اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 24 » İman
14:59
İman
                                                        İman

                                                  172.İman və İslam
Quran: 
«Bədəvi ərəblər dedilər:«Biz iman gətirdik.» De:«Siz iman gətirmədiniz. Ancaq İslamı qəbul etdik deyin. İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır.»
Hədis: 
583.İmam Baqir (ə):«İman iqrar və əməl etməkdir, İslam isə əməlsiz iqrar etməkdir.»
584.İmam Sadiq (ə):«İman qəlblərdə yerləşir. İslam isə nigah, irs və qanın qorunmasının bağlı olduğu şeydir.»

                                                 173.İmanın həqiqəti
585.Allahın Peyğəmbəri (s):«İman iddia və arzu ilə deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi şeydir.»
586.Allahın Peyğəmbəri (s):«İman qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən uzvləri ilə əməl etməkdir.»
587.Allahın Peyğəmbəri (s):«İman səbr və guzəştdir.»
588.Allahın Peyğəmbəri (s):«Hər bir şeyin həqiqəti var. Hec bir bəndə ona catan şeyin catmamasının qeyri-mumkunluyunu, həmcinin ona catmayan şeyin catmasının qeyri-mumkunluyunu bilməyincə həqiqətə catmaz.»
589.Allahın Peyğəmbəri (s):«Bəndə Allaha gorə qəzəblənib Allaha gorə sevinməyincə imanın həqiqətinə catmaz. Belə olan zaman o imanın həqiqətinə layiq olub.»
590.Allahın Peyğəmbəri (s):«Hec bir bəndə ozu ucun istədiyi xeyri başqa insanlar ucun də istəməyincə momin deyil.»
591.İmam Əli (ə):«İman əməli (Allaha gorə) saflaşdırmaqdır.»
592.İmam Əli (ə):«İman cətinlik və giriftarcılıq zamanı səbrlilik, rahatlıq və nemət icində olan zaman isə şukr etməkdir.»
593.İmam Əli (ə):«İmanın başı duzluk və doğruculuqdur.»
594.İmam Əli (ə):«Hec bir bəndənin imanı onun, Allahın yanında olanlara inam və etimadı oz əlində olanlardan cox olmayınca duz deyil.»
595.İmam Sadiq (ə):«Həqiqi imanın əlamətlərindən biri sənin haqqı – hətta oz ziyanına olsa belə – batildən, hətta oz xeyrinə olsa belə – ustun tutmağındır.»

                                             174.İman və əməl
596.Allahın Peyğəmbəri (s):«İman ilə əməl bir ipə bağlanmış iki qardaşdırlar. Allah onların birini digəri olmadan qəbul etmir.»
597.Allahın Peyğəmbəri (s):«Murciə»ni – (yəni) «iman əməlsiz sozdur» deyənləri yetmiş peyğəmbər Lənətləyib.»
598.İmam Əli (ə):«Əgər iman təkcə soz olsaydı oruc, namaz, halal və haram nazil olmazdı.»
599.Mə‘sum (ə):«İman başdan ayağa əməldir. Soz Allahın vacibliyini oz kitabında bəyan etdiyi əməlin bir hissəsidir.»

                                           175.İman və gunahlar
600.Allahın Peyğəmbəri (s):«Hec bir yaxşılıq kafiri kufrundən cıxarmadığı kimi hec bir gunah momini imanından cıxarmaz.»
601.Allahın Peyğəmbəri (s):«Kim xalis və saf niyyətlə «لا اله الا الله» «la ilahə illəllah» (Allahdan başqa bir tanrı yoxdur) desə Cənnətə daxil olar.» Deyildi:«Onu necə xalisləşdirmək olar?» Buyurdu:«Onu Allahın haram buyurduqlarından saxlamaqla.»
602.Allahın Peyğəmbəri (s):«لا اله الا الله» kəlməsi onu deyən ucun həmişə onu yungul hesab etmək istisna olmaqla  xeyirli olar. Onun  yungul sayılması gunahkarlığın aşkar olması, cirkin sayılmaması və aradan qaldırılması fikrinə duşulməməsidir.»
603.İmamKazim (ə) «boyuk gunahlar imanın aradan getməsinə səbəb olur?» sualının cavabında buyurmuşdur:«Bəli, hətta boyuk olmayan gunahlar (da imanın aradan getməsinə səbəb olur)! Allahın Peyğəmbəri (s) buyurub:«Zinakar momin olan halda zina, oğru iman halında oğurluq etmir.»

