اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 18 » Qardaş
00:58
Qardaş
                                                       Qardaş


                                 20.Mominlər bir-birləri ilə qardaşdır.
Qur’an:
«Həqiqətən mominlər bir-birləri ilə qardaşdırlar. Buna gorə də qardaşlarınızın arasında  sulh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız.»
Hədis: 
43.Allahın Peyğəmbəri (s):«Mominlər qardaşdırlar, qanları bərabərdir və başqalarının qarşısında əlbirdirlər. Onların ən aşağı olanı bir şəxsi hamısının amanına daxil edə bilər.»
44.İmam Əli (ə):«Nə cox qardaşın ki, onları sənin anan doğmayıb.»
45.İmam Baqir (ə):«Momin mominin doğma qardaşıdır.»
46.İmam Sadiq (ə):«Momin mominin qardaşı, onun gozu və bələdcisidir. Ona xəyanət və zulm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.»
47. İmam Sadiq (ə):«Momin mominin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir uzvu ağrıyanda digər uzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır.»

                                           21.Həqiqi qardaşlar.
48.Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Cunki Qiyamətdə hər bir momin şəfaət edəcək.»
49.İmam Əli (ə):«Həqiqi qardaş və yoldaşlarını qoru. Cunki onlar asayiş dovrunun ehtiyatı, bəla gunlərinin qalxanıdırlar.»

                                           22.Qardaşları sevmək.
50.İmam Əli (ə):«Qardaşın (səninlə) dostluqda səndən guclu olmasın.»
51.İmam Əli (ə):«Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.»
52.İmam Sadiq (ə):«İnsanın dinsevərliyinin nişanələrindən biri onun qardaşını sevməsidir.»

                                    23.Dostluğun davamlılığına səbəb olan amillər.
53.İmam Sadiq (ə):«Ey No’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mubahisə etməkdən cəkin, ona oyunmə və onunla dava etmə.»
54.İmam Sadiq (ə):«Qardaşlar oz aralarında uc şeyə mohtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və duşmən olacaqlar. Həmin uc şey bunlardır:  bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.»

                                     24.Allaha xatir dostluq və qardaşlıq etmək.
55.Allahın Peyğəmbəri (s):«Uca Allaha xatir sevdiyin qardaşının uzunə baxmaq ibadətdir.»
56.Allahın Peyğəmbəri (s):«Musəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra Allaha gorə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib.»
57.İmam Əli (ə):«Allaha gorə qardaşlıq etmək məhəbbəti saflaşdırır.»
58.İmam Əli (ə):«Allaha gorə dostluq edənlərin dostluqları davamlı olar, cunki həmin dostluğa səbəb olan amil həmişə movcuddur.»
59.İmam Əli (ə):«Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verir.»

                                          25.Dunyaya gorə qardaş olmaq.
60.İmam Əli (ə):«Dostluğu Allaha gorə olmayan kəsdən cəkin. Cunki onun dostluğu alcaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir.»
61.İmam Əli (ə):«Kim Allaha gorə qardaşlıq etsə xeyir gorər və kim dunyaya gorə qardaşlıq etsə məhrum qalar.»
62.İmam Əli (ə):«Hansısa bir işə gorə səninlə dostluq edən kəs həmin işə nail olduqdan sonra sənə arxa cevirər.»

                                      26.Qardaşa olan məhəbbəti biruzə vermək.
63. Allahın Peyğəmbəri (s):«Dost və ya qardaşınızı sevən zaman (məhəbbətinizi) ona biruzə verin.»
64. Əbul Bilad:«Əbu Cəfərlə (İmam Baqir) (ə) Əbu Abdullah (İmam Sadiq (ə)) məsciddə oturmuşdular. Oradan bir kişi kecdi. Əbu Cəfərlə (ə) oturanlardan biri dedi:«Vallah mən bu kişini cox istəyirəm.» Əbu Cəfər (ə) buyurdu:«Elə isə ona bildir. Cunki, məhəbbəti biruzə vermək dostluğu davamlı və bərqərar edər, husnu-rəğbət və ulfəti artırar.»

27.Qardaşı (din qardaşını) sevmək onun da qardaşını  sevməsinin nişanəsidir.
65.İmam Əli (ə):«Dostluq və məhəbbətləri qəlblərdən soruşun. Cunki qəlblər ruşvət qəbul etməyən şahidlərdir.»
66.İmam Baqir (ə):«Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin oz qəlbində ona qarşı olan məhəbbətdən başa duş.»
67.İmam Hadi (ə):«İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Cunki, sənin qəlbin başqalarına munasibətdə necədirsə başqalarının da qəlbi sənə qarşı elədir.»

                                       28.Qardaşlarla əlaqəni kəsmək.
68.İmam Əli (ə):«Qardaşınla əlaqəni kəsmək istəyəndə oz dostluğundan ona bir az qalıq saxla ki, bir gun həmin miqdar ona məlum  olanda ona qayıtsın.» (Onun arxasınca butun korpuləri ucurtma, onun qayıtması və yenidən birləşməsi ucun bir yer saxla.)
69.İmam Əli (ə):«Birləşəndən sonra əlaqəni kəsmək, qardaşlıqdan sonra cəfakarlıq və dostluqdan sonra duşməncilik necə də pisdir.»
70.İmam Sadiq (ə):«Oz dostluq və məhəbbətini munasib yerə qoymayan kəs əlaqənin kəsilməsi təhlukəsi qarşısındadır.»

