اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Məclis
17:18
Məclis
                                                            Məclis

                                                            336.Məclislərin ən şərəflisi
1080.Allahın Peyğəmbəri (s):«Hər şeyin şərəf və horməti var, oturuşların ən şərəflisi isə uzu qibləyə olanıdır.»
1081.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) cox vaxt uzu qibləyə oturardı.»

                                               337.Məclisdə riayət olunmalı şey
Qur’an:
«Ey iman gətirənlər! Sizə «məclislərdə yer verın» deyildiyi zaman yer verın ki, Allah da sizə genişlik versin. «Qalxın» deyiləndə də qalxın!»
Hədis:
1082.Allahın Peyğəmbəri (s):«Oturduğun yerdə həyasızlıq və ədəbsizlik etmə ki, bunun nəticəsində camaat sənin pis əxlaqından qacmalı olsun. Yanında biri oturan zamansa başqası ilə pıcıldaşma.»
1083.İmam Əli (ə) Peyğəmbəri (s) vəsf edərkən buyurmuşdur: «Hec vaxt gormədik ki, o Həzrət yanında oturanın qarşısında ayaqlarını uzatsın.»
1084.İmam Baqir (ə):«Sizlərdən biri qardaşının evinə gedən zaman ev sahibinin dediyi yerdə otursun. Cunki, ev sahibi oz evinin quruluşunu qonaqdan daha yaxşı bilir.»
1085.İmam Sadiq (ə):«Peyğəmbər (s) bir evə gedəndə məclisin ən aşağı yerində oturardı.»

                                              338.Məclisin başı
1086.İmam Əli (ə):«Məclisin başında yalnız uc xislətə malik olan şəxs – sual soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa bilən və məclisdəkilərin xeyrinə olan fikir soyləyən oturmalıdır. Bu xislətlərə malik olmayan və məclisin başında oturan şəxs axmaqdır.»
1087.İmam Əli (ə):«Məclisin ən yuxarı yerinə tələsmə. Cunki, yuxarı cəkildiyın yer, aşağı endirildiyin yerdən daha yaxşıdır.»

                                                339.İştirak edilməsi qadağan olunmuş məclislər
Qur’an:
«Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdikdə onlar başqa bir sohbətə başlamayana qədər onlarla bir yerdə əyləşməyin.»
Hədis:
1088.İmam Əli (ə):«Şərab icilən sufrədə oturmayın. Cunki, bəndə olumunun nə vaxt catacağını bilmir.»
1089.İmam Əli (ə):«Kecidlərdə oturmaqdan cəkin!»
1090.İmam Əli (ə):«Allaha və axirət gununə imanı olan şəxs şubhə yaradan yerdə durmamalıdır.»
1091.İmam Sadiq (ə) «kitabda sizə nazil etmişdir ki…..» ayəsi barəsində buyurduqlarından: «Məqsəd budur ki, kimsə haqqı inkar və təkzib edib, imamlar barədə pis sozlər danışsa, (və elə ki, bunu eşitdiniz) kim olmasından asılı olmayaraq onun yanından dur və onunla oturma.» 
1092.İmam Sadiq (ə):«Mominin Allaha qarşı gunah və itaətsizlik edildiyi və onun bu vəziyyəti dəyişdirə bilmədiyi məclisdə oturması rəva deyil.»

                                                340.Məclislər əmanətdir
1093.Allahın Peyğəmbəri (s):«Məclislər əmanətdir və qardaşının sirrini faş etmək xəyanətdir. Bu işdən cəkin və yaxın qohumlarla əyləşməkdən (qohumluq təsubkeşliyindən) uzaq ol.»

                                                341.Allah zikr olunan məclislərdə iştiraka təşviq
1094.Allahın Peyğəmbəri (s):«Cənnət bağlarında gəzişin.» Dedilər:«Ey Allahın Peyğəmbəri! Cənnətin bağları nədir?» Buyurdu:«Allahın zikr olunduğu məclislər.»
1095.Allahın Peyğəmbəri (s):«Məclislər uc qismdir: xeyri cox olan, sağlam və olu. Xeyri cox olan məclis Allahın zikr olunduğu məclisdir. Sağlam məclis sakit məclisdir. Olu məclis isə onda batil işlərin gorulduyu  məclisdir.»
1096.İmam Əli (ə):«Allah zikr olunan məclislərdə iştirak et!»
1097.İmam Sadiqin (ə) Fuzeylə buyurduqlarından: «Bir-birinizlə oturub sohbət edirsiniz?» Dedim: «Bəli, sənə fəda olum.» Buyurdu:«Mən o məclisləri sevirəm. Ey Fuzeyl! Bizim işimizi diri saxlayın. Bizim işimizi dircəldənə Allahın rəhməti olsun! Ey Fuzeyl! Hər kim bizi yada salıb xatırlasa və ya kimin yanında  xatırlansaq və onun gozundən milcəyin qanadı boyda yaş cıxsa Allahın Peyğəmbəri (s) onun gunahlarını hətta dənizin kopuklərindən cox olsa belə bağışlar.»

                                               342.Məclisdən duranda Allahı zikr etməyə təşviq
1098.Allahın Peyğəmbəri (s):«Oturmağın kəffarəsi «Allahım! Sən pak və qusursuzsan! Həmd-səna Sənə məxsusdur! Səndən başqa bir tanrı yoxdur! Ey mənim Rəbbim, bağışla və əfv et məni!» deməkdir.»
1099.İmam Sadiq (ə):«Peyğəmbər məclisdən qalxan  zaman, hətta orada az oturmuş olsaydı belə iyirmi beş dəfə istiğfar edib Allahdan bağışlanmasını dilərdi.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 475 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