Меню сайта |
|
|
FAYLLARIN KATALOQU |
|
|
|
Главная » 2011 » Июль » 25 » Nifrət
|
Nifrət
237.Allahın ən cox nifrət etdiyi kəslər 795.Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənciyə nifrət edir. Həmcinin bağışlayıb minnət qoyanı mukafatsız qoyacaq.Yalancı və uzlu təkəbburluyə nifrət edir.» 796.Allahın Peyğəmbəri (s):«Allah-taala dunyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir.» 797.Allahın Peyğəmbəri (s):«Allah-taala bazarlarda dozumsuzluk edən, gecə olu kimi duşən, gunduz uzunqulaq kimi olan, dunya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir.» 798.Allahın Peyğəmbəri (s):«Allah-taala evində hucuma məruz qalıb vuruşmayan kəsə nifrət edir.» 799.İmam Əli (ə):«Eyb və noqsan sifətlərdən pak olan Allah gunahdan qorxmayan həyasız adama nifrət edir.» 800.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına uzunu turşudan kəsə nifrət edir.» 801.İmam Baqir (ə):«Allah, pis ağızlı soyuş soyənə nifrət edir.»
238.Allah yanında ən mənfur şəxs 802.Allahın Peyğəmbəri (s):«Allah yanında uc nəfər hamıdan mənfurdur: Axşam hec namaz qılmamasına baxmayaraq gunduz cox yatan kəs, cox yeyən və yemək yeyən zaman Allahın adını cəkməyən və (qurtarandan sonra) Ona şukr etməyən kəs və səbəb olmadan cox gulən kəs.» 803.Allahın Peyğəmbəri (s):«Allahın yanında insanların ən mənfuru uc nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dovrunun adətini qoymaq istəyən və haqsız yerə birini oldurmək ucun onu təqib edən.» 804.Allahın Peyğəmbəri (s):«Allah yanında sizin ən mənfurunuz xəbərcilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və gunahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır.» 805.Allahın Peyğəmbəri (s):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru məmurların goruşunə gedən alimdir.» 806.Allahın Peyğəmbəri (s):«Qiyamət gunu mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız cox danışan, boşboğaz və «mutəfəyhiq» kəslərdir.» Dedilər:«Ey Allahın Peyğəmbəri, «mutəfəyhiq» kimlərdir?» Buyurdu:«Təkəbburlulər.» 807.İmam Əli (ə):«Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sozlər danışaraq qeybət edən kəsdir.» 808.İmam Əli (ə):«Eyb və noqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru butun dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir.» 809.İmam Əli (ə):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir.» 810.İmam Əli (ə):«Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zulmətlərində qəflətə ducar olar, sulh və sakitliyin məziyyətlərini gorməz, ozu kimiləri onu alim adlandırar halbuki, tam bir gununu belə elmə həsr etməyib.» 811.İmam Əli (ə):«Eyb və noqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir.» 812.İmam Baqir (ə):«Musa (ə) dedi:«Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu:«Gecə olu kimi duşub gunduz bekar olan!» 813.İmam Sadiq (ə):«Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir.»
239.Allah yanında mənfur olan işlər 814.Allahın Peyğəmbəri (s):«Allah yanında hər şeydən mənfur dolu qarındır.» 815.İmam Baqir (ə):«Allahın Peyğəmbəri (s) Cəbrailə dedi:«Allah-taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu:«Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec cıxan şəxsdir.» 816.İmam Sadiq (ə):«Allah cox yatmağa və cox bekar olmağa nifrət edir.» 817.İmam Sadiq (ə):«Allah uc şeyə nifrət edir:«Gecə oyaq olmadan gunduz yatmağa, səbəbsiz gulməyə və tox halda yemək yeməyə.» 818.İmam Sadiq (ə):«Xəs’əmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi:«Allah-taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu:«Allaha şərik qoşmaq.» Kişi dedi:«Daha nə?» Buyurdu:«Qohumlarla əlaqəni kəsmək.» Kişi dedi:«Sonra nə?» Peyğəmbər buyurdu:«Pis işə əmr edərək yaxşı əməldən cəkindirmək.» 819.İmam Rza (ə):«Allah hay-kuyə, malı bada verməyə və cox ağız acmağa nifrət edir.»
240.Nifrət və duşməncilik 820.Allahın Peyğəmbəri (s):«Kecmiş ummətlərin xəstəliyi – duşməncilik və həsəd sizə sirayət edib.» 821.İmam Sadiq (ə):«Uc şey – ikiuzluluk, zulmkarlıq və xudpəsəndlik nifrət və duşmənciliyə səbəb olur.»
|
Категория: EHLIBEYT HƏDISLƏR |
Просмотров: 478 |
Добавил: sahil
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
KITABXANA
1.5 |
|
|
QURAN OXU
QURAN DINLE
ISLAMI SAYTLAR EHLIBEYT-MOIZE.UCOZ.RU ISLAM-AZERI.AZ AHLIMAN.COM MUSELMAN.WS DEYERLER.ORG HAQQYOLU.COM AHLALBAYT.RU ISLAMMEKTEBI.ORG SIZINYOL.COM ZEKA.AZ HZ-ALI.TK ZEHRANET.COM ISLAMAZ.COM SONUMID.TK HILAL.AZ ISLAMINSESI.AZ FAKTXEBER.COM NOOR.AZ AHLIBEYT.AZ AHLIBEYT.GE KOVSER.AZ BIRLIK.AZ IMAN.GE
|