Filmimizin
birinci hissəsində Allahın üstün əxlaqı, dərin imanı, hər cür davranışı
və sözləri ilə insanlara nümunə göndərdiyi mübarək Peyğəmbərimiz
Hz.Muhəmmədin (sav) möcüzələrindən bir hissəsini seyr etdik. Filmimizin
bu hissəsində isə qarşısındakı ən azğın və qəzəbli inkarçıların
olmasına, bunların qurduqları çoxlu hiyləyə baxmayaraq Peyğəmbərimizin
(sav) heç vaxt zərər görmədən möcüzəli tərzdə mübarizəsinə davam
etdiyini görəcəksiniz. Həmçinin Peyğəmbərimizin (sav) Allahın istəyi ilə
bir çox mövzuda heç kimin bilməyəcəyi qeyb bilgisinə malik olduğuna və
1400 il sonra meydana gələn hadisələri də sanki həmin dövrü görən adam
kimi ətraflı olaraq bəhs etdiyinə şahid olacaqsınız.