اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Muharibə
23:53
Muharibə
                                                            Muharibə

                                                          480. Muharibə.
1459. İmam Əli (ə):«Cox muharibə var ki, faydası sulhdən daha coxdur.» 
1460.İmam Əli (ə):«Mubahisə və ziddiyyət muharibə yaradar.»
1461. İmam Əli (ə):«İnadkarlıq muharibələrin mənşəyidir.» 
1462. İmam Huseyn (ə):«Bilin ki, muharibənin şərri tez gələn, tamahı pis və nifrət doğurandır. Ozunu muharibəyə hazırlayan, onun silah-sursatını tədaruk gorən kəs, muharibə başlamamış oz bədənini onun yaraları ilə incitməsə muharibədə qalib gəlmişdir. Amma, əlverişli fursət və muharibə zamanı yetişməmiş, həmcinin ozunun hərbi qudrətindən xəbərsiz muharibəyə başlayan kəs, ordusuna hec bir fayda verməz və ozunu də həlak edər.» 

                                                481. Duşmənə qəfildən hucum etmək.
1463. İmam Əli (ə):«Bax! Mən gecə və gunduz, aşkarda və gizlində sizi bu xalq ilə muharibəyə cağıraraq dedim:«Onlar sizə hucum etməmiş, siz onların uzərinə həmlə edin. Cunki, Allaha and olsun, hec bir xalqla onların oz torpaqlarının icərilərində elə bir muharibə olmayıb ki, onlar bu muharibədə xar  olmasınlar.» 

                 482. Muharibəyə başlamazdan əvvəl nəyə riayət etmək lazımdır
1464. Allahın peyğəmbəri (s) buyurur:«Xalqla yaxşı rəftar edin və onlara fursət verin. Haqqa də‘vət etməmiş onlara hucum cəkməyin. Cunki, yer uzunun şəhərlər və cadırlarında yaşayan insanlarını mənim yanıma musəlman (kimi) gətirməyinizi qadın və ovladlarını (əsir kimi) tutub yanıma gətirib kişilərini oldurməyinizdən daha cox xoşlayıram.»  
1465. İmam Əli (ə) Siffeyn doyuşundə buyurmuşdur:«Allaha and olsun, muharibəni bir gun də olsun təxirə salmağım, yalnız onların mənə qoşulmaları, mənim vasitəmlə hidayət olmaları və sayəmdə rahatlıq tapmalarına umid etdiyim ucun olmuşdur.Bu, mənə onları, yollarını azmış halda oldurməkdən daha xoşdur.» 

                                                483. Ordunun kəşfiyyatcıları
1466. İmam Əli (ə) Ziyad ibni Nəzrə tapşırığında buyurur:«Bil ki, kəşfiyyatcılar ordunun gozu, kəşfiyyatcıların gozu isə onların gozətciləridir. Oz vətəninin sərhədlərini aşıb duşməninə yaxınlaşan zaman dərhal hər tərəfə – dərələrə, meşələrə, puşqu yerlərinə və hər guşəyə – gozətcilər qoy ki, duşmən sizə pusqu qurub qəfildən hucum etməsin.» 

