Bu sənədli film insanın necə yaradıldığını, hansı mərhələlərdən keçəndən sonra xəlq edilməsindən bəhs edir. Bu film sizin haqqınızdadır.
Bir
vaxtlar ananızın bətnində bir hüceyrə idiniz. Eyni ilə dünyadakı
başqa insanlar kimi... Sonra bu hüceyrə bölündü. İki hüceyrə
oldu. Daha sonra bölünərək dörd hüceyrə oldu. Sonra səkkiz,
sonra on altı... Hüceyrələr get-gedə çoxaldı. Əvvəlcə ortaya
bir ət parçası çıxdı. Sonra həmin ət parçası forma aldı.
Qolları, ayaqları, gözləri oldu. Əvvəlki hüceyrə 100 milyard
dəfə böyüdü, 6 milyard dəfə ağırlaşdı. Öncə yalnız bir su
damlası ikən Allah bir möcüzə gerçəkləşdirdi və insanı
yaratdı. İnsanı necə yaratdığını da Quranda belə bildirdi:
"Məgər
insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər
o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan
oldu və Allah onu yaradıb surət verdi. Sonra
da ondan bir kişi, bir qadın olmaqla iki cift yaratdı. Elə isə o
Allah ölüləri diriltməyə qadir deyildirmi?!" ("Qiyamət"
surəsi, 36-40).