453. Hoccət
Qur’an:
«Biz hec bir xalqa Peyğəmbər gondərməmiş, onlara əzab vermərik.»
«Hər həlak olan dəlillə həlak olsun və hər sağ qalan dəlillə sağ qalsın deyə»
Hədis:
1406. İmam Əli (ə):«Hoccət sahibi olan quvvə, qudrətə sahib quvvədən daha boyukdur.»
1407. İmam Əli (ə):«Doğru danışanın dəlil-subutu guclu olar.»
1408. İmam Baqir (ə) «Allahın bəndələr uzərində olan hoccəti» barədə suala cavabında: «Hoccət budur ki, (insanlar) bildikləri şeyi desinlər və bilmədikləri şeylər haqda fikir soyləməkdən cəkinsinlər.»
1409. İmam Sadiq (ə):«Allah-taala insanlara bəxş etdiyi və tanıtdırdığı şeylərin vasitəsilə onlara hoccəti bəyan etmişdir.»
1410. İmam Sadiq (ə):«Şəkk və guman əsasında iş gorənin işi puc və hədərdir. Cunki, Allahın hoccəti aydın-aşkardır.»
454. Aydın hoccət Allaha məxsusdur
Qur’an:
«Ey Peyğəmbər! De ki, aydın hoccət Allaha məxsusdur. Əgər istəsə hamınızı doğru yola yonəldərdi.»
Hədis:
1411. İmam Sadiq (ə) -»De, aydın hoccət Allaha məxsusdur» ayəsinin şəhrində:«Allah-taala Qiyamət gunu bəndəyə buyurar:«Ey mənim bəndəm! Sən bilirdinmi?» Əgər «Bəli» deyə cavab versə Allah-taala ona buyurar:«Bildiyin şeyə əməl etdinmi? «Bilmirdim» deyə cavab versə Allah buyurar:«Bəs niyə oyrənmədin ki, biləsən və əməl edəsən?» O (bəndə) oz cavabını alar və məhkum olunar. Budur, qəti və aydın hoccət.»
1412. İmam Sadiq (ə):«Allahın hoccəti yaradılmışlardan əvvəl olub, yaradılanlarla birgədir və məxluqatdan sonra da olacaqdır.»
455. Ən qəti və ən aydın hoccət
Qur’an:
«Mujdə verən və (əzabla) qorxudan peyğəmbərləri gondərdik ki, sonra xalqın Allaha qarşı bir bəhanə yeri qalmasın, Allah yenilməz və hikmətlidir.»
Hədis:
1413. İmam Əli (ə):«Ey insanlar! Uca Allahın yer uzundə peyğəmbərimiz Məhəmməddən (s) daha mohkəm hoccəti və kitabı Qur‘andan daha aydın hikməti yoxdur.»
1414. İmam Əli (ə):«Allah-taalanın yer uzundə kitabından daha aydın və qəti hoccəti, hikməti yoxdur.»