                                                484. Hərbi təlimlər
1467.Allahın Peyğəmbəri(s):«Elciləri və girovları oldurməyin.» 
1468.İmam Əli (ə):«Zirehliləri on cərgədə, zirehsizləri isə arxa cərgələrdə yerləşdirin. Dişlərinizi bir-birinə sıxın, bu (duşmənin) qılıncla başdan vurduğu zərbəsinin təsirini azaldar. Nizələrin ətrafında əyilib-duzəlin. Belə etsəniz nizələrin qabağını daha yaxşı boşalda bilərsiniz. Gozlərinizi aşağı salın ki, bu qəlblərinizə daha cox quvvə və rahatlıq bəxş edər. Səslərinizi cıxarmayın ki, bu qorxu və zəifliyin aradan getməsinə daha cox təsir edər.»  
1469. İmam Əli (ə):«Duşmən doyuşə başlamamış onunla vuruşmayın. Cunki, həmd olsun Allaha ki, sizin hoccətiniz var. Onlara muharibəni başlamağa fursət verməyiniz isə, sizin onlara qarşı başqa bir hoccətinizdir. Əgər Allahın izni ilə duşmən məğlub olarsa, qacanları oldurməyin. Əsirlərə bədən xəsarəti yetirməyin, qadınları əziyyətlə və incitməklə təhrik etməyin.» 
1470. İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muşriklərin şəhərlərini zəhərləməyi qadağan etmişdir.» 
1471. İmam Səccad (ə) buyurur:«Əgər yeriməyə gucu olmayan kimsəni əsir goturmusənsə və aparmağa bir vasitən yoxdursa, onu oldurməyib azad burax. Cunki, İmamın onun barəsində hokmunu bilmirsən.» 

                                                485. Muharibə hiylədir
1472. Allahın Peyğəmbəri (s):«Fikrinə gələn hər şeyi de, cunki muharibə hiylədir.» 

                                                486. Muharibədən qacmağın qadağan olması
Qur‘an: 
«Doyuş sursatları ucun geri qayıdanlardan və başqa bir dəstəyə koməyə gedənlərdən başqa, duşmənə arxa cevirənlər Allahın qəzəbinə gələrlər. 

Onların yeri necə də pis yer olan Cəhənnəmdir.» 
Hədis: 
1473. «İmam Əli (ə) Siffeyn muharibəsində oz səhabələrinə xitabən buyurur:«Dalbadal yuruş edin və qacmaqdan həya edin, cunki doyuş meydanından qacmaq gələcək nəsillərə və gələcək dovrlərə əbədi qalan rusvaycılıqdır. Konul razılığı ilə vuruşun, şad və rahat ruhiyyə ilə olumə doğru addım atın». 
1474. İmam Sadiq (ə):«Muharibədə iki kişinin qadağından qacanın işi, qacmaq hesab olunar. Əgər muharibədə uc nəfərin qabağından qacarsa, bu qacmaq sayılmaz.» 
1475. İmam Rza (ə):«Allah-taala cihad meydanından qacmağı haram etmişdir. Cunki, bu dinin zəifləməsinə, peyğəmbərlər və ədalətli rəhbərlərə (ə) hormətsizliyə səbəb olar.» 

                         487. Muharibədə muxtəlif nov silahlardan istifadə etmək
Qur‘an: 
«Onların muqabilində bacardığınız qədər quvvə toplayın.» 
Hədis:
1476. Həfs ibn Ğiyas: «İmam Sadiqdən (ə) soruşdum:«Əhalisi muharibə edən şəhərdə musəlman qadın, uşaq, qoca, əsirlər və tacirlər olduğu halda ora su buraxıb od vurmaq və ya əhalisini oldurmək məqsədi ilə onu mancanağa tutmaq olarmı?» Həzrət (ə) buyurur:«Onlara qarşı bu işləri gormək lazımdır və həmin şəxslərin (musəlmanların) olmasına gorə muharibə edən şəhərin əhalisindən əl cəkmək olmaz. Onlara gorə musəlmanların boynunda nə bir diyə var, nə də kəffarə.» 

                                                488. Dəniz quvvələri
1477. Allahın Peyğəmbəri (s):«Dəniz doyuşlərində şəhid olanlar Allah yanında yerustu muharibə şəhidlərindən ustundurlər.» 

                                               489. Qadınların muharibədə iştirakı
1478. İmam Baqir (ə), yaxud İmam Sadiq (ə):«Allahın Rəsulu (s) yaralıları mualicə etmək ucun qadınları da ozu ilə muharibəyə apardı. Qənimətdən onlar arasında hec bir şey boluşdurməsə də, onlara bəxşişlər verdi.» 

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 648 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