                               176.İmanı kamilləşdirən amillər
604.Allahın Peyğəmbəri (s):«Uc şeyə malik şəxsin . Allah yolunda hec bir qınayanın tohmətindən qorxmayanın, ozunun hec bir işində riyakarlıq etməyənin və biri dunyaya, digəri isə axirətə aid olan təqdim olunmuş iki şeydən axirət işini dunyadan ustun tutan şəxsin imanı kamildir.»
605.Allahın Peyğəmbəri (s):«Bəndə ozu ucun sevdiyi şeyi qardaşı ucun də sevməyincə,  zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə catmaz.»
606.Allahın Peyğəmbəri (s):«Bəndədə beş xislət olmayınca onun Allaha olan imanı kamilləşməz:«Allaha təvəkkul etmək, Allahın əmrinə boyun əymək, Allahın qəzavu-qədərinə razı olmaq və Allahın gondərdiyi bəlaya səbr etmək. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha gorə əsirgəsə imanı kamal həddinə catdırıb.»
607.İmam Əli (ə):«Sizin imanı daha kamil olanınız əxlaqı daha gozəl olanınızdır.»
608.İmam Əli (ə):«Hər kimdə uc şey olsa imanı kamildir: Ağıl, səbr və elm.»
609.İmam Əli (ə):«Bəndə Allahın sevdiyini sevməyincə və Allahın sevmədiyinə nifrət bəsləməyincə imanı kamilləşməz.»
610.İmam Sadiq(ə):«Uc xislət olmayınca hec bir bəndə imanını kamilləşdirə bilməz: Dini dərk etmək, maliyə məsələlərini duzgun proqramlaşdırmaq və bəla və cətinliklər muqabilində səbr.»

                                            177.İmanın artması
Quran: 
«Allahın ayələri onlara oxunanda (həmin ayələr) imanlarını daha da artırar»
Həmcinin muraciət edin: Bəqərə 26; Kəhf 13, 14; Əhzab 22; Fəth 4; Mucadilə 22.
Hədis: 
611.İmam Əli (ə):«İman qəlbdə bir ağ noqtə kimidir ki, iman artdıqca həmin ağ noqtə də boyuyər və iman kamilləşəndə qəlbin hamısı ağarar.»

                                          178.İmanın dərəcələri
612.Allahın Peyğəmbəri (s):«İmanın ən ustunu Allahın hər yerdə səninlə olmasını bilməyindir.»
613 Allahın Peyğəmbəri (s):«İmanın ən ustunu səbr və guzəştdir.»
614.Allahın Peyğəmbəri (s):«İmanın yetmiş necə qolu var. Onların ən ustunu «لا اله الا الله» demək, ən aşağısı isə əziyyətə səbəb olan şeyləri camaatın yolundan  qaldırmaqdır. Həya da imanın bir qoludur.»
615.İmam Əli (ə):«İmanın ən ustunu (Allah barəsində) yəqinliyin gozəl şəkildə olmasıdır.»
616.İmam Sadiq (ə):«İman on pilləsi olan və pillələri biri digərindən sonra qət edilən nərdivan kimidir. Buna gorə də ikinci pillədəkilərdən tutmuş onuncu pillədə olanlara kimi hec kəs birinci pillədə olana «sən bir şey deyilsən» deməməlidir. (Yəni hətta onuncu pillədə olsa da ozundən aşağıdakına belə soz deməməlidir. ) Ozundən aşağı pillədə olanı yerə salma ki, səndən yuxarıda olan da səni salar. Birinin səndən bir pillə aşağıda olmasını gorəndə mehribanlıq və mulayimliklə onu ozunə tərəf yuxarı cək, onun ciyninə qudrətindən artıq yuk qoyma ki, onu sındırarsan. Kim momini sındırsa, gərək onun sınığını mualicə etsin.»
617.İmam Sadiq (ə):«Allah imanı yeddi hissəyə bolub:  yaxşılıq, duzluk və doğruculuq, yəqinlik, razılıq, vəfadarlıq, elm və səbr.»

                                       179.İmanın sutunları
618.Allahın Peyğəmbəri (s):«İman on şeydədir: tanımaq, (Allaha) itaət, elm, əməl, pəhrizkarlıq, calışqanlıq, səbr, yəqinlik, razılıq, (Allah qarşısında) təslim olmaq. Bu on sutundan hər hansı biri catmasa imanın nəzmi pozular.»
619.İmam Əli (ə):«İman dord sutun uzərində mohkəmlənib:  Allaha təvəkkul, işləri Allaha həvalə etmək, Allahın əmrinə boyun qoymaq, Allahın qəzavu-qədərinə razı olmaq.»
620.İmam Əli (ə):«İffətlilik və kifayət edəcək miqdara razı olmaq, imanın sutunlarındandır.»

