Меню сайта |
|
|
FAYLLARIN KATALOQU |
|
|
|
Главная » 2011 » Июль » 21 » İmam Cəfər Sadiq
|
İmam Cəfər Sadiq
144.O Həzrətin imaməti. 518.Allahın Peyğəmbəri(s):« Oğlum Cəfər ibn Məhəmməd ibn Əli ibn Huseyn ibn Əli ibn əbu Talib dunyaya gələndə onu Sadiq adlandırın.» 519.Məhəmməd ibn Muslim:«Əbu Cəfər Məhəmməd ibn Əli ibn Baqirin (ə) yanında idim. Oğlu Cəfər gəlib daxil oldu. O kəkilli idi, əlində bir cubuq var idi və onunla oynayırdı. Baqir (ə) onu tutub mohkəm sinəsinə sıxdı. Sonra buyurdu:«Atam-anam sənə fəda olsun ki, oyun-oyuncaq əhli deyilsən.» Daha sonra mənə buyurdu:«Ey Məhəmməd! Məndən sonra sənin imamın budur. Ona tabe ol və onun elmindən bəhrələn. And olsun Allaha ki, o Allahın Peyğəmbərinin(s) vəsf etdiyi Sadiqdir. Həqiqətən onun şiələri dunya və axirətdə qalibdirlər.»
145.O Həzrətin əxlaqı və gozəl davranışları. 520.Məhəmməd ibn Ziyad Əzdi:«Mədinənin alimi Malik ibn Ənəsin belə dediyini eşitdim ki: Cəfər ibn Məhəmməd Sadiqin (ə) yanına gedirdim və o Həzrət mənim ucun mutəkkə qoyur, mənə ehtiram gostərir və deyirdi: Malik! Mən səni cox istəyirəm. Mən həmin sozdən şad olurdum və Allaha şukr edirdim. Malik deyirdi: O Həzrət həmişə bu uc haldan birində idi: ya oruc olurdu, ya namaz qılardı, ya da zikr deyərdi. O, boyuk abidlərdən və Allahdan qorxan zahidlərin ən əzəmətlilərindən idi. Coxlu hədis deyərdi, onunla oturmaq insana xoş gəlirdi və o, bəhrələnməli adam idi.» 521.Hişam ibn Salim:«Elə ki hava qaralırdı və axşamdan bir az kecirdi İmam Sadiq (ə) icərisində corək, ət və dirhəm olan bir dağarcıq goturub ciyninə qoyaraq Mədinənin mohtac adamlarına aparar və onları həmin adamların arasında bolərdi. Onlar o Həzrəti tanımırdılar. İmam Sadiq vəfat edəndən sonra həmin koməklər kəsildi və Mədinənin yoxsulları başa duşdulər ki, həmin şəxs imam Sadiq (ə) olub.» 522.Muəlla ibn Xunəys: Əbu Abdullah (ə) bir gecə narın yağış yağarkən Bəni Saidənin eyvanına getmək məqsədi ilə evindən cıxdı. Mən o Həzrətin arxasınca duşdum. Birdən onun əlindən yerə bir şey duşdu və imam dedi:«Bismillah, Allahım onu bizə qaytar.» Mən ozumu ona catdırıb salam verdim. Dedi: «Muəlla sənsən?» Dedim:«Bəli, sənə fəda olum.» Buyurdu:«Əlinlə axtar və bir şey tapsan onu mənə ver.» Mən corək tikələri tapdım və onları o Həzrətə vermək ucun onun yanına apardım. Gordum ki, ciynində bir corək dağarcığı var. Dedim:«Sizə fəda olum, icazə verirsiniz onu mən goturum?» Buyurdu:«Xeyr, bu işə mən ozum daha layiqəm, amma mənimlə gəl.» Muəlla deyir: «Bəni Saidənin eyvanına catdıq. Gorduk ki, orada bir dəstə adam yatıb. Həzrət onların hər birinin paltarının altına bir-iki tikə corək qoydu və nəhayət axırıncı adama catdı. Sonra qayıtdıq. Mən dedim:«Sənə fəda olum, bunlar haqqı tanıyırlar (sizin imamətinizə etiqadları var)?»Buyurdu:«Əgər tanısaydılar, onlara un da verərdik.» 523.Əbu Əmr Şeybani:«İmam Sadiqi (ə) əlində bir bel, əynində qalın bir paltar oz bostanında işləyən gordum. Onun kurəyindən tər axırdı.» Dedim: «Fəda olum, icazə verin sizin yerinizə mən işləyim.» Buyurdu:« Mən kişinin oz yaşayışını təmin etmək ucun gunəşin istisində əziyyət cəkməsini sevirəm.»
|
Категория: EHLIBEYT HƏDISLƏR |
Просмотров: 520 |
Добавил: sahil
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
KITABXANA
1.5 |
|
|
QURAN OXU
QURAN DINLE
ISLAMI SAYTLAR EHLIBEYT-MOIZE.UCOZ.RU ISLAM-AZERI.AZ AHLIMAN.COM MUSELMAN.WS DEYERLER.ORG HAQQYOLU.COM AHLALBAYT.RU ISLAMMEKTEBI.ORG SIZINYOL.COM ZEKA.AZ HZ-ALI.TK ZEHRANET.COM ISLAMAZ.COM SONUMID.TK HILAL.AZ ISLAMINSESI.AZ FAKTXEBER.COM NOOR.AZ AHLIBEYT.AZ AHLIBEYT.GE KOVSER.AZ BIRLIK.AZ IMAN.GE
|