310.Savab
1012.İmam Əli (ə):«Sənin əməlinin savabı əməlin ozundən ustundur.»
1013.İmam Əli (ə):«Axirətin savab və mukafatı dunyanın əziyyət və cətinliklərini yaddan cıxarır.»
1014.İmam Əli (ə):«Eyb və noqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini oz qəzəb və əzabından saxlamaq və oz Cənnətinə tərəf sovq etmək məqsədi ilə Ona itaət edənlər ucun savab və mukafat, Ona itaətsizlik edənlər ucun isə cəza muəyyənləşdirdi.»
1015.İmam Əli (ə):«Əməlin savabı onun əziyyət və zəhməti qədərdir.»
311.Ən boyuk savab
1016.İmam Əli (ə):«Ən boyuk savab insafın savabıdır.»
1017.İmam Əli (ə):«Cihadın savabı ən ustun savabdır.»
1018.İmam Əli (ə):«İki şeyin – əfv etmək və ədalətin savabının- olculməsi və cəkilməsi qeyri mumkundur.»
312.»Filan işin savabı var» eşidən kəs
1019.İmam Baqir (ə):«Kim Allahın (hansısa) bir əməlin yerinə yetirilməsinə savab verməsini eşitsə və o savabı əldə etmək ucun həmin işi yerinə yetirsə, hədis o eşitdiyi kimi olmasa da, ona həmin savab veriləcəkdir.»