اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 21 » İmam Əli
18:54
İmam Əli
                                                          İmam Əli

                         115.İmam Əlini (ə) sevmək və sevməmək.
412.Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də gunahları yeyir.»
413.Allahın Peyğəmbəri(s):«Mominin əməl dəftərinin başlıq və sərlovhəsi Əli ibn əbu Talibin məhəbbətidir.»
414.Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir mominin qəlbində mohkəmləndirsə və həmin halda onun ayağı budrəsə (ondan bir xəta baş versə də) Qiyamət gunu sirat uzərində onun qədəmini mohkəm saxlayar.»
415.Allahın Peyğəmbəri(s):«Səni yalnız momin sevər və sənə yalnız munafiq ədavət bəsləyər.»

                       116.Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.
416.Allahın Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini oldurəndir. Kim ona yardım etsə, onun ozunə də yardım edilər və onu tək qoyan koməksiz qalar.»
417.Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o musəlmanların ağası, pəhrizkarların imamı və uzu ağların rəhbəridir.»
418.Allahın Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.» Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın rəhbəridir və Mənə itaət edənlərin işıq sacanıdır. O Mənim pəhrizkarlara yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə itaət edib.»

                                              117.Əli mənim canişinimdir.
419.Allahın Peyğəmbəri(s):«Ey Bəni-Haşim! Həqiqətən mənim ailəm arasında qardaşım, vəsim, vəzirim və canişinim Əli ibn əbu Talibdir. O mənim borcumu odəyir və və’dimi yerinə yetirir.»
420.Allahın Peyğəmbəri(s) Əliyə işarə edərək buyurmuşdur:«Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.»

                       118.Mən kimn movlasıyamsa, Əli də onun movlasıdır.
421.Allahın Peyğəmbəri(s):«Mən kimin movlasıyamsa, Əli də onun movlasıdır.»
422.Allahın Peyğəmbəri(s):«Əli məndəndir, mən Əlidən. O, hər bir mominin vəli və başcısıdır.»
423.Əbdurrəhman ibn əbi Leyla:«Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gordum ki:  Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum gunu Allahın Peyğəmbərinin(s) «mən kimin movlasıyamsa Əli onun movlasıdır» kəlamını eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakcılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gozum onundədirlər – durub dedilər:«Biz şəhadət veririk ki, Qədir gunu Allahın Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik ki:«Mən mominlərdən daha layiqli deyiləm?….» Biz dedik:  Əlbəttə, ey Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu:«Mən kimin movlasıyamsa Əli də onun movlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla duşməncilik edənlə duşmən ol.»

                                    119.Əli haqq və Qur’anladir.
424.Allahın Peyğəmbəri(s):«Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.»
425.Allahın Peyğəmbəri(s):«Əli hara uz cevirsə haqq onunladır.»
426.Allahın Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kovsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi hec vaxt bir-birlərindən ayrılmazlar.»
427.Allahın Peyğəmbəri(s):«Əli haqq və Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi hec vaxt bir-birindən ayrılmazlar.»

                                   120.Əli Peyğəmbərin elminin qapısıdır.
428.Allahın Peyğəmbəri(s):«Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna gorə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.»
429.Allahın Peyğəmbəri(s):«Mən hikmət evi, Əli onun qapısıdır.»
430.Allahın Peyğəmbəri(s):«Məndən sonra ummətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.»

                                          121.Mən və Əli bir ağacdanıq.
431.Allahın Peyğəmbəri(s):«Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə muxtəlif ağaclardan.»
432.Allahın Peyğəmbəri(s) Əliyə (ə) buyurub:«Sən həm dunyada və həm də axirətdə mənim qardaşımsan.»
433.Allahın Peyğəmbəri(s):«Əli məndəndir və mən ondan.»
434.Allahın Peyğəmbəri(s):«Əli mənim ucun bədənimdəki başım kimidir.»
435.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlinin əti mənim ətimdən və qanı mənim qanımdandır.»
436.Cabir:«Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın koku, sən onun govdəsi, Həsənlə Huseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.»

                                       122.Muxtəlif hədislər.
 437.Allahın Peyğəmbəri (s) Əliyə (ə):«Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.»
438.Allahın Peyğəmbəri(s) yanında hakimlik və ya xilafətdən sohbət duşən zaman buyurmuşdur:«Əgər onu Əliyə həvalə etsəniz gorərsiniz ki, Əli yol gostərən və yolu tapmış bir şəxsdir və sizi doğru yol ilə aparır.»
439.Allahın Peyğəmbəri(s):«Kim Adəmin elmini, Nuhun sayıqlığını, İbrahimin səbrini, Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa ibn İmranın qəzəbini gormək istəyirsə Əli ibn əbu Talibə baxsın.»
440.Allahın Peyğəmbəri(s):«Əli mominlərin ağasıdır.»
441.Allahın Peyğəmbəri(s):«Əli dinin sutunudur.»
442.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlini incidən məni incidib.»

443.Allahın Peyğəmbəri(s):«Əli mominlərin başcısıdır, mal və sərvət isə munafiqlərin.»
444.Allahın Peyğəmbəri(s):«Əlinin bu ummətin boynunda olan haqqı, atanın ovladının boynunda olan haqqı kimidir.»
445.Allahın Peyğəmbəri(s):«Əli ibn əbu Talib mənim sirdaşımdır.»
446.Allahın Peyğəmbəri(s):«Qiyamət gunu nicat tapanlar Əli və onun şiələridirlər.»
447.Allahın Peyğəmbəri(s):«Əlini yada salmaq ibadətdir.»
448.Allahın Peyğəmbəri(s):«  Əli insanların ən yaxşısıdır» deməyən kəs kafir olub.»

