اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Məhəbbət
23:41
Məhəbbət
                                                             Məhəbbət

                                                           414. Dostluq bir nov qohumluqdur.
1315. İmam Əli (ə):«Dostluq qazanılan qohumluqdur.» 
1316. İmam Əli (ə):«Qohumluğun dostluğa daha cox ehtiyacı var, nəinki dostluğun qohumluğa.» 

                                                          415. Dostluq yaradan səbəblər.
1317. İmam Əli (ə):«Uc xasiyyət dostluğu cəkib gətirər: gozəl əxlaq, mehribanlıq və təvazokarlıq.» 
1318. İmam Sadiq (ə):«Uc şey dostluq yaradar; dindarlıq, təvazokarlıq və səxavət.»

                                                         416. Dostluğa layiq olmayanlar.
Qur’an: 
 «Allaha və Qiyamət gununə inanan elə bir camaat tapmazsan ki, Allaha və Onun peyğəmbərinə qarşı cıxanlara məhəbbət bəsləsin. Hərcənd, bu muxaliflər onların ataları, ya ovladları və ya qardaşları və yaxud həmqəbilələri olsalar belə. Onlardır, Allah-taalanın qəlblərində iman (həqiqətin) həkk etdiyi.» 
Hədis:  
1319. İmam Əli (ə):«Avam insanın dostluğu dağılan buluda və səhrada gozdən itən ilğıma bənzər.»
1320. İmam Əli (ə):«Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan daha tez qırılar.»
1321. İmam Əli (ə):«Məbada, Allahın duşmənləri ilə dostluq edəsən, ya da qəlbini Allahın dostlarından qeyrisinə bağlayasan. Cunki, Qiyamət gunu hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına cəkiləcək.» 


 
                                                           417. Məhəbbət tanımağın qarşısını alar.
1322. Allahın Peyğəmbəri (s):«Bir şeyə məhəbbətin səni kor və kar edər.»
1323. İmam Əli (ə):«Aşiqin gozu məşuqun eyblərini gorməyə kor, qulağı onun pislikləri barədə eşitməyə kardır.» 

                                                         418. Məhəbbətin nişanəsi.
1324. İmam Əli (ə):«Səni sevən kəs, (səni) pisliklərdən cəkindirər.» 
1325. İmam Əli (ə):«Hər kəsin sevdiyi şey onun dilinin əzbəri olar.» 

                                                       419. Mominlərin Allaha boyuk məhəbbəti
Qur’an:  
«De: Əgər sizin atalarınız, oğullarınız, qardaşlarınız, zovcələriniz, qohum-əqrəbanız, qazandığınız mal-dovlətiniz, kasadlığından qorxduğunuz ticarət və xoşunuza gələn evləriniz sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmrini gozləyin. Allah fasiqləri doğru yola yonəltməz.»  
«Bəzi insanlar (bəzilərini) Allaha tay bilir və onları Allahı sevdikləri qədər sevirlər. Amma mominlər Allahı daha cox sevirlər. Zulm edənlər Allahın əzabını gorəndə butun guc-qudrətin yalnız Allaha məxsus olduğunu və hər an Allahın əzabının cox ağır olduğunu  dərk edirlər.» 
Hədis:  
1326. İmam Huseyn (ə) duada: «Ey Allahım, Səndən başqa bir kimsəni sevməsinlər deyə Oz dostlarının qəlbindən başqalarının məhəbbətini cıxaran Sənsən, … Səni itirən nəyi tapmışdır? Səni tapan nəyi itirmişdir? Sənin əvəzinə başqası ilə razı olan zərər edib uduzmuşdur.» 
1327. İmam Sadiq (ə):«İnsanın Allaha olan imanı yalnız o zaman xalis olar ki, Allahı ozundən, ata-anasından, ovladından, zovcəsindən, malından və butun camaatdan daha cox sevsin.» 
1328. İmam Sadiq (ə):«Qəlb–Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisinə yer vermə.» 
1329 İmam Sadiq (ə): «(Allaha) Məhəbbət (Allahdan olan) qorxudan ustundur.» 

