اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 25 » Sınaq
14:44
Sınaq
                                                           Sınaq
                                                          256.Sınaq
Qur’an:
«Biz sizi xeyir və şərlə sınağa cəkərik.»
Hədis:
879.İmam Sadiq (ə):«Baş verən hər bir cətinlik və rahatlıqda  Allahın məqsədi yalnız əta etmək və sınağa cəkməkdir.»
880.İmam Sadiq (ə):«Allahın əmr və qadağalarında baş verən hər bir cətinlik və rahatlıqda Allah tərəfindən mutləq bir sınaq və hokm vardır.»

                                                        257.Sınağa cəkməyin fəlsəfəsi
Qur’an:
«…Allahın sizin sinələrinizdə (qəlblərinizdə) olanı sınaması və sinələrinizdə olanı pak və xalis etməsi ucundur. Allah sinələrin sirlərindən agahdır.»
«Əlbəttə, icərinizdəki mucahidləri və səbr edənləri ayırd edib bilmək ucun sizi sınayacaq və sizin xəbərlərinizi (sizin barənizdəki xəbərləri) yoxlayaraq araşdıracağıq.»
«Hansınızın yaxşı əməl sahibi olduğunu sınamaq ucun olumu və həyatı yaradan Odur!»
Hədis:
881.İmam Əli (ə):«Allah-taala insanların batinini aşkar etdi. Allah onların gizli sirlərindən və ortulu batinlərindən xəbərsiz deyildi. Lakin, (bunu) onların hansının yaxşı işlər gormələrini sınamaq ucun etdi. (Belə etdi ki,) savab (yaxşı əməlin) mukafat(ı) və əzab (pis əməlin) cəza(sı) olsun!»
882.İmam Əli (ə):«İmtahan və sınaq hər nə qədər boyuk olsa, savab və mukafat da bir o qədər cox olar. Məgər eyb və noqsan sifətlərdən pak və uzaq olan Allahın kecmişdəkiləri, Adəmin (s) zamanından bu dunyanın insanlarının son nəfərinə kimi (hamını) hec bir ziyan və xeyir gətirməyən, gorməyən və eşitməyən daşlarla sınamasını və həmin daşları insanlar ucun bərqərar etdiyi  ozunun mohtərəm evinə cevirdiyini gormursunuzmi...?! 
Allah, bəndələrini muxtəlif cətinliklərlə sınayır, muxtəlif zəhmət və calışqanlıqlarla bəndəliyə vadar edir, curbəcur xoşagəlməz şeylərlə imtahana cəkir ki, onların qəlbindən təkəbburu cıxarsın, onları təvazokar etsin və bunu oz lutf və bəxşişinə tərəf acılmış qapılar və əfv edərək bağışlaması ucun vasitələr etsin.»
883.İmam Əli (ə):«Həqiqətən siz bir-birinizə qarışacaq və (sonra) xəlbirdən keciriləcəksiniz ki, aşağıda olan uzə cıxsın və yuxarıda olan alta getsin, geridə qalanlar qabağa kecsinlər və qabağa kecənlər geridə qalsınlar.»
884.İmam Əli (ə):«Sərvət və rifaha sevinmə və yoxsulluq və cətinliyə gorə kədərlənmə. Cunki qızıl od ilə əriyərək saflaşır, momin isə bəla və cətinliklə!»

                                      258.Mominin sınağının cətinliyi
Qur’an:
«(Siz mo’minlər,) sizdən əvvəl kocmuş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı guman edirsiniz?! Onlara ziyanlar dəydi, sarsıntı və narahatcılıq kecirdilər, o yerə kimi ki, Allahın elcisi və onunla birgə olan mominlər «Allahın koməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın koməyi həqiqətən yaxındır»
Hədis:
885.İmam Əli (ə):«Bəla pərhizkar mominə yağışın (yağış suyunun təpənin başından) yerin alcaq hissələrinə catmasından da tez catır.»
886.İmam Sadiq (ə):«İnsanların ən cox bəla cətinliyinə ducar olanı peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişin və davamcıları və daha sonra sıra ilə kim daha yaxındırsa daha cox!»
887.İmam Sadiq (ə) «momin cuzam, ala və bu kimi xəstəliklərə tutularmı?» sualının cavabında buyurmuşdur:«Məgər bəla momindən başqası ucun yazılıb?!»

                   259.Pis əməllərin insanın bəla ilə qarşılaşmasındakı rolu
Qur’an:
«Sizə uz verən hər bir musibət oz əllərinizlə qazandıqlarınızın ucbatındandır və (Allah) onların coxundan kecir.»
Hədis:
888.Allahın Peyğəmbəri (s):«Allah-taala Əyyuba dedi:«Mənim yanımda, sənə bəla gəlməsinə səbəb olan gunahının nə olmasını bilirsən? Əyyub dedi:«Xeyr.» Allah-taala buyurdu:«Sənin Fir’onun yanına gedərək onunla iki kəlmə yumşaq və mulayim danışmağın.»

