اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 21 » İmam Huseyn
20:51
İmam Huseyn
                                                         İmam Huseyn

                           135.İmam Huseynin dunyaya gəlməsi.
488.Fatimə əleyhəs-səlam:«Huseyni (ə) dunyaya gətirdikdən sonra Allahın Peyğəmbəri(s) yanıma gəldi. Uşağı sarı parcaya bukulmuş halda o Həzrətə verdim. Peyğəmbər sarı parcanı acıb kənara atdı və ağ parca goturub Huseyni ona bukdu. Sonra buyurdu:«Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dunyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu «Qaimdir.»
489.İmam Səccad (ə):«Huseyn (ə) dunyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin ucun Harun Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə) yerə endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi:«Allah-taala sənə uşağa Harunun oğlunun adını qoymağı əmr edir.» Peyğəmbər soruşdu:«Harunun oğlunun adı nə olub?» Cəbrail (ə) dedi:«Şubəyr.» Peyğəmbər buyurdu:«Mənim dilim ərəb dilidir.» Cəbrail (ə) dedi:«Uşağın adını Huseyn qoy.»

                                           136.O Həzrətin imaməti
490.İmam Həsən (ə):«Mənim vəfatımdan və ruhum bədənimdən cıxandan sonra Huseyn ibn Əli (ə) imamdır. Onun Peyğəmbərin varisi olması Allahın yanında kitabda (Lovhi-məhfuzda və ya Quranda, yaxud da vəsiyyətnamədə) yazılıb və Allah-taala bu varisliyi onun ata.anasından olan varisliyə artırıb. Cunki Allah bilir ki, siz onun yaratdıqlarının ən yaxşısısınız. Buna gorə də sizin aranızdan Məhəmmədi (s) secdi və Məhəmməd (s)  Əlini (ə) və Əli məni imamətə secdi və mən Huseyni secdim.»

                            137.Huseyn məndəndir və mən Huseyndənəm.
491.Allahın Peyğəmbəri(s):«Huseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O qardaşından sonra insanların ən yaxşısıdır. O musəlmanların imamı, mominlərin başcısı, aləmlərin Rəbbinin xəlifəsi, komək istəyənlərin koməyi, pənah axtaranların pənahı və Allahın butun yaratdıqları ucun hoccətidir. O, Cənnət cavanlarının başcısı və ummətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı itaətsizlik etsə məndən deyil.»
492.Bəra ibn Azib:«Allahın Peyğəmbərini (s) gordum ki, Huseyni dalına mindirib və belə deyir:«İlahi! Mən onu sevirəm, onu Sən də sev.»
493.Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki:  O, Allahın Peyğəmbərinin (s) də‘vət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Huseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qacır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu guldurməyə başlayır və nəhayət Huseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə cənəsinin altına qoyur, onun ağzından opə-opə :«Huseyn məndəndir və mən Huseyndənəm. Allah Huseyni sevəni sevsin. Huseyn nəvələrimdən biridir.»
494.İbn Abbas:«Allahın Peyğəmbəri(s) Huseyn ibn Əlini (ə) oz ciyninə mindirmişdi. Bir nəfər dedi:«Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu:«O ozu necə gozəl suvaridir!»

                                   138.İmam Huseynin(ə) fəzilətləri.
495.Allahın Peyğəmbəri(s):«Kim yer uzunun goy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Huseynə baxsın.»
496.İmam Huseyn (ə):«Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kə’b onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi:«Xoş gəlmisən, ey əba Abdullah! Ey goylərin və yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi:«Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası goylər və yerlərin zinəti olsun?!» Peyğəmbər (ə) buyurdu:«Ey Ubey, məni haqq olaraq peyğəmbər gondərənə and olsun ki, Huseyn ibn Əlinin goylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha ustundur. Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Huseyn) hidayət cırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol gostərən imam və (qiymətli) azuqədir.»
497.İmam Huseyn (ə) Aşura gunundəki kəlamlarının birində buyurmuşdur:«Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub:  qılınc və zillət! Zillətə qatlaşmaq bizdən cox-cox uzaqdır. Allah, Onun Peyğəmbəri, mominlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alcaq bir başcıya təslim olmağı şərəfli olumdən ustun tutaq!»
498.İmam Huseyn (ə) Aşura gunundəki kəlamlarının digər birində buyurmuşdur:«And olsun Allaha ki, nə sizə zillət əli uzadacağam və nə də əsirlər, kolələr kimi qacacağam.»
499.İmam Səccad (ə):«İmam Huseynin (ə) əli ilə sağ qulağına işarə edib belə buyurduğunu eşitdim ki:«Əgər bir nəfər mənim bu qulağıma soysə və digər qulağıma uzr istədiyini bildirsə mən onun uzrunu qəbul edərəm. Cunki Əmirəl-mominin Əli ibn əbu Talib (ə) mənə babam Peyğəmbərdən (s) belə eştdiyini nəql edib ki:«Uzru – istər yetərli olsun istərsə də yetərsiz – qəbul etməyən kəs Kovsər hovuzunun yanına daxil olmayacaq.»
500.Huzeyfə ibn Yəman:«Peyğəmbərin Huseynin Əlindən tutub belə buyurduğunu eşitdim ki:  Ay camaat! Bu Huseyn ibn Əlidir. Onu tanıyın. Canım (qudrət) əlində olana and olsun ki, həm o, həm onu sevənlər və həm də onu sevənləri sevənlər Cənnətdədirlər.»
501.Şueyb ibn Əbdurrəhman Xuzai:«Təff (Kərbəla) gunu Huseyn ibn Əlinin kurəyində nəyinsə izi qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:«O, Huseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kurəyində daşıdığı kisələrin yeridir.»
502.Seyyid ibn Tavus «Luhuf» kitabında hədisin ravisindən nəql edir ki:  Həmin vaxt Huseyn (ə) duşməni təkbətək mubarizəyə cağırır, meydana cıxan hər bir kəsi oldururdu. Belə ki, onlardan coxlu sayda adam məhv etdi. O Həzrət mubarizə zamanı belə buyururdu: 
Olum xarlığı qəbul etməkdən daha yaxşıdır
Xarlıq Cəhənnəm oduna daxil olmaqdan daha yaxşıdır.»
Ravilərdən biri deyir:«And olsun Allaha ovladları, ailə uzvləri və yoldaşlarının hamısı oldurulub məğlub olmuş elə bir şəxs gorməmişəm ki, Huseyn kimi sakit və soyuqqanlı olsun. Duşmənin qoşunu muhasirə dairəsini sıxırdı, amma o, oz qılıncı ilə onlara hucum edirdi. Onlar da o Həzrətin qarşısından keci surusu hucuma kecən canavarın qarşısından qacan kimi qacırdılar. O, duşmənin otuz min nəfərlik qoşununa hucum edir və onları milcək kimi dağıdırdı. Sonra:
لا حول و لا قوة إلاّ بالله العليّ العظيم  deyib oz yerinə qayıdırdı.»


Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 717 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