                                                            420. İlahi məhəbbətin amilləri.
1330. «İrşadul qulub»:Merac hədisində nəql olunur ki, «Ey Məhəmməd! Mənə gorə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var. Mənə gorə oz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə gorə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var. Mənə təvəkkul edənlərin mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar ucun bir nişanə ucaltsam, bir nişanə də endirərəm.» 
1331. İmam Sadiq (ə):«Allah-taala buyurmuşdur:«Bəndəm Mənim məhəbbətimi onun ucun vacib etdiyim əməllər qədər hec bir digər sevimli vasitə ilə qazana bilməz.» 
1332. İmam Sadiq (ə):«Momin dunyadan kənar duran zaman ali məqama yuksələr, Allah məhəbbətinin şirinliyini dadar və dunyapərəstlərin nəzərində divanə kimi tanınar. Halbuki, Allah məhəbbətinin şirinliyi onların (mominlərin) vucudu ilə qarışmışdır və buna gorə qəlblərini Allahdan başqa hec bir şeyə bağlamamışlar.» 

                                                            421. Allahın sevdiyi bəndələr
Qur’an:
«Həqiqətən, Allah yaxşı əməl sahiblərini sevir.» 
«Həqiqətən, Allah tovbə edənləri və pak olanları sevər.» 
«Bəli, kim əhdinə vəfalı olsa və Allahdan qorxsa... Həqiqətən, Allah təqvalıları (Allahdan qorxanları) sevər.»
«Həqiqətən, Allah dozumluləri sevər.» 
«Həqiqətən, Allah təvəkkul edənləri sevər.»
«Allah-taala ədalətli olanları sevər.»
«Həqiqətən, Allah-taala qurğuşunla horulmuş divar kimi sıraya duzulərək Allah yolunda cihad edən kəsləri sevər.» 
Hədis:
1333. Allahın Peyğəmbəri (s):«Allah həyalı, təmkinli, namuslu və iradəli insanı sevər.» 
1334. İmam Səccad (ə):«Allah hər bir kədərli qəlbi və hər şukr edən bəndəni sevər.» 
1335. İmam Baqir (ə):«Allah-taala dilinə pis sozlər gətirmədən camaatla zarafat edən, tovhid əqidəsində olan, səbri oz vucudunun zinətinə cevirən və namaz qılmaqla fəxr edən kimsəni sevər.»

                                                            422. Allahın sevmədiyi kəslər
Qur’an: 
«Sizinlə muharibə edən kəslərlə, siz Allah yolunda muharibə edin, amma (Allahın qoyduğu) həddi aşmayın. Allah həddini aşanları sevməz.» 
«Allah fəsad torədənləri sevməz.» 
«Həqiqətən, Allah israf edənləri sevməz.»
«Həqiqətən, Allah təkəbburluləri sevməz.»

                                                          423. Allahın ən cox sevdiyi insanlar
1336. Allahın Peyğəmbəri (s):«Allahın ən sevimli bəndələri insanlar ucun daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha cox calışanlar, həmişə xeyir işlər gormək və yaxşılıq etmək istəyənlərdir.» 
1337. İmam Sadiq (ə):«Allahın ən cox sevdiyi insan doğru danışan, namazında  və Allahın ona vacib etdiyi əməllərdə diqqətli olan və əmanəti sahibinə qaytarandır.» 

                                                         424. Allah məhəbbətinin nişanələri.
Qur’an:
«(Ey Peyğəmbər) De: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və gunahlarınızı bağışlasın. Allah bağışlayan və mehribandır.»
Hədis:  
1338. İmam Əli (ə):«Allah-taala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.»
1339. İmam Sadiq (ə):«Allahın məhəbbətini hiss etdiyindən sevinən bəndə gərək Allahın əmrinə itaət etsin və bizə tabe olsun. Məgər Allahın oz Peyğəmbərinə «De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və…» buyurduğunu eşitməmisən?»  

