Göndərildikləri
cəmiyyətlər və xalqlar üçün bir lütf olan elçilər insanlara
doğru yolu göstərmiş, onların qaranlıqlardan aydınlığa
çıxmalarına vasitəçi olmuşdular. Rəbbimiz
bəzən elçilərini inkar edənlərin və müşriklərin hiylələrindən
qorumaq, bəzən də insanların iman gətirməsinə səbəb olması üçün
bəzi peyğəmbərlərinə möcüzələr bəxş etmişdir. Həmin möcüzələr
inananların hidayətini və həvəsini artırmış, bir çox
insanların da iman gətirməsinə səbəb olmuşdur.
Allahın
əxlaqı, davranışı və sözləri ilə insanlara nümunə olan mübarək
Peyğəmbərimiz (sav) də -Allahın icazəsi ilə- həyatı boyunca insanlara
çoxlu möcüzələr göstərmişdir. Bu möcüzələr iman gətirənlərin imanlarını
daha da gücləndirəcək və Allahın Peyğəmbərimizə (sav) göndərdiyi ali
kitabı Qurani-Kərimdə daha böyük şövqlə bağlanmalarına vəsilə olan bir
dəlildir.
BU VİDEO HARUNYAHYA SAYTİNDAN GOTURULMUŞDUR