XX
əsr bəşəriyyət tarixinin ən qanlı əsri oldu. 250 milyondan
artıq insan müharibələrin, kütləvi qırğınların və siyasi
çəkişmələrin qurbanı oldu. Bu böyük vəhşətin ən böyük
məsuliyyəti "kommunizm" adlanan ideologiyanın üzərinə
düşür. Bəşəriyyətə sözdə bərabərlik və ədalət vəd edən bu
ideologiya insanlara qan, ölüm və qorxudan başqa heç bir şey
vermədi. Bu filmdə sizz qanlı kommunizm əsrini araşdıracaq və
bu ideologiyanın bəşəriyyətə böyük vəhşət yaşatdığını
görəcəksiniz. Bəşəriyyətin bu vəhşiliklərdən qurtulması,
ancaq insanların bu dünyadakı varolma məqsədlərini bilməsi
ilə mümkündür. İnsan darvinistlərin, kommunistlərin və
faşistlərin fərz etdiyi kimi təsadüflər nəticəsində
meydana gələn və mübarizə üçün yaşayan bir heyvan növü deyil.
İnsan Allahın yaratdığı və Onun ruhunu daşıyan şərəfli bir
varlıqdır. İnsanın var olmasının məqsədi də Allahın ona
verdiyi gözəl əxlaqa əsasən yaşamaq və öyrənməkdir.