                                                         425. Allah yanında bəndənin məqamının meyarı
1340. İmam Sadiq (ə):«Allah yanında oz məqamını bilmək istəyən kəs, Allahın onun yanında məqamına baxsın. Cunki, bəndənin Allah yanında məqamı, Allahın bəndənin qəlbində olan məqamı qədərdir.»


                                                        426. İnsanda ilahi məhəbbətin nişanəsi
1341. Allahın Peyğəmbəri (s):«İnsanda Allah məhəbbətinin nişanəsi daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti Allahı zikr etməkdən xoşu gəlməməsidir.» 
1342. İmam Sadiq (ə):«Allah-taala Musa peyğəmbərə (s) vəhy nazil etdi: Gecə duşdukdə ibadətimdən qafil olub yuxuya gedən kəs, əgər Məni sevdiyini guman edərsə, yalan soyləmişdir. Məgər aşiq oz sevgilisi ilə bir xəlvətə cəkilmək istəməzmi?!»

                                                       427. Ən ali məqam
1343. Allahın Peyğəmbəri (s):«Bəndəm vacib buyurulanları yerinə yetirmək qədər hec bir digər sevimli vasitələrlə Mənim məhəbbətimi qazana bilməz. Bəndəm mustəhəb əməllər vasitəsilə Mənim məhəbbətimə o dərəcədə zəmin yaradar ki, mənim məhbubuma cevrilər. Elə ki, onu sevdim donub onun eşidən qulağı, gorən gozu, danışan dili, quvvətli əli və yeriyən ayağı olaram. Məni cağıran zaman ona cavab verər, Məndən nə istəsə ona bəxşiş edərəm.»

                                                           428. Allah məhəbbəti ilə dunya məhəbbətinin bir yerə sığmaması
1344. Allahın Peyğəmbəri (s):«Dunya məhəbbəti ilə Allah məhəbbəti hec vaxt bir qəlbdə cəm ola bilməz.» 
1345. İmam Sadiq (ə):«And olsun Allaha, dunyanı sevən və bizdən (Əhli-Beytdən) qeyrisinin məhəbbətinə qəlbində yer verən kəs, Allahı sevməmişdir.»
 
                                                             429. Allah məhəbbətinin yaranmasına həvəsləndirmək
1346. Allahın Peyğəmbəri (s): «Allah-taala Davuda (s.ə) buyurdu:«Məni sev və xəlq etdiklərimə Məni sevdir.» Davud (ə) ərz etdi:«Ey Rəbbim! Mən ki, Səni sevirəm, amma yaratdıqlarına Səni necə sevdirim». Buyurdu:«Onlara bəxş etdiyim nemətləri yadlarına sal. Yaxşılıqlarımı yadlarına salsan Məni sevərlər.» 


                                                            430. Allaha xatir sevmək
1347. Allahın Peyğəmbəri (s):«İşlərin ən yaxşısı Allaha xatir dost və Allaha xatir duşmən olmaqdır.» 
1348. Allahın Peyğəmbəri (s) oz səhabələrindən birinə buyurmuşdur: «Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə, Allaha xatir dostluq et və Allaha xatir duşməncilik et. Cunki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mumkun deyil. İnsan belə etməsə, nə qədər cox namaz qılıb oruc tutsa da, imanın ləzzətini dada bilməz. Bu gun insanların bir-biri ilə dostluğu, qardaşlığı daha cox dunyaya gorədir. Dunya naminə dostluq, dunyaya gorə də duşməncilik edirlər.»
1349. İmam Sadiq (ə):«İki momin bir-birilə guruşəndə onların (momin) qardaşına daha cox məhəbbət bəsləyəni daha ustundur.»
1350. İmam Sadiq (ə):«Dinə xatir dostluq və duşməncilik etməyənin dini yoxdur.»
1351. İmam Cavad (ə):«Allah-taala peyğəmbərlərindən birinə vəhy etdi:«Dunya məhəbbətini qəlbindən silməyin tezliklə sənə rahatlıq gətirər və qəlbini Mənə bağlamağın səni Mənim yanımda əziz edər. Ancaq, mənə xatir bir kəslə duşməncilik edib Mənə xatir bir kəslə dostluq etmisənmi?.»

