Allah
tarix boyunca qövmləri onlara göndərdiyi peyğəmbərlər vasitəsilə doğru
yola dəvət etmişdir. Bu mübarək insanların hamısının məqsədi eyni idı:
bütün insanları Allaha inanmağa və yalnız Ona qulluq etməyə çağırmaq!
Peyğəmbərlər
insanlara haqq dini təbliğ etmiş, cəmiyyətlər üçün nümunə olmuşlar. Bu
səbəbdən də Allahın seçilmiş qulları olan peyğəmbərlərin üstün
şəxsiyyətləri, gözəl əxlaqi xüsusiyyətləri və hadisələr qarşısında
göstərdikləri davranışlar möminlər üçün son dərəcə gözəl nümunələrdir.
Bu mübarək insanlardan ikisi də Hz.İbrahim və Hz.Lutdur!