                                       29.Qardaşlarla əlaqə yaratmaq
71.İmam Əli (ə): Gərək qardaşının əlaqəni kəsmək imkanı sənin ona birləşmək imkanından cox olmasın. Həmcinin gərək onun pislik etmək qudrəti sənin yaxşılıq etmək qudrətindən artıq olmasın.»
72. İmam Huseyn (ə):«Əlaqə yaratmaqda ən guclu şəxs, onunla əlaqəsini kəsmiş şəxslə əlaqə yaradan şəxsdir.»

                                        30.Qardaşların novləri.
73.Allahın Peyğəmbəri (s): «Axirəzzamanda ən az tapılan şey etibarlı dost və ya halal bir dirhəm  olacaq.»
74.İmam Sadiq (ə):«Qardaşlar uc dəstədirlər:  Biri yemək kimidir ki, ona həmişə ehtiyac var və o, ağıllı şəxsdir. İkincisi dərd kimidir və o, ağılsız şəxsdir. Ucuncusu dərman kimidir və o, mudrik şəxsdir.»
75.İmam Sadiq (ə):«Qardaşlar uc dəstədirlər:  (Biri) canı ilə yoldaşlıq edən, digəri isə malı ilə komək edən. Bu iki dəstə qardaşlığında duz və sadiqdir. Ucuncusu isə səndən gundəlik dolanacağını alan şəxsdir. O səni az bir ləzzət və kef ucun istəyir. Ona etimad etmə!

                                         31.Cəkinilməli qardaşlıq və dostluqlar
76.İmam Əli (ə):«Ona dozməli olduğun kəs sənin qardaşın deyil.»
77.İmam Əli (ə):«Sənin yaxşılıqlarını ort-basdır edib noqsanlarını yayan kəslə qardaşlıq etmə.»
78.İmam Baqir (ə):«Zəngin olanda səni sayan, yoxsullaşanda isə səni tərk edən kəs necə də pis qardaşdır.»
79.İmam Baqir (ə):«Dord nəfərlə - ağılsız, xəsis, qorxaq və yalancı ilə yoldaşlıq və qardaşlıq etmə!»
80.İmam Sadiq (ə):«Səni tamah saldığı şeyə gorə, yaxud nədənsə qorxduğu ucun və ya nəyəsə meyl saldığına gorə yaxud da yeyib-icməyə gorə istəyən kəslə qardaşlıq etməkdən uzaq ol və pərhizkarlarla qardaşlıq etmək axtarışında ol, hətta əgər onları axtarmaq ucun yerin dərinliklərinə daxil olmalı və omrunu bu yolda sərf etməli olsan belə!»

                                         32.Kohnə qardaşlıqların qorunub saxlanılması
81.Allahın Peyğəmbəri(s):«Uca Allah kohnə qardaşlıqların davam etməsini sevir. Buna gorə də onu davam etdirin.»
82.«İmam Əli (ə):«Hər şeyin təzəsini sec, qardaşların isə ən kohnəsini.»

                                         33.Həqiqi qardaşlıq.
83.İmam Əli (ə):«Sənin həqiqi qardaşın xətandan kecən, ehtiyacını təmin edən, uzrunu qəbul edən, eyblərinin ustunu ortən, qorxunu səndən uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir.»
84.İmam Əli (ə):«Sənin qardaşın o kəsdir ki, cətinlik zamanı səni tək qoymasın, gunah zamanı səndən xəbərsiz olmasın və bir şey soruşanda səni aldatmasın.»


                                         34.Qardaş secmək.
85.İmam Əli (ə):«Hər səhvə gorə qardaşlarından ayrılan kəsin dostları azalar.»
86.İmam Sadiq (ə):«Ancaq hec bir eybi olmayan kəs ilə qardaşlıq edən şəxsin dostları az olar.»

                                          35.Qardaşın xətasına dozmək.
87.İmam Əli (ə):«Dostunun xətasına duşməninin yuruş etdiyi zamana gorə doz.»
88.İmam Əli (ə):«Xətalara dozmək dostların zinətidir.»
89.İmam Əli (ə):«Dostun xətasına dozməyən kəs tək olər.»