                                                             431. Peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) sevmək
1352. Allahın Peyğəmbəri (s):«Məni ozundən, Əhli-Beytimi (ə) oz ailəsindən, ovladlarımı oz ovladlarından, mənim canımı oz canından daha cox sevən kəsdən başqa hec bir bəndənin imanı yoxdur.» 
1353. Allahın Peyğəmbəri (s):«Allahı, sizə bəxş etdiyi nemətlərə xatir sevin. Məni Allaha xatir və mənim Əhli-Beytimi (ə) mənə xatir sevin».
1354. Allahın Peyğəmbəri (s):«Məni və Əhli-Beytimi (ə) sevən kəs, gərək Allahın birinci nemətinə gorə şukr etsin.» Ərz etdilər:«Birinci nemət nədir?» Buyurdu:«Pak movlud (halalzadəlik). Bizi, dunyaya pak gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz.» 
1355. «Əd-Dəəvat» kitabından:«Bir gun gunorta vaxtı Haris Həmadani Əmirəl-momininin (ə) yanına gəlir. Həzrət (ə) soruşur:«Səni bura nə gətirmişdir?» Haris deyir:«And olsun Allaha, məni bura sənə olan məhəbbət gətirmişdir.» Həzrət (ə) :«Əgər doğru deyirsənsə məni uc yerdə mutləq gorəcəksən:Ruhun bədənindən cıxan zaman, sirat korpusundə və kovsər hovuzunun kənarında.» 
1356. İmam Baqir (ə) «mohkəm bir ipdən tutmuşdur» ayəsi barədə buyurub:«Mohkəm ip  biz  Əhli-Beytin (ə) məhəbbətidir.» 
 
                                                             432. Əhli-Beytə (ə) məhəbbətin şərti
1357. İmam Baqir (ə):«Allaha and olsun, Allah tərəfindən bizə bəraət yoxdur, Allahla bizim aramızda qohumluq yoxdur. Bizim Allaha qarşı bir hoccətimiz yoxdur və itaətdən başqa, Allaha hec bir digər vasitə ilə yaxınlaşmırıq. Buna gorə, sizlərdən kim Allaha itaət edərsə, bizim imamətimizin ona xeyri olar və kim Allahın itaətindən boyun qacırarsa, imamətimizin ona xeyri olmaz. Vay olsun sizlərə, aldanmayın! Vay olsun sizlərə, aldanmayın!»

                                                           433. Bəla imamətlə birlikdədir
1358. İmam Əli (ə):«Əgər dağ məni sevsə ovulub dağılar.»
1359. «Əmaliye Tusi»:«Bir kişi İmam Baqirin (ə) yanına gəlib dedi:«Allaha and olsun, mən, siz Əhli-Beyti (ə) sevirəm». Həzrət (ə) buyurdu:«Onda, bəladan qorunmaq ucun əyninə bir libas geyin. Cunki, Allaha and olsun, bəla və cətinlik bizə və bizim ardıcıllarımıza tərəf dərədə axan seldən daha surətlə hərəkət edər. Bəla bizdən (Əhli-Beytdən) başlayıb sonra sizə yetişər və rahatlıq da bizdən başlayar, sonra sizə catar.» 

                                                           434. İnsan sevdiyi kəslə birgədir
1360.Allahın Peyğəmbəri (s):«İnsan sevdiyi kəslə bir yerdədir.» 
1361. «Kənzul Ummal»:«Bir kişi Allahın Rəsulundan (s) Qiyamət barəsində soruşdu. Həzrət (s) buyurdu:«O gun ucun nə hazırlıq gormusən?» Ərz etdi:«Allaha və Onun Rəsuluna məhəbbətdən başqa elə bir əhəmiyyətli şey hazırlamamışam.» Həzrət (s) buyurdu:«Bəs, sən sevdiyin kəslə birlikdəsən?»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 569 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