                             180.İmanın ən mohkəm halqaları
621.Allahın Peyğəmbəri (s):«İmanın ən mohkəm halqaları Allahı sahib və hami bilmək, Allaha gorə sevmək və nifrət bəsləməkdir.»
622.Allahın Peyğəmbəri (s):«Ən mohkəm tutacaq təqva kəlməsidir.»
181.Mohkəm iman, muvəqqəti və qeyri-sabit iman
623.İmam Əli (ə):«İmanın bir hissəsi qəlblərdə mohkəm və sabitdir. Digər bir hissəsi isə məlum  zamana (olumə) kimi qəlblərlə sinələr arasında muvəqqəti və qeyri-sabitdir.»

                              182.İmanın mohkəmlənmə amilləri
624.İmam Sadiq (ə) bəndədə imanın mohkəmlənməsinə səbəb olan amillər barəsindəki sualın cavabında buyurmuşdur:«İmanı qəlbdə mohkəmləndirən pəhrizkarlıq, onu qəlbdən cıxaran isə tamah və hərislikdir.»
625.İmam Sadiq (ə):«Mominin imanı ancaq əməli ilə mohkəmlənər və əməl imanın bir hissəsidir.»

                               183.İmanın tamını dadmaq
626.Allahın Peyğəmbəri (s):«İmanın tamını uc şeyə malik olan şəxs dadıb: hec bir şeyi Allahdan və onun Peyğəmbərindən cox sevməyən kəs, odda yandırılmağı dinindən əl cəkməkdən daha yaxşı sayan kəs və Allaha gorə dostluq və duşməncilik edən kəs.»
627.İmam Əli (ə):«Bəndə istər doğru, istərsə də zarafat ilə yalan deməyi tərk etməyincə imanın tamını dadmaz.»
628.İmam Əli (ə):«Hec bir bəndə ona catan şeyin catmamasının qeyri-mumkunluyunu, həmcinin ona catmayan şeyin catmasının qeyri-mumkunluyunu, eləcə də xeyir və ziyanın ancaq və ancaq Allah-taalanın əlində olmasını bilməyincə imanın tamını dadmaz.»
629.İmam Əli (ə):«İnsanda uc xislət olmayınca imanın tamını dadmaz: dini bilik, bəlalar qarşısında səbr və məişət işlərində duzgun proqram.»

                                184.İmanın şirinliyini dadmamaq
630.Allahın Peyğəmbəri (s):«Kimin ən cox fikir və təlaşı nəfsi istəklərə catmaq olsa imanın şirinliyi onun qəlbindən cəkilib cıxarılar.»
631.İmam Sadiq (ə):«Qəlbləriniz dunyadan uz cevirməyincə onlara imanın şirinliyini dadmaq haram edilib.»

                               185.İmanı aradan aparan amillər
632.Allahın Peyğəmbəri (s):«Kufrun ən azı insanın qardaşından bir soz eşidərək həmin sozu onu rusvay etmək ucun yadında saxlamasıdır. Onların yaxşılıqda payları yoxdur.»
633.İmam Sadiq (ə):«Şubhəsiz ki, bəndə hamısı bir-birinə oxşayan və məlum  olan beş iş səbəbindən imandan cıxmış olur: kufr, şirk, azğınlıq, pozğunluq, boyuk gunahlar etmək.»

                              186.İmanla bir araya sığmayan şeylər
634.Allahın Peyğəmbəri (s):«İki xislət var ki, onlar momində bir yerə toplaşmaz:  xəsislik və ruzi barəsində pis gumanda olmaq.»
635.Allahın Peyğəmbəri (s):«Momində iki xislət olmaz:  hərislik və pis xasiyyətlilik.»
636.Allahın Peyğəmbəri (s):«Momin hər bir xislətə adət edər , amma yalancılıq və xəyanətə adət etməz.»
637.İmam Sadiq (ə):«Altı şey momində olmaz: ruzisizlik (və ya xeyirsizlik), həsəd, tərslik, yalan, (başqalarının haqqına) təcavuz edərək zor işlətmək.»

