Меню сайта |
|
|
FAYLLARIN KATALOQU |
|
|
|
Главная » 2011 » Июль » 21 » İmam Musa Kazim
|
İmam Musa Kazim
146.O Həzrətin imaməti 524.İmam Sadiq (ə) Səfvan Cəmmalın bu məqama (imamət məqamına) malik olan şəxs barəsindəki sualının cavabında buyurmuşdur:«Bu məqamın sahibi əbəs və puc işlərlə məşğul olmaz. Bu vaxt hələ uşaq olan Musa ibn Cəfər daxil oldu. Onun yanında bir dişi Məkkə kecisi var idi. O həmin keciyə «Rəbbinə səcdə et» deyirdi. Əbu Abdullah onu tutub qucaqladı və buyurdu: Atam-anam buna fəda olsun ki, bihudə və qəflətə səbəb olan işlərin əhli deyil.»
147.İmam zindanda 525.Səubani:«Əbulhəsən Musa ibn Cəfər on ildən artıq hər gun gunəş cıxandan sonra səcdəyə gedirdi və səcdəsi gunortaya kimi cəkirdi.» Səubani deyir:«Bəzən Harun imam Kazim (ə) saxlanılan zindan gorunən dama cıxır və o Həzrəti səcdə halında gorurdu. Bir dəfə Harun Rəbiə dedi:«O nə paltardır ki, mən onu hər gun orada gorurəm?» Rəbi dedi:«Ey əmirəl-mominin, o paltar deyil, Musa ibn Cəfərdir, hər gun gunəş cıxandan gunortaya kimi səcdədə olur.» Rəbi deyir:«Harun mənə dedi: Doğrudan da o, Bəni Haşimin rahiblərindəndir.» Mən dedim:«Bəs nə ucun onu zindana salaraq meydanı ona daraltmısan?» Dedi:«Heyf ki, bundan başqa bir carə yoxdur.» 526.Əli ibn Suveyd:« Mən zindanda olan Əbulhəsən Musaya (ə) bir məktub yazıb ondan həm halını, həm də coxlu məsələlər soruşdum. Bir necə ay mənə cavab vermədi. Sonra mənə belə bir cavab yazdı:« Bağışlayan və mehriban Allahın adı ilə..... Və sonra: Sən elə bir şəxssən ki, Allah sənə Məhəmməd Əhli-Beyti yanında məqam verib və səni, əziz tutmağını istədiyi dinini sevənlərdən edib.... .»
148.İmam Kazimın fəzilətləri. 527.Əl-İrşad:«Rəvayət olunub ki, Həzrət Kazim (ə) cox dua edər və buyurardı:« Allahım, Səndən olum zamanı rahatlıq və hesab aparılarkən əfv və bəxşiş diləyirəm.» O, bu cumləni təkrar edərdi. O Həzrətin dualarından biri belə idi:«Sənin bəndənin gunahı boyuk, Sənin tərəfindən olan əfv və bağışlama isə gozəldir.» O Həzrət, Allahın qorxusundan elə ağlayardı ki, saqqalı goz yaşından islanardı. Ailə və qohumlarına o Həzrətdən cox qayğı gostərən yox idi. Axşamlar Mədininin yoxsullarına baş cəkər, ozu ilə dirhəm, dinar, un və xurma dolu zənbil aparar və onların qapılarının ağzına qoyardı. Onlar həmin pul və malların kimin tərəfindən olmasını başa duşməzdilər.» 528.Həsən ibn Məhəmməd ibn Yəhya Ələvi:«Babam mənə nəql edib ki: Musa ibn Cəfərə cox ibadət etdiyi ucun «saleh bəndə» deyirdilər. Bizim alimlərimiz nəql ediblər ki, o, gecənin əvvəlində Peyğəmbərin (s) məscidinə gedərək səcdəyə qapılıb, səcdədə belə deyirmiş:«Mənim gunahım boyukdur, Sənin bağışlamağın gozəldir ey cəkinilməyə layiq olan və bağışlayan!» O bu cumləni səhərə kimi təkrar edərmiş. Musa ibn Cəfər səxavətli və alicənab bir insan olub. Kiminsə onun barəsində xoşagəlməz sozlər deməsini eşitsəydi, ona icində min dinar olan kisə gondərərdi.»
|
Категория: EHLIBEYT HƏDISLƏR |
Просмотров: 524 |
Добавил: sahil
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
KITABXANA
1.5 |
|
|
QURAN OXU
QURAN DINLE
ISLAMI SAYTLAR EHLIBEYT-MOIZE.UCOZ.RU ISLAM-AZERI.AZ AHLIMAN.COM MUSELMAN.WS DEYERLER.ORG HAQQYOLU.COM AHLALBAYT.RU ISLAMMEKTEBI.ORG SIZINYOL.COM ZEKA.AZ HZ-ALI.TK ZEHRANET.COM ISLAMAZ.COM SONUMID.TK HILAL.AZ ISLAMINSESI.AZ FAKTXEBER.COM NOOR.AZ AHLIBEYT.AZ AHLIBEYT.GE KOVSER.AZ BIRLIK.AZ IMAN.GE
|