əməl namələri acılan və tərəzilər qurulan zaman bəla gorənlər ucun tərəzilər qurulmaz və əməl namələri acılmaz.» Sonra bu ayəni oxudu:«Həqiqətən, səbr edənlərin mukafatı butunluklə veriləcək…»

                                                            525. Sorğu-sual olunmadan Cəhənnəmə daxil olanlar  
1597. Allahın Peyğəmbəri (s) :«Allah-taala yalnız Allaha şərik qoşanlardan butun insanlarla hesab cəkəcək. Qiyamət gunu onların sorğu-sual olunmadan Cəhənnəmə atılmaları əmr olunacaq.»
1598. Allahın Peyğəmbəri (s):«Altı dəstə, altı xasiyyətə gorə sorğu-sualsız Cəhənnəmə gedəcək.» Ərz olundu:«Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, onlar kimlərdir?» Buyurdu:«Əmirlər (rəhbərlər) zulm etdiklərinə gorə, ərəblər (qəbilə və nəsil) təəssubkeşliyinə gorə, mulkədarlar təkəbburə gorə, tacirlər xəyanətə gorə, kəndlilər cahilliyə gorə və alimlər paxıllıqlarına gorə.»
1599. İmam Sadiq (ə) :«Uc nəfəri Allah-taala sorğu-sualsız Cəhənnəmə aparacaq:Yolunu azmış və zalım rəhbəri, yalan danışan taciri və zinakar qocanı.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 626 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