                             187. Mominin horməti
638.Allahın Peyğəmbəri (s):«Allah-taala buyurub: İzzət və cəlalıma and olsun ki, momin bəndəmdən sevimli bir varlıq yaratmamışam.»
639.Allahın Peyğəmbəri (s):«Momin Allah dərgahında Onun ən yaxın mələklərindən də hormətlidir.»
640.İmam Sadiq (ə):«Mominin horməti Kəbədən də artıqdır.»

                           188.Mominlər bir bədən kimidirlər
641.Allahın Peyğəmbəri (s):«Mominlər bir-birlərini sevmək, qarşılıqlı mehribancılıq və məhəbbət baxımından bir bədən kimidirlər. Onun bir uzvi ağrıyanda digər uzvləri yuxusuzluq və qızdırma buruyər.»
642.Allahın Peyğəmbəri (s):«Mominlərin qanları bərabərdir, onlar başqaları muqabilində əlbirdirlər və əgər onların ən aşağısı (duşmənə) pənah versə digərləri həmin pənaha hormət qoyarlar.»

                                          189.Momin kimdir?
Quran: 
«Mominlər yalnız o kəslərdir ki, Allah adı cəkiləndə urəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq oz Rəbbinə təvəkkul edərlər.* O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.* Onlar həqiqi mominlərdir. Onların oz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tukənməz, gozəl ruzi gozləyir.»
Həmcinin muraciət edin:  Tovbə 71; Yusuf 106; Muminun 1-11; Qəsəs 52-55; Səcdə 15-19; Şura 35.39; Fəth 29; Bəyyinə 5, 7-8.
Hədis: 
643.Allahın Peyğəmbəri (s):«Momin elə yumşaq və mulayimdir ki, sən onun axmaq olmasını zənn edərsən.»
644.Allahın Peyğəmbəri (s):«Momin camaatın oz mal və canını etibar etdiyi kəsdir.»
645.Allahın Peyğəmbəri (s):«Momin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayiş və rahatlıqda!»
646.Allahın Peyğəmbəri (s):«Momin salamı əvvəl verər, munafiq isə «gərək mənə salam versinlər» deyər.»
647.Allahın Peyğəmbəri (s):«Momin unsiyyət qurur və onunla unsiyyət qurulur. Unsiyyət qurmayan və unsiyyət qurulmayan kəsdə xeyir-bərəkət yoxdur. İnsanların ən yaxşısı camaat ucun daha xeyirli olan kəsdir.»
648.Allahın Peyğəmbəri (s):«Ozunun yaxşı işinə sevinən və pis işindən narahat olan kəs momindir.»
649.Allahın Peyğəmbəri (s) mominin vəsfində buyurmuşdur:«Hərəkət və rəftarları mulayim və mehribandır, goruşu şirin... Hər bir şeyin ən ustununu axtarır, xislətlərin ən dəyərlisini…Nifrət bəslədiyi kəsə zulm etmir və sevdiyi şəxsə gorə gunaha batmır. Xərci azdır, cox komək və yardım edir...İşi cox yaxşı yerinə yetirir, sanki onu ozu ucun gorur. Gozləri aşağı baxır. Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır. Sozunu olcub-bicir və dilini lal edir... Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta duşmənindən olsa belə inkar etmir. Elmi ancaq bilməyə gorə oyrənir və biliyi yalnız əməl etməyə gorə əldə edir... Dunyapərəstlərlə rəftar edəndə onların ən zirəngi, axirət axtaranlarla olanda onların ən pəhrizkarıdır.»
650.İmam Əli (ə):«Mominin sevinci uzundə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (cox hovsələli və geniş urəklidir). Nəfsi isə hər şeydən xardır. Ozunu yuxarı tutmağı sevmir və şan-şohrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və calışqanlığı yuksəkdir... Sukutu coxdur və vaxtı boş kecmir. Şukr edən və səbrlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda mohkəm olmağa hərisdir. Mulayim və mehribandır. İradəsi caxmaq daşından da mohkəmdir, amma bununla belə quldan da həqir və xardır.»
651.İmam Əli (ə):«Momin şadlıq və asayiş zamanı şukr edən, bəla və cətinlik zamanı səbrli , naz-nemət icində olan zaman isə qorxu icindədir.»
652.İmam Əli (ə):«Momin sadə qəlbli (hiylə-kələksiz) və alicənabdır. Oz nəfsindən arxayındır və həmişə qorxu (Allah qorxusu) və qəm icindədir.»
653.İmam Əli (ə):«Momin oz qəlbini alcaq şeylərdən təmizləmiş kəsdir.»
654.İmam Əli (ə):«Momin oz dinini dunyası ilə təmizləyn kəsdir. Gunahkar o şəxsdir ki, dunyasını dini ilə qoruyur.»
655.İmam Səccad (ə):«Momin salamat olmaq ucun sukut edir və faydalanmaq ucun danışır.»
656.İmam Sadiq (ə):«Momin yaxşı və xərci-zəhməti az olan bir yardımcıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır.»
657.İmam Sadiq (ə):«Momin dində quvvətli, yumşaqlıqda uzaqgorəndir. İmanı yəqinliklədir. (Dini) başa duşməyə həris, doğru yolu getməkdə şovqludur... İş və cətinliklərinin olmasına baxmayaraq namazını tərk etmir.»
658.İmam Sadiq (ə):«Momin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gozəl, batini sağlam və duz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və cox danışmaqdan cəkinsin.»
659.İmam Rza (ə):«Momində uc xasiyyət olmayınca o momin deyil:  bir xususiyyət Allahından, bir xususiyyət Peyğəmbərindən (s) və bir xususiyyət Allahın vəlisindən (ə). Rəbbinin xususiyyəti sirri ortulu saxlamaq, Peyğəmbərinin (s) xususiyyəti xalqla mulayimlik və Allahın vəlisinin xususiyyəti cətinlik və sıxıntılarda səbrli olmaqdır.»