                 260.Bəlaya ducar olmayan şəxs Allahın qəzəbinə gəlib
889.Allahın Peyğəmbəri (s):«Allah cism və malına bəla gəlməyən şeytansifətli şəxsə nifrət edir.»
890.İmam Səccad (ə):«Mən insanın dunyada sağlam olmasını və ona hec bir musibətin gəlməməsini sevmirəm.»

                                                   261.Bəla neməti
891.Allahın Peyğəmbəri (s):«Ana oz ovladını sud ilə qidalandırdığı kimi Allah da oz momin bəndəsini bəla və cətinliklə qidalandırır.»
892.Allahın Peyğəmbəri (s):«Allah bir qovmun xeyir və yaxşılığını istəyəndə onları bəlaya ducar edər.»
893.İmam Baqir (ə):«Evin kişisi səfərdən hədiyyə gətirməklə ailəsinə nəvaziş gostərdiyi kimi Allah da momini bəla və cətinliklə nəvaziş edir. Həkim xəstəni (pəhriz yazıb bəzi yeməklərdən) cəkindirdiyi kimi, Allah da momini dunyadan cəkindirir.»
894.İmam Kazim (ə):«Siz bəlanı nemət, asayiş və rifahı isə musibət hesab etməyincə əsla momin olmazsınız. Cunki bəla və cətinliyə səbr etmək asayiş və rahatlıq icərisində qəflətdə olmaqdan daha dəyərli və ustundur.»
895.İmam Əskəri (ə):«Elə bir cətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.»

                           262.Bəla və qəflət yuxusundan oyanmaq
Qur’an:
«Biz Fir’onun adamlarını qıtlıq, quraqlıq və məhsul catışmazlığına ducar etdik ki, bəlkə duşunub ibrət alsınlar.»
Hədis:
896.İmam Əli (ə) istisqa namazı qılmağa gedərkən buyurmuşdur:«Allahın bəndələri gunah və pis əməllərlə məşğul olan zaman Allah onları məhsul qıtlığı, bərəkətin kəsilməsi və xeyir xəzinələrinin qapılarının bağlanmasına ducar edir ki, tovbə edən tovbə etsin, gunahkar gunahdan əl gotursun, oyud alan oyud alsın və (gunahdan) cəkindirilən əl saxlasın.»
897.İmam Sadiq (ə):«Ola bilməz ki, momin qırx gecəni arxada qoysun, amma oyud alması ucun onu qəmləndirən bir hadisə ilə qarşılaşmasın.»
898.İmam Sadiq (ə):«Allah bir bəndənin xeyrini istəyəndə həmin bəndə bir gunah edərsə, bu gunahın ardınca onu bəlaya ducar edər ki, istiğfar etməyi onun yadına salsın. Allah bir bəndə ucun şər     istəyəndə isə həmin bəndə gunah edərsə, gunahının ardınca ona nemət əta edər ki, istiğfar etməyi onun yadından cıxarsın və o, gunahını davam etdirsin. Bu, Allahın kəlamıdır:«Onları tədricən ozlərinin də bilmədikləri yerdən yaxalayarıq.» Yəni gunah edən zaman onlara nemət vermək vasitəsi ilə yaxalayarıq.»

                        263.Bəla vasitəsi ilə gunahların təmizlənməsi
899.İmam Əli (ə):«Şukr olsun Allaha ki, bizim ardıcıllarımızın bəla və cətinliyə ducar olmalarını dunyada onların gunahlarının təmizlənmə amili edib ki, həmin bəla və cətinliklər vasitəsi ilə itaətləri sağlam qalsın və onun mukafatına layiq olsunlar.»
900.İmam Əli (ə):«Allah-taala bu dunyada cəzalandırdığı momin bəndəni Qiyamət gunu bir daha cəzalandırmaqdan daha həlim, daha ulu, səxavətli və daha kəramətlidir (yəni Allah-taala bu sifətlərə malik olduğu ucun həmin bəndəni Qiyamətdə bir daha cəzalandırmaz).»
901.İmam Baqir (ə):«Allah-taala bir bəndəyə hormət etmək istəyəndə həmin bəndənin gunahları olsa onu xəstəliyə ducar edər. Əgər belə etməsə, yoxsulluq və ehtiyaca ducar edər və əgər bunu da etməsə canını alan zaman onu cətinliyə salar. Amma bir bəndəni xar və hormətsiz etmək istəsə və onun Allahın yanında yaxşı işləri olmuş olsa ona sağlam can verər. Əgər belə etməsə onun yaşayışını rahat və rifah icərisində edər və əgər bunu da etməsə olumu onun ucun asanlaşdırar.»

     264.Bəla eyb və noqsan sifətlərdən pak və uzaq olan Allahın məhəbbətinin nişanəsidir
902.əl-Kafi:«Sudeyr imam Sadiqin (ə) huzurunda idi. Həzrət buyurdu:«Allah bir bəndəni sevəndə onu bəlaya qərq edər. Ey Sudeyr! Həm biz həm də siz gecə-gunduzumuzu bəla ilə keciririk.»
903.İmam Sadiq (ə):«Allah-taala bir qovm və ya bəndəni sevən zaman onun başına bəla yağışı yağdırır. Beləliklə, onlar bir bəladan cıxmamış digər bir bəlaya ducar olarlar.»

