اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 21 » İmamət
18:52
İmamət
                                                           İmamət

                                                           89.İmamət
Qur’an: 
«Bu gun dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin ucun din olaraq İslamı bəyənib secdim.»
Hədis: 
347.İmam Əli (ə):«İmamət ummətin (işlərinin) nizamıdır.»
348.İmam Baqir (ə):«İslam beş sutun uzərində mohkəmlənib:  namaz, zəkat, oruc, həcc və vilayət. Hec bir şeyə vilayət qədər də‘vət olunmayıb.»
349.İmam Sadiq (ə):«Əgər bəndələr Allah tərəfindən olmayan zalım rəhbəri rəhbər kimi qəbul etsələr Allah onların yerinə yetirdikləri yaxşı əməlləri qəbul etməyəcəkdir.»
350.İmamKazim (ə):«İmamət nur və işıqdır, Allah-taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!»(ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu:  Nur həmin imamdır.»
351.İmam Rza (ə):«Peyğəmbərin(s) omrunun son ilində yerinə yetirilmiş vida həccində «Bu gun dininizi kamala yetirdim...» (ayəsi) nazil oldu. İmamət məsələsi dinin kamilliklərindəndir.»
352.İmam Rza (ə):«İmamət İslamın boy atmaqda olan təməli və onun ucaldılmış qoludur.»
353.İmam Rza (ə):«İmamət dinin cilovu, musəlmanların işlərinin nizamı, dunyanın duzəlməsi və abadlığı, mominlərin izzət və başucalığıdır.»

                                   90.İmamətin nubuvvətdən ustunluyu.
Qur’an:
«(Yadına sal ki,) İbrahimi oz Rəbbi bir necə sozlə imtahana cəkdiyi zaman o Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona«səni insanlara imam təyin edəcəyəm» dedi.»
Hədis: 
354.İmam Sadiq (ə):«Allah-taala İbrahimi peyğəmbərliyə secməmişdən qabaq onu bəndəliyə goturdu və onu risalət məqamına secməmişdən qabaq nubuvvətə catdırdı. Həmcinin onu dostluğa secməmişdən qabaq oz rəsulu etdi və onu oz imamı etməmişdən qabaq oz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu:  Mən səni insanların imamı və başcısı təyin etdim.»

                         91.Hoccətin (ilahi rəhbərin) zəruriliyi

Hoccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət gunu  insanlar bəhanə gətirib deməsinlər ki,dunyada bizə bir yol gostərən yox idi.)

355.İmam Baqir (ə) və ya İmam Sadiq (ə):«Allah yer uzunu alimsiz qoymayıb və əgər belə olmasaydı haqq ilə batil bir-birindən secilməzdi.»
356.İmam Sadiq (ə):«Yer uzu yarandığı gundən hec vaxt insanların unutduqları haqqı dircəldən, hər şeyi bilən hoccətsiz qalmayıb. (İmam Sadiq (ə)) sonra bu ayəni oxudu:«Oz ağızları ilə Allahın nurunu sondurmək istəyirlər...»

                                    92. Hoccət tanınmış imamdır.
357.İmam Sadiq (ə):«Allahın yaratdıqlarına hoccəti tanınmış imamsız bərqərar olmaz.» 

                     93.Bəzən hoccət  qorxu icində və ya naməlum olur.
358.İmam Əli (ə):«Bəli, elədir! Yer uzu Allahın yaratdıqlarına hoccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu icində və naməlum – boş olmur ki, Allahın dəlil və subutları aradan getməsin.»
359.İmam Baqir (ə):«Yer uzu imamsız – istər aşkar olsun və ya gizlin  qalmır.»

                        94.İmam olmasa yer uzu bir-birinə dəyər.
360.İmam Sadiq (ə):«Əgər yer uzu imamsız qalsaydı bir-birinə dəyər,  dağılardı.»
361.İmam Sadiq (ə):«Yer uzundə həmişə hoccət movcuddur. Cunki insanları hoccətdən başqa bir şey islah etməz və yer uzunu ondan başqa bir şey abadlaşdırmaz.»

                             95.Hər bir ummət oz imamı ilə cağrılacaqdır
Qur’an: 
«Elə bir gun  ki, (Qiyamət gunu) butun insanları oz imamları ilə birlikdə cağıracağıq.»
Hədis: 
362.İmam Sadiq (ə):«Qiyamət gunu …. Allah-taaladan nida gələr ki, kim dunya evində imama tabe olubsa, gərək onun arxasınca imamı aparılan yerə getsin. Həmin vaxt :«tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, uz dondərəcəklər.»

