Меню сайта |
|
|
FAYLLARIN KATALOQU |
|
|
|
Главная » 2011 » Июль » 21 » İmamların anası – Fatimə
18:58 İmamların anası – Fatimə |
İmamların anası – Fatimə
127.Həzrət Fatimənin adları 472.Allahın Peyğəmbəri(s):«Qızım ona gorə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.» 473.İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Muhəddisə, Zəhra.» 474.Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə ucun «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Cunki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar ucun sacması kimi sacırdı.»
128.Fatimə mənim bədənimin bir parcasıdır. 475.Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parcasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim ucun ən əziz şəxsdir.» 476.Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parcasıdır. O mənim gozumun nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.»
129.Fatimə dunya xanımlarının xanımıdır 477.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dunya xanımlarının xanımıdır.» 478.Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır.» 479.Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dunyanın – yaradılışın əvvəlindən sonuna kimi – butun qadınlarının xanımıdır.»
130.Fatimə qəzəblənəndə Allah da qəzəblənir. 480.Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:«Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.»
131.Həzrət Fatimənin musibəti. 481.İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:«Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez catan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tukəndi və guc və taqətimi əldən verdim. Amma sənin boyuk kədər yaradan ayrılığın və səni itirmənin boyuk musibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Cunki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və oz əlimlə başını qəbrinin daşı uzərinə qoyduğum anları hec vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim ucun sənin olduğun diyarı secincəyə qədər, mənim (sizin ayrılığınız ucun olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla kecəcək. Tezliklə qızın səni ummətinin və bir-birləri ilə əlbir olanların ona olan zulmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Butun baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zulmlər baş verərkən sənin getməyindən elə də cox zaman kecməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna gorə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gumanda olmağımdan deyil.»
|
Категория: EHLIBEYT HƏDISLƏR |
Просмотров: 540 |
Добавил: sahil
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
KITABXANA
1.5 |
|
|
QURAN OXU
QURAN DINLE
ISLAMI SAYTLAR EHLIBEYT-MOIZE.UCOZ.RU ISLAM-AZERI.AZ AHLIMAN.COM MUSELMAN.WS DEYERLER.ORG HAQQYOLU.COM AHLALBAYT.RU ISLAMMEKTEBI.ORG SIZINYOL.COM ZEKA.AZ HZ-ALI.TK ZEHRANET.COM ISLAMAZ.COM SONUMID.TK HILAL.AZ ISLAMINSESI.AZ FAKTXEBER.COM NOOR.AZ AHLIBEYT.AZ AHLIBEYT.GE KOVSER.AZ BIRLIK.AZ IMAN.GE
|