                                          36.Qardaşların ən yaxşısı.
90.Allahın Peyğəmbəri(s):«Sənin ən yaxşı qardaşın Allahın itaəti yolunda sənə komək edən, Ona itaətsizlikdən saxlayan və sənə Onun razılığı olan şeyi əmr edəndir.»
91.İmam Əli (ə):«Ən yaxşı qardaş oyud-nəsihət verməkdə az guzəştə gedən kəsdir.»
92.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın sənə komək edən, ondan yaxşısı sənə kifayət edən və sənə mohtac olanda səndən kecəndir.»
93.İmam Əli (ə):«Ən yaxşı qardaş dostluğu Allaha gorə olan kəsdir.»
94.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın o kəsdir ki, yaxşı işlər gorməyə tələsir və səni də xeyirxahlığa cəkir, sənə yaxşı olmaq gostərişi verir və onun yerinə yetirilməsində sənə komək edir.»
95.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın səni haqq yolda ən cox qəzəbləndirəndir.»
96.İmam Əli (ə):«Qardaşların ən yaxşısı oz qardaşlarını başqalarına mohtac etməyən kəsdir.»
97.İmam Sadiq (ə):«Qardaşlarımın ən sevimlisi eyblərimi mənə hədiyyə edən kəsdir.»

                                        37.Qardaşların ən pisi.
98.İmam Əli (ə): «Ən pis qardaş  insanın  zəhmət və cətinliyə  duşməsinə

səbəb olan kəsdir.»
99.Məani əl-Əxbar:«Əmirəl-mominindən soruşdular ki:  ən pis yoldaş kimdir?» Buyurdu:«Allaha qarşı itaətsizliyi sənin gozundə gozəl gostərən kəs!»

                                        38.Qardaşları sınamaq.
100.Allahın Peyğəmbəri(s):«Əgər qardaşında uc xislət gorsən ona umid bağla: həya, əmanətcilik, duzluk. Əgər bu uc xisləti gorməsən ona umid bağlama.»
101.İmam Əli (ə):«Kim duzgun sınaqdan sonra ozunə bir qardaş secsə dostluğu davamlı və mohkəm olar. Kim sınaqsız ozunə bir qardaş secsə pislərlə yoldaşlıq etmək məcburiyyətində qalar.»
102.İmam Sadiq (ə):«Qardaşlarınızı iki xislət ilə sınayın. Əgər həmin xislətlərə malik olsalar onlarla yoldaşlıq et və əks təqdirdə onlardan uzaqlaş, uzaqlaş, uzaqlaş! (həmin iki xislət bunlardır:) Namazı oz vaxtında qılmağa bağlılıq və qardaşlara cətin və rahat gunlərdə yaxşılıq etmək.»

                                        39.Qardaşlara yol gostərmək.
103.Allahın Peyğəmbəri(s):«Momin oz momin qardaşının guzgusudur. (Qardaşı) yanında olmayanda onun yaxşılığını istəyər. O yanında olanda isə xoşagəlməz işləri ondan uzaqlaşdırar.»
104.İmam Əli (ə):«Oz qardaşına gizlində oyud-nəsihət verən kəs onu zinətləndirib, aşkar oyud-nəsihət verən kəs isə onu bədnam və rusvay edib.»
105.İmam Sadiq (ə):«Qardaşını xoşagəlməz bir işə ducar gorub həmin işi ondan  uzaqlaşdırmaq imkanı ola-ola belə etməyən kəs, şubhəsiz ki, ona xəyanət edib.»

                                        40.Qardaşlara hormət.
106.Allahın Peyğəmbəri(s):«Ummətimdən hansı bəndə oz din qardaşına mehribancılıq və məhəbbət gostərsə, Allah ona qulluq etmək ucun Cənnət qulluqcularından bir qulluqcu gondərər.»
107.İmam Sadiq (ə):«Yanına gələn musəlman qardaşına ehtiram gostərən kəs əslində boyuk Allaha hormət gostərib.»


                                   41.Qardaşların ehtiyaclarını aradan qaldırmaq.
108.İmam Əli (ə):«Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bilən zaman (gərək) istəmək (ağız və ya əl acmaq) zəhmətini onun ciynindən gotursun.»
109.İmam Sadiq (ə):«Nə qədər ki, momin oz qardaşına komək edir Allah da ona yardım edər.»
110.İmam Sadiq (ə):«Kim oz momin qardaşının bir ehtiyacını təmin etsə, Allah-taala Qiyamət gunu onun yuz min ehtiyacını təmin edər.»
111.İmam Sadiq (ə):«İnsanın qardaşına etimad etməsi ucun  oz ehtiyacını ona deməsi kifayətdir.»

                                       42. Qardaşlığın qaydaları.
112.Allahın Peyğəmbəri(s):«Sizlərdən biri kiminləsə qardaşlıq etmək istəyəndə gərək onun oz adını, atasının və qəbiləsinin adını, həmcinin onun yaşayış yerini soruşsun. Cunki bu iş, lazımı haqlardan və qardaşlığın səfa-səmimiyyətinə səbəb olan amillərdəndir. Əks təqdirdə bu dostluq ağılsızcasına olan bir dostluqdur.»
113.Allahın Peyğəmbəri(s):«Qardaşınla guləruz goruş.»
114.Biharul-ənvar:«Allahın Peyğəmbəri (s) oz qardaşlarından birini uc gun gorməyəndə onun halını xəbər alırdı. Əgər qardaşı şəhərdə olmasaydı ona dua edərdi, şəhərdə olsaydı goruşunə gedərdi və əgər xəstə olsaydı ona baş cəkərdi.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 627 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