526. Paxıllıq
Qur’an:
«Paxılın həsəd cəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram).»
Hədis:
1600. Allahın Peyğəmbəri (s) :«Allah-taala Musa ibn İmrana (ə) buyurmuşdur:«Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim ucun bolduyum qismətə e‘tiraz edəndir.»
1601. İmam Əli (ə) :«Paxıllıq ruhun zindanıdır.»
1602. İmam Əli (ə) :«Paxıllıq ən pis xəstəlikdir.»
1603. İmam Əli (ə) :«Paxıllıq alcaqlıqların başıdır.»
1604. İmam Əli (ə) :«Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl oz sahibini oldurər.»
1605. İmam Əli(ə):«Paxıllığın səmərəsi dunya və axirətdə bədbəxtlikdir.»
1606. İmam Əli (ə) :«Paxıl paxıllığını cəkdiyi şəxsin nemətini itirməsini ozu ucun nemət bilər.»
1607.İmam Əli (ə) :«Məzluma paxıl qədər bənzəyən zalım gormədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir.»
1608. İmam Əli (ə) :«Paxılın (oz paxıllığından) cəkdiyi ona bəsdir.»
1609. İmam Əli (ə) :«Paxıl cox təssuflənər və gunahları ikiqat artar.»
1610. İmam Əli (ə) :«Paxıl ağalıq etməz.»
527. Hər bir dovlətlinin paxıllığını cəkərlər
1611. Allahın Peyğəmbəri (s):«Oz ehtiyaclarınızı odəməkdə məxfilikdən komək alın, cunki, hər bir nemət sahibinə həsəd apararlar.»
528. Paxıllıq və iman.
1612. İmam Baqir (ə) :«Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər.»
1613. İmam Sadiq (ə) : «Bir-birinizə paxıllıq etməkdən cəkinin, cunki, kufrun koku paxıllıqdır.»
529. Paxılın nişanəsi.
1614. İmam Sadiq (ə) :«Loğman oz oğluna dedi: Paxılın uc nişanəsi var: Adamın dalınca qeybət edər, uz-uzə olanda yaltaqlanar və başqalarının cətinliklərinə şad olar.»