320.Qəddarlığın pislənilməsi və qəddarların sifəti
1036.Allahın Peyğəmbəri (s):«La ilahə illəllah» deməkdən boyun qacıran hər kəs haqqa qarşı cıxan qəddardır.»
1037.Allahın Peyğəmbəri (s):«Qiyamətdə qəddarlar və təkəbburlulər məhşərə qarışqa şəklində gələcəklər və Allah yanında xar, dəyərsiz olduqları ucun camaat onları tapdayıb əzəcək.»
1038.İmam Əli (ə):«Zorba təbiətli adamın əməli pak və oyunməli deyil.»
1039.İmam Əli (ə):«Mənimlə zorba adamlarla danışılan kimi danışmayın və məndən tez əsəbləşən hakimlərdən cəkinilən kimi cəkinməyin. Mənimlə suni rəftar etməyin.»
1040.İmam Sadiq (ə):«Qiyamət gunu Allaha ən uzaq insanlar qəddarlar olacaq.»
321.Qəddarların aqibətlərinin pis olması
1041.İmam Əli (ə):«Kim qəddarlıq etsə sındırılar.»
1042.İmam Əli (ə):«Kim qəddarlıq etsə Allah onu xar edib alcaldar.»
1043.İmam Əli (ə):«Allahın bəndələrinə qarşı qəddarlıqdan cəkin. Cunki, Allah qəddarlıq yolunu tutan hər kəsi sındırar.»