اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 21 » İmam Cavad
21:04
İmam Cavad
                                                         İmam Cavad

                                                  152.O Həzrətin imaməti
533.Abdullah ibn Cəfər:«Mən Səfvan ibn Yəhya ilə imam Rzanın (ə) huzuruna getdim. Hələ uc yaşı olan əbu Cəfər (orada) dayanmışdı. Dedim:«Allah bizi sizə fəda etsin! Allah eləməmiş, əgər sizin başınıza bir iş gəlsə sizdən sonra (imam) kim olacaq?» O Həzrət imam Cavada işarə edərək buyurdu:«Bu oğlum.» Abdullah ibn Cəfər deyir: Mən dedim:«O, bu yaşda?!» Buyurdu:«Bəli, o, bu yaşda. Allah-taala iki yaşlı İsa ilə dəlil-subut gətirdi.»
534.Yəhya Sən’ani:«Məkkədə imam Rzanın (ə) yanına getdim. Gordum ki, o Həzrət bananın qabığını soyub əbu Cəfərin (ə) (imam Cavadın) ağzına qoyur. Dedim:«Qurban olum, sizin əziz ovladınız elə budur?» Buyurdu:«Bəli. O elə bir uşaqdır ki, İslamda bizim şiələrimiz ucun ondan bərəkətli bir uşaq doğulmayıb.»

                                           153.İmam Cavadın(ə) fəzilətləri.
535.Allahın Peyğəmbəri(s) Abdullah ibn Məsudun Huseynin (ə) nəslindən olan imamlar barəsindəki sualının cavabında buyurmuşdur:«...Və Əlinin (Rzanın) nəslindən onun oğlu təriflənmiş Məhəmməd dunyaya gələcək və insanların yaradılış baxımından ən pakı və ən xoş əxlaqlısı olacaqdır.»
536.Abdullah ibn Səid:«Məhəmməd ibn Əli ibn Omər ibn Tənuxi mənə dedi:«Məhəmməd ibn Əlini okuz ilə sohbət edən gordum. Okuz də başını tərpədirdi.» Dedim:«Yox (bu qəbul deyil), gostəriş ver okuz səninlə sohbət etsin.» Həzrət buyurdu:«Bizə quşların dili oyrədilib və bizə hər bir şey verilib.» Sonra (okuzə xitab edərək) buyurdu:«La ilahə illəllah vəhdəhu la şərikə ləh de.» Və okuzun başına əl cəkdi. Həmin vaxt okuz dedi:«La ilahə illəllah vəhdəhu la şərikə ləh.»
537.Əli ibn Həssan Vasiti:«İsfahanda duzəldilmiş və bəzi hissələri gumuşdən olan bir aləti ozumlə goturdum və dedim ki, onu movlam əbu Cəfərə hədiyyə edərəm. Həzrət hamının cavabını verdikdən və onlar dağlışdıqdan sonra, ozu də durub getdi. Mən onun arxasınca yola duşdum və yolda cənab Muvəffəq ilə rastlaşdım. Ona dedim ki, əbu Cəfərdən mənə, huzuruna getmək ucun icazə al. Sonra, o Həzrətin huzuruna getdim və salam verdim. Cohrəsində narazılıq əlaməti olan halda salamımın cavabını verdi və əyləşdi. Həzrətə yaxınlaşdım və qolumda olanı onun qarşısında qoydum. Qəzəblə mənə baxdı və sonra sağ və sola nəzər salıb buyurdu:«Allah məni bu işlər ucun yaratmayıb. Mənim oynamaqla nə işim var?!» Mən o Həzrətdən uzr istədim. O məni bağışladı və mən həmin aləti goturub colə cıxdım.»
538.Zeydi məzhəbindən olan Qasim ibn Əbdurrəhman deyir:«Mən Bağdada getdim və ora catanda camaatın qacıb nəyəsə baxaraq dayandığını gordum.» Soruşdum:«Nə olub?» Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu gorməliyəm.» O dişi (və ya erkək) bir qatırın ustundə gorundu. Oz-ozumə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki, Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.» O mənə tərəf donub dedi:«Ey Qasim ibn Əbdurrəhman:«Məgər biz ozumuzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən oz-ozumə dedim:«Vallah o cadugərdir.» Yenə mənə tərəf donub dedi:«məgər icərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalancının, lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım və imamətə etiqad bəslədim və şəhadət verdim ki, o Allahın yaratdıqlarına qarşı dəlil və hoccətidir və ona etiqad bəslədim.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 502 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