                                   265.Bəla iman miqdarında olar
904.İmam Baqir (ə):«Bəndənin imanı nə qədər artsa onun yaşayışı daha

da ağırlaşar və cətinləşər.»
905.İmam Baqir (ə):«İnsan Allaha olan məhəbbətinin miqdarında bəlaya ducar olar.»
906.İmam Sadiq (ə):«Əlinin (ə) kitabında deyilir:  Həqiqətən momin yaxşı işlərinin miqdarında bəlaya ducar olar. Buna gorə də kimin dini duzgun və əməli gozəldirsə bəlası daha ağırdır. Cunki Allah-taala dunyanı mominin mukafatı və kafirin cəzası təyin etməyib. Kimin dini sust və əməli zəifdirsə bəlası azdır.»
907.İmam Kazim (ə):«Momin tərəzinin iki gozu kimidir ki, imanı nə qədər artsa, bəlası da coxalar və nəhayət gunahdan pak ətək ilə Allah-taala ilə goruşər.»

                           266.Bəndənin bəla ilə catdığı məqamlar
908.İmam Sadiq (ə):«Həqiqətən Cənnətdə bir dərəcə var ki, ona (dunyada) bədəni bəlaya ducar olmuş bəndə istisna olmaqla, hec bir bəndə catmaz.»
909.İmam Sadiq (ə):«Bəndənin Allah yanında bir məqam və dərəcəsi var ki, ona bu iki yoldan – var-dovlətinin əlindən cıxması və ya cisminə bir bəla gəlməsindən başqa hec nə ilə cata bilməz.»

                       267.Mominin bəlaya ducar olması onun oz xeyrinədir
910.İmam Sadiq (ə):«Allahın Musaya (ə) gondərdiyi vəhylərdən birində belə buyrulur ki:  Elə bir məxluq yaratmamışam ki, o Mənim dərgahımda momin bəndəmdən əziz olsun. Onu bəlaya ducar edirəmsə,  (bu) onun ucun daha yaxşı və daha xeyirli olduğuna gorədir. Ona can sağlığı bəxş edirəmsə, (deməli bu) onun ucun daha yaxşıdır. Onun əlindən alıb məhrum edirəmsə, bu onun ucun daha yaxşıdır. Mən, nəyin bəndəmi islah edərək duzəltməsini daha yaxşı bilirəm. Buna gorə də gərək mənim bəlama səbrli, nemətlərimə şukr edən və hokmlərimə razı olsun ki, onu ozumun ən doğru bəndələrimin sırasında yazım.»

                                      268.Bəndələrin ən cətin sınaqları
911.İmam Əli (ə):«Allah hec kəsi ona mohlət vermək kimi bir şeylə sınamayıb.»
912.İmam Əli (ə):«Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə olmasıdır. Ondan da pisi qəlbin (mə‘nəvi baxımdan) xəstə olmasıdır.»
913.İmam Sadiq (ə):«Allah, bəndələri malını bağışlamaqdan cətin bir şeylə sınamayıb.»
914.İmam Sadiq (ə):«Uc şey var ki, kim onlardan birinə ducar olsa olumu arzulasın:  Bir-birinin ardınca gələn yoxsulluq, rusvaycı məhrumluq və qalib gəlmiş duşmən.»

                                    269.Cətinlikdən sonra asanlıq
915.İmam Əli (ə):« Bəlanın sonunda acılış (işlərin duyunlərinin acılması) hasil olur.»
916.İmam Sadiq (ə):« Bəla ustundən bəla gələn zaman bəladan qurtuluş hasil olar.»

                                   270.Bəla zamanı dua etmək
Qur’an:
«O kəslər ki, başlarına bir musibət gələn zaman «biz Allahınıq və Ona tərəf qayıdacağıq» deyərlər.»
917.İmam Əli (ə):«Hər bir cətinlik və muşkul zamanı «Uca və boyuk Allahdan başqa bir guc və qudrət yoxdur» de. (Belə deyəndə) həmin cətinlik aradan qalxır.»
918.İmam Rza (ə):«Atamı yuxuda gordum və o buyurdu:«Oğul! Cətinlik icərisində olan zaman «ya Rauf, ya Rəhim» cumləsini cox de. Yuxuda gorduyun aşkarda gorduyun kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et).»

                          271.Bəlaya ducar olmuş şəxsi gorən zaman dua etmək
919.Allahın Peyğəmbəri (s):«Bəlaya ducar olmuş insanları gorən zaman Allaha şukr edin, amma elə yox ki onlar eşitsinlər.Cunki (əgər eşitsələr) narahat olarlar.»
920.İmam Baqir (ə):«Bəlaya ducar olmuş adam gorəndə onun eşitmədiyi şəkildə uc dəfə de: Şukr və həmd olsun O Allaha ki, məni sənin ducar olduğun bəlaya ducar etməyib. Əgər istəsəydi məni də belə edə bilərdi.» (İmam sonra) buyurdu:« Kim bu cumləni desə hec vaxt həmin bəlaya ducar olmaz.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 615 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