                                         123.Həqiqətən mən….
449.İmam Əli (ə):«Həqiqətən mən sizi sizdən qabaq ozum yerinə yetirdiyim itaətdən başqa bir şeyə vadar etmir və sizdən qabaq ozum cəkindiyim gunahdan başqa bir gunahdan cəkindirmirəm.»
450.İmam Əli (ə):«Ay camaat! Həqiqətən mən sizin aranızda fironun adamları arasında olan Harun, həmcinin Bəni İsrailin arasında olan Hittə qapısı və Nuhun qovmu arasında Nuhun gəmisi kimiyəm. Mənəm ən boyuk «xəbər» və ən boyuk doğrucu. Tezliklə vəd olunduğunuz şeyi gorəcəksiniz.»
451.İmam Əli (ə):«Həqiqətən mən hec vaxt muharibə və cihad meydanından qacmamışam və mənimlə doyuşə kim gəlibsə yeri onun qanı ilə doydurmuşam.»

                                             124.Mənəm…….
452.İmam Əli (ə):«Mənəm dunyanı xar və hec sayan!»
453.İmam Əli (ə):«Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və yardımcısıyam.Mənəm İslamda oncul, butləri sındıran, kafirlərlə vuruşan və din duşmənlərini məhv edən!»
454.İmam Əli (ə):«Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.»
455.İmam Əli (ə):«Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi boluşdurənəm. Mənim boluşdurduyum miqdardan başqa hec kəs ona daxil olmaz. Mənəm «boyuk ayıran» (haqq ilə batili bir-birindən ayıran), mənəm ozumdən sonrakı insanların imam və rəhbəri və məndən qabaq olmuş kəs tərəfindən onu əda edən.»
456.İmam Əli (ə):«Mən Allahın elmiyəm. Mən Allahın xəbərdar qəlbi, Onun natiq dili, gozu və tərəfiyəm. Mən Allahın əliyəm.»
457.İmam Əli (ə):«Mən yol gostərənəm; mən yolu tapmışam; mən yetim və yoxsulların atasıyam; mən dul qadınların başcısıyam; mən butun zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə icində olan hər bir kəsin pənahgahıyam; mən mominlərin Cənnətə aparan bələdciləriyəm; mən Allahın ən mohkəm ipi və təqva kəlməsiyəm; mən Allahın gozu , doğrucu dili və əliyəm.»
458.İmam Əli (ə):«Mən Qiyamət gunu Allah qarşısında şikayət ucun dizlərini yerə vuran ilk kəsəm.»
459.İmam Əli (ə):«Mən İslamı qəbul edən ilk şəxsəm.»
460.İmam Əli (ə):«Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.»

                                       125.İmam Əlinin elmi.
461.İmam Əli (ə) xalq xəlifə kimi onunla bey‘ət etdikdən sonra oxuduğu xutbədə buyurmuşdur:«Camaat! Nə qədər ki, məni itirməmisiniz, soruşun, məndən sual soruşun! Cunki birincilərin və sonuncuların elmi məndədir. And olsun Allaha, əgər məhkəmə kursusundə otursam Tovratın davamcıları arasında onların Tovratları əsasında hokm cıxararam və ... sonra buyurdu:«Məni itirməmişdən qabaq məndən soruşun. Toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər Quran ayəsindən soruşsanız sizə onun nə vaxt kimin barəsində nazil olmasını deyərəm.»
462.İmam Əli (ə):«Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.»

                 126.İmam Əlinin məzlumiyyəti (zulmə məruz qalması).
463.İmam Əli (ə):«Mən Allahın Peyğəmbəri(s) vəfat edən zamandan həmişə zulmə məruz qalmışam.»
464.İmam Əli (ə):«Mənim gorduklərimi (qarşılaşdığım cətinlikləri) hec kəs gorməyib.»
465.İmam Əli (ə):«Mən elə bilirdim ki, vali camaata zulm edir, amma indi camaat valiyə zulm edir.»
466.İmam Əliyə (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o Həzrət buyurmuşdur:«And olsun Allaha siz daha hərissiniz. Siz ondan daha uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı və daha yaxınam (mən ona daha layiqəm və ya Peyğəmbərə qohumluq baxımından daha yaxınam). Həqiqətən mən oz haqqımı tələb etdim və siz mənim ona catmağıma mane olursunuz...İlahi! Mən Qureyşə və onlara yardım edənlərə qarşı Səndən komək istəyirəm. Cunki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim yuksək məqamımı aşağı hesab etdilər və mənə məxsus olan şeyə gorə mənimlə vuruşmaq ucun əlbir oldular.»
467.İmam Əli (ə):«Allahın Peyğəmbəri(s) buyurub:«Əgər sən olmasaydın məndən sonra mominlər tanınmazdılar.»
468.İmam Əli (ə):«And olsun Allaha gecəni səhərə kimi dəvətikanının ustundə oyaq qalmaq və zəncirlərlə ciyinlərimdən bağlanaraq cəkilmək mənə Qiyamət gunu Allaha və Onun Peyğəmbərinə zalım kimi qovuşmaqdan daha xoşdur.......
And olsun Allaha, əgər yeddi iqlimi goylərin altında olan şeylərlə birlikdə mənə versələr ki, qarışqanın ağzından arpanın qabığını almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm!»
469.İmam Əli (ə):«Həqiqətən mən sizin aranızda qaranlıqda olan cıraq kimiyəm ki, onun ətrafına gələn onun nurundan faydalanar.»
470.İmam Əli (ə):«Allah-taalanın məndən boyuk nişanəsi yoxdur; Allahın məndən «boyuk xəbər»i yoxdur.»
471.İmam Əli (ə):«Haqq mənə gostərilən zamandan bəri hec vaxt onun barəsində şəkk etməmişəm.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 559 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