                                      190. Mominin mohkəmliyi
660.İmam Baqir (ə):«Momin dağdan da mohkəmdir. Dağdan bir şey azalar, amma mominin dinindən bir şey azalmaz.»
661.İmam Sadiq (ə):«Momin dəmir parcasından da mohkəmdir. Dəmir parcası oda qoyulanda dəyişir, amma momin dəfələrlə oldurulsə də qəlbində dəyişiklik yaranmır.»

                    191.Hər şeyin mominin qarşısında tə‘zim etməsi
662.İmam Sadiq (ə):«Momin o kəsdir ki, hər bir şey ondan qorxur. Cunki o Allahın dinində qudrətli və izzət sahibidir, hec nədən qorxmur və bu onun nişanəsidir.»
663.İmam Sadiq (ə):«Hər şey hətta yerin həşərat, surunən və yırtıcıları və goyun quşları mominin qarşısında təslimdirlər.»
                                          192.Mominlər azdırlar
664.İmam Əli (ə):«Allah yer uzunu insanların ehtiyaclarından xəbərdar olan və nicat, qurtuluş yolunda elm oyrənən kəsdən boş qoymayıb. Əlbəttə, onların sayı azdır. Allah bunu (kecmiş) peyğəmbərlərin ummətlərinin icində aydınlaşdırıb və onları gələcək nəsillər ucun numunə edib. Məsələn, Nuhun qovmu barəsində: «Onunla birlikdə cox az adam iman gətirdi.»
665.İmam Sadiq (ə):«Momin qadın momin kişidən, momin kişi isə qırmızı kibritdən də az tapılandır. Sizlərdən hansınız qırmızı kibrit gormusunuz?!»

                                         193.Mominin əlamətləri
666.İmam Səccad (ə):«Mominin beş əlaməti var:  xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar muqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruculuq.»
667.İmam Sadiq (ə) «mominin momin olması nə ilə bilinir?» sualının cavabında buyurmuşdur:«Allah qarşısında təslim olması və ducar olduğu sevinc və kədərlə razılaşması ilə.»

                                       194.Mominlərin ən yaxşısı
668.İmam Əli (ə):«Mominlərin ən yaxşısı can, ailə və malını (Allah yolunda) daha cox təqdim edəndir.»
669.İmam Əli (ə):«Mominlərdən o şəxsin imanı daha ustundur ki, verdiyi və aldığı, qəzəb və sevinci Allaha gorədir.»

Gorməyə-gorməyə peyğəmbərə iman gətirənin fəziləti
670.Allahın Peyğəmbəri (s):«Məni gorən şəxsin iman gətirməsi təəccublu deyil, bəlkə əksinə, yazılı vərəqləri gorub əvvəlindən axırına kimi ona iman gətirənlərin iman gətirmələri təəccubludur.»
671. Allahın Peyğəmbəri(s):« Qardaşlarımı nə vaxt gorəcəyəm?» Soruşdular:«Məgər biz sizin qardaşlarınız deyilik?» Buyurdu:«Siz mənim səhabələrimsiniz, mənim qardaşlarım mənə gormədən iman gətirən kəslərdir. Onları gormək şovqundəyəm.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 528 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