                                            96.İmamı tanımaq.
363.Allahın Peyğəmbəri(s):«Kim imamını tanımamış olsə cahiliyyət olumu ilə olub.»
364.Allahın Peyğəmbəri(s):«Kim imamı olmadan olsə cahiliyyət olumu ilə olub.»
365.İmam Huseyndən (ə) Allahı tanımaq barəsində sual soruşularkən buyurmuşdur:«Hər bir zamanın insanlarının tabe olmalı  imamı tanımaları (Allahı tanımalarına səbəb olar. Cunki Allahı tanımaqla onun tərəfindən olan mə‘sum imamın tanınması arasında sıx bağlılıq movcuddur).»
366.İmam Sadiq (ə) «Kimə hikmət əta edilsə…. « (ayəsi) barəsində buyurmuşdur:«  (Hikmət) Allaha tabe olmaq və imamı tanımaqdır.»
367.İmam Sadiq (ə):«İmam Allah-taala ilə Onun yaratdıqları arasında olan bir bələdcidir. Onu tanıyan momin, inkar edən isə kafirdir.»
368.İmam Sadiq (ə):«Kim bizi tanımasa və bizi inkar da etməsə, o, Allahın ona vacib etdiyi hidayətə, yəni bizə tabe olmağın zəruriliyənə qayıdana kimi azğındır. Əgər o, azğınlıq halında olsə Allah onunla ozu istədiyi kimi rəftar edəcək.»
                           97.İmamətin şərtləri və imamın xususiyyətləri.
Quran: 
«Səbr etdiklərinə və bizim ayələrimizə və nişanələrimizə yəqinlikləri olduğu ucun Biz onlardan əmrimizlə haqq yolu gostərən rəhbərlər təyin etmişdik.»
«Doğru yola yonəldən kəs ardınca getməyə daha cox layiqdir, yoxsa doğru yol gostərilmədikcə ozu onu tapa bilməyən kəs?»
«Allah onu sizin ucun secmiş, elm və bədəncə ona ustunluk vermişdir.»
Hədis: 
369.İmam Əli (ə):«Bu işi (imaməti) ancaq səbr əhli olan, gozuacıq və işlərdən baş cıxaran kəs ciyinlərində cəkə bilər.»
370.İmam Əli (ə):«İmam və rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə və coşqun qəlbə malik olsun.»
371.İmam Əli (ə):«Ozunu camaatın rəhbəri etmiş kəs başqalarını oyrətməmişdən qabaq ozunu oyrətməli və (başqalarını) soz ilə ədəbləndirməmişdən qabaq əməl ilə ozunu ədəbləndirməlidir.»
372.İmam Əli (ə):«Allahın əmrini ( ilahi hokmun icrasında) bac verməyən, geri cəkilməyən və (şəxsi) mənafe dalınca getməyən kəsdən başqa hec kəs icra və bərpa edə bilməz.»
373.İmam Əli (ə):«İtaəti vacib olan imamın vilayətinin boyuk sərhədləri bunlardır: Məlum  olmalıdır ki , o səhvdən, budrəmədən, bilərəkdən edilən gunahdan,umumiyyətlə butun gunahlardan – istər boyuk olsun istərsə, də kicik – uzaqdır, pak və muqəddəsdir.O, nə budrəyər, nə səhv edər.O, dinin devrilməsinə hec cur qol qoymaz, hec vaxt əyyaşlıq və kef etməz, Allahın halal-haramına, Onun vaciblərinə, mustəhəbbilərinə və (digər) hokmlərində insanların ən biliklisidir,o hec kəsə mohtac deyil, amma başqaları ona mohtacdır, o insanların ən səxavətli və ən şucaətlisidir.»
374.İmam Əli (ə):«Bildiniz ki, musəlmanların namus, can, qənimət, hokumət və rəhbərlik işlərini xəsis adama tapşırmaq olmaz. Cunki o, onların mallarına həris olar. Həmcinin nadana tapşırmaq olmaz, cunki o da oz nadanlığı nəticəsində onları azdırar. Eləcə də rəhmsiz və zulmkara! Cunki o da oz rəhmsizliyi ilə musəlmanları mohtac olduqları şeylərdən məhrum edər. Malların boluşdurulməsini ədalətsiz adama da tapşırmaq olmaz. Cunki o, bir dəstəyə bağışlayar, bir dəstəni isə məhrum edər. Nə də qəzavət edəndə ruşvət alana ki, camaatın huquqlarını tapdalayar və haqqı sahiblərinə catdırmaqda səhlənkarlıq edər və nə də sunnəni tərk edən kəsə ki, umməti məhvə aparar.»
375.İmam Huseyn (ə) kufəlilərə yazdığı məktubunda buyurmuşdur:   «Oz canıma and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın kitabı əsasında hokm cıxarır, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlayır.»
376.İmam Baqir (ə) imamın nişanəsinin izahında buyurmuşdur: «Halalzadə və gozəl tərbiyəyə malik olmalı və əyyaşlıqla məşğul olmamalıdır.»
377.İmam Rza (ə) imamın xususiyyətləri barəsində buyurmuşdur: «İmam rəhbərlikdə bacarıqlı, siyasətdən və olkənin idarəciliyindən xəbərdar olmalıdır.»

                         98.Allahın haqq rəhbərlərə vacib etdiyi şeylər.
378.İmam Əli (ə):«Allah məni oz yaratdıqlarının imam və başcısı etdi. Buna gorə də mənə yeyib-icmək və geyimimdə yoxsullar kimi olmağımı əmr edib ki, yoxsul oz yoxsulluğunda mənimlə təsəlli tapsın, varlını oz zənginliyi azğınlıq və itaətsizliyə cəkməsin.»
379.İmam Əli (ə):«Həqiqətən imama Allahın onun ohdəsinə qoyduğu şeylərdən başqa hec nə vacib deyil(və onlar ibarətdir):  moizə və oyud-nəsihət verməkdə səhlənkarlıq etməməli, xeyirxahlıq istiqamətində calışmalı, sunnəni dircəltməli, layiq olan kəslər barəsində Allahın muəyyənləşdirdiyi ilahi hədd və cəzaları icra etməli və (beytul-maldan olan) payları payı olan kəslərə catdırmalıdır.»

                                   99.İmamla ummətin qarşılıqlı haqları.
380.İmam Əli (ə):«İmam Allahın kitabı əsasında hokm cıxarmaq və əmanəti sahibinə qaytarmaq vəzifəsi daşıyır. O belə edəndən sonra camaatın vəzifəsi onun sozlərinə qulaq asmaq, əmrlərinə tabe olmaq və onları (hər hansı bir işə) cağıranda (cağırışına) cavab verməkdir.»
381.İmam Əli (ə):«Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və ustunluk əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın.
Bilin, sizin mənim boynumda olan haqqınız, muharibə istisna olmaqla sizdən hec bir sirr gizlətməməyim, hokm cıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş gorməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun catdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir. Beləliklə, mən belə etdikdən sonra Allahın neməti sizə vacib olur və sizin mənə tabe olmağınız vacibdir.»
                     100.İmamlarınız sizin numayəndələrinizdirlər.
382.Allahın Peyğəmbəri(s):«Həqiqətən sizin imamlarınız Allah yanındakı numayəndələrinizdir. Odur ki, din və namazınızda kimləri numayəndə olaraq   gondərdiyinizə diqqət edin.»
383.Allahın Peyğəmbəri(s):«İmamlarınız sizi Allaha tərəf aparan bələdcilərinizdirlər. Buna gorə də din və namazlarınızda kimə iqtida etməyinizə diqqət edin.»

                    101.Haqq imamdan başqasına tabe olmaq.
384.İmam Baqir (ə):«Allah-taala buyurub:«İslam rəiyyətindən kim qeyri-ilahi zalım rəhbərin hakimiyyətini qəbul etsə, ona mutləq əzab verəcəyəm.»
385.İmam Sadiq (ə):«Kim qeyri-ilahi rəhbəri imaməti Allah tərəfindən olan imamla şərik etsə Allaha şərik qoşub.»

                                 102.Cəhənnəmə aparan rəhbərlər.
Qur’an: 
«Biz onları Cəhənnəmə cağıran rəhbərlər etdik»
Hədis: 
386.İmam Əli (ə):«Allah yanında ən pis adam ozu azğın olduğu halda camaatı da azğınlığa salan zulumkar rəhbərdir. Cunki o əməl olunan sunnəni oldurur və tərk edilmiş və atılmış bud’əti dirildir. Allahın Peyğəmbərinin belə buyurduğunu eşitmişəm :«Qiyamət gunu zulmkar rəhbər bir arxa və hamisi olmadan gətiriləcək. Beləliklə, Cəhənnəm oduna atılacaq və orada dəyirman daşı kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənəcəkdir.»

                                        103.İmamət iddiacısı.
387.İmam Baqir (ə) «Qiyamət gunu Allaha qarşı yalan uydurub soyləyənlərin uzlərini qapqara gorərsən» (ayəsi) barəsində buyurmuşdur:«O, imam olmadığı halda «mən imamam» deyən kəsdir.»
388.İmam Sadiq (ə):«Layiq olmadığı halda imamət iddiası edən kəs kafirdir.»


                 104.Allah-taalaya itaət etməyən kəsə tabe olmaq olmaz.
Quran: 
«Onlar deyəcəklər:«Pərvərdigara! Biz ağalarımıza, boyuklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.»
Hədis: 
389.Allahın Peyğəmbəri(s):«Allaha itaət etməyən kəsə tabe olmaq olmaz.»
390.Allahın Peyğəmbəri(s):«Ey Əli! Dord şey insanın belini qırar: Ozu Allaha itaət etmədiyi halda başqalarının ona itaət etdiyi rəhbər….»
391.İmam Əli (ə):«Allahın Peyğəmbəri bir qoşun gondərdi və bir nəfəri onların başcısı təyin etdi. Qoşuna onun gostərişlərinə tabe olmağı və ona itaət etməyi tapşırdı. Həmin şəxs ocaq qalayıb qoşuna ozlərini onun icinə atmaq gostərişi verdi. Onların bir dəstəsi oda girməkdən imtina edərək dedi:«Biz oddan qorxuruq. Başqa bir dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın Peyğəmbərinə catdı.» O Həzrət buyurdu:«Əgər onlar oda daxil olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu:«Allaha itaətsizlik məsələsində hec kəsə tabe olmaq olmaz, bəlkə yaxşı işlərdə (əmrə) tabe olmaq lazımdır.»

            105.Hər bir zalım rəhbərin qarşısında qiyam etmək vacibdir.
392.Allahın Peyğəmbəri(s):«İslamın dəyirman daşı tezliklə hərəkətə gələcəkdir. Onda siz Quranın oxu ətrafında fırlanın. Hokmdarla Quranın bir-birinə qarşı vuruşmaları və bir-birindən ayrılmaları yaxındır. Tezliklə sizə elə şahlar hakim olacaqlar ki, sizə bir cur, ozləri ucun isə başqa cur hokm edərlər. Əgər onlara tabe olsanız sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz sizi oldurərlər.»
Dedilər:«Ey Allahın Peyğəmbəri! Həmin zamanda nə edək? Buyurdu:«İsanın əshabı kimi olun.Onları oraq ilə doğradılar və dar ağacından asdılar. (Allahın) itaət(in)də olmək gunah icində yaşamaqdan daha yaxşıdır.»

                         106.Qiyamdan cəkinməyə səbəb olan amillər.
393.İmam Baqir (ə):«Əgər imama komək etmək ucun «Bədr» əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir.»
394.İmam Sadiq (ə):«Ey Sudeyr! And olsun Allaha, əgər şiələrimin sayı bu keci balalarının sayı qədər olsaydı, oturmağı rəva bilməzdim. (Sudeyr deyir:) Biz endik və namaz qıldıq. Namaz qurtaranda keci balalarına nəzər salıb onları saydım, on yeddi baş idilər.»


                                        107.İmamın secilməsi.
395.İmam Mehdi (ə) Sə’d ibn Abdullah Quminin «camaat nə ucun ozu ucun imam secə bilməz?» sualının cavabında buyurmuşdur:«Həmin imam saleh əməl sahibi olacaq, yoxsa pis əməl sahibi?» Dedim:«Saleh əməl sahibi.» Buyurdu:«Onu secənlərin hec biri onun zehnindən nələr kecdiyini bilmədiyi ucun ola bilərmi ki, həmin şəxs pis əməl sahibi cıxsın?» Dedim:«Bəli.» Buyurdu:«Səbəb budur.»

                                        108.Səqəleyn hədisi.
396.Allahın Peyğəmbəri(s):«Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan mohkəm yapışacaqsınız, məndən sonra hec vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha boyuk və ustundur. (Biri) Allahın kitabıdır ki, o goydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi hec vaxt bir-birindən ayrılmaz.»

                               109.Əhli –beytə tabe olmağın vacibliyi.
397.Allahın Peyğəmbəri(s):«Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan uz dondərən suda batıb boğular.»
398.İmam Əli (ə):«Oz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Cunki onlar sizi hec vaxt doğru yoldan azdırmaz və hec bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun.»
399.İmam Əli (ə):«Bilin! Məhəmmədin (s) Əhli-Beyti goydəki ulduzlar kimidir.Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna gorə də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və O, arzu etdiyiniz şeyləri sizə verib.»
400.İmam Əli (ə):«Bizik nubuvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət ceşmələri!»
401.İmam Əli (ə):«Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icracılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa hec kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar.»
402.İmam Əli (ə):«Biz yolun ortasında olan soykənəcəyik. Geridə qalan ozunu ona catdırar və cox qabağa kecən ona tərəf qayıdar.»
403.İmam Sadiq (ə) imamların vəziyyətləri və onların xususiyyətlərini acıqlayarkən buyurmuşdur:«Allah onları insanların həyatı (həyat amili), qaranlıqların cıraqları, soz acarları və İslamın sutunları edib.»

                110.Əhli-Beytə qarşı ozbaşına davranılmasının səbəbi.
404.İmam Əli (ə):«Bizim nəsəbimiz ustun və Peyğəmbərlə (s) bağlılığımızın daha mohkəm olmasına baxmayaraq xilafət məsələsində bizimlə ozbaşına və təcridedici rəftar edilməsinin səbəbi, xilafətin rəğbət bəslənilən və cazibəli olması idi. Bir dəstə həriscəsinə ondan yapışdı və bir dəstə (Əhli-Beyt) səxavətlə ondan kecdi. (Bizimlə onlar arasında) hakim Allahdır.»

                          111.Əhli-Beyt baxımından hokumətin fəlsəfəsi.
405.İmam Əli (ə):«Allahım! Sən ozun bilirsən ki, bizdən baş verənlər nə qudrət əldə etmək ucun aparılan rəqabətə gorə idi, nə də dunya malından bir şey əldə etmək ucun. Əksinə, biz Sənin zulmə məruz qalmış bəndələrinin əmin-amanlıq və rahatlıq tapmalarını və icra edilməyən hədd və hokmlərinin yenidən icra edilməsi ucun Sənin dininin nişanələrini oz yerinə qaytarmaq və Sənin vilayətlərində abadlığı uzə cıxarmaq istəyirdik.»

                                          112.Parcalanma qorxusu.
406.İmam Əli (ə):«And olsun Allaha əgər musəlmanların pərakəndə olmaları, kufrə qayıtmaları və dində noqsan yaranması qorxusu olmasaydı, imkanımız olan qədər movcud şəraiti dəyişdirərdik.»

                                            113. On iki imam.
407.Allahın Peyğəmbəri(s):«Nə qədər ki, camaata on iki kişi hakimdir, onların işləri qaydasında olar….. Onların hamısı Qureyşdəndir.»
408.Allahın Peyğəmbəri(s):«Mənim canişinlərimin sayı Musanın tayfa başcılarının sayı qədərdir.»

                                             114.İmamın elmi.
409.İmam Sadiq (ə):«Əli (ə) alim idi və elm irsi olaraq kecir. Alim oləndən sonra mutləq onun elmini və ya Allahın istədiyini bilən bir nəfər qalır.»
410.İmam Sadiq (ə):«And olsun Allaha mən Allahın kitabını əvvəldən axıra kimi elə bilirəm, sanki o mənim ovcumdadır. Quranda goy və yerin, kecmiş və gələcəyin xəbəri vardır. Allah-taala buyurub:«Quranda hər bir şeyin bəyan və izahı vardır.»
411.İmam Rza (ə):«Allah-taala bəndələrinin işlərinin idarəsi ucun birini secəndə ona konul genişliyi verər, qəlbinə hikmət ceşmələri cari edər və ona elm və bilik ilham edər ki, ondan sonra hec bir sualda aciz və doğru yolu tapmaqda məəttəl qalmasın.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 583 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