اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 25 » Təbliğat
14:41
Təbliğat
                                                          Təbliğat

                                                 254.Təbliğatın əhəmiyyəti
Qur’an:
«Mominlərin hamısının (cihada) getmələri rəva və caiz deyil. Bəs nə ucun hər tayfadan bir dəstə getmir ki, (başqa bir dəstə) dərin elm əldə etmək ucun (qalsın,) tayfaları onların yanına qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (Allahın əzabından) cəkinsinlər.»

Hədis:
858.Allahın Peyğəmbəri (s):«Agah olun, mən bu sozu təkrar edirəm:«Bilin! Namaz qılın, zəkat verin, əmr be məruf (yaxşı işlərə də‘vət edin) və nəhy əz munkər edin (pis işlərdən cəkindirin). Bilin ki, əmr be məruf və nəhy əz munkərin əsası onun mənim sozumlə nəticələnməsidir. Onu burada olmayana catdırın, həmin şəxsə onu qəbul etməsini əmr edin və ona qarşı cıxmaqdan cəkindirin. Cunki o, Allah tərəfindən olan bir gostərişdir.»
859.Allahın Peyğəmbəri (s):«Ey Əli! Əgər Allah sənin əlinlə bir insanı hidayət etsə, bu sənin ucun gunəşin uzərinə işıq sacdığı hər bir şeydən daha yaxşıdır.»
860.Allahın Peyğəmbəri (s):«Allahı camaata sevdirin ki, Allah da sizi sevsin.»
861.Allahın Peyğəmbəri (s):«Kimin əli ilə bir nəfər İslamı qəbul etsə,Cənnət ona vacib olacaqdır.»
862.Allahın Peyğəmbəri (s):«Doğru yola də‘vət edən hər bir kəsə, ona tabe olanların mukafatlarından bir şey azaldılmadan, onların mukafatlarının misli veriləcəkdir.»
863.Allahın Peyğəmbəri (s):«Ummətimin ən yaxşısı bəndələri Allah-taalaya tərəf də‘vət edən və onları Onunla dostlaşdırandır.»
864.Şərif ibn Sabiq Tiflisi Həmmad Səmdəridən nəql edir ki, İmam Sadiqə (ə) dedim:«Mən muşriklərin şəhərlərinə gedirəm. Bəzi dostlarım deyirlər:«Əgər orada olsəniz məhşərdə onlarla birlikdə olacaqsınız?» Həmmad deyir:«İmam Sadiq (ə) mənə buyurdu:«Ey Həmmad, orada olanda bizim məsələmizi (imamətimizi) xatırlayır və (camaatı) ona tərəf də‘vət edirsən?» Həmmad deyir: Dedim: «Bəli.» İmam Sadiq (ə) buyurdu:«Bu şəhərlərdə – İslam şəhərlərində – olanda necə bizim məsələmizi xatırlayır və ona də‘vət edirsən?» Həmmad deyir: Dedim:«Xeyr!» İmam mənə buyurdu:«Əgər sən orada (muşriklərin şəhərlərində) olsən təkbaşına bir ummət kimi məhşərə gələcəksən və sənin nurun səndən qabaqda hərəkət edəcək.»

                                      255.Təbliğatcıya vacib olan şeylər
1.Dərin dini elm
865.Allahın Peyğəmbəri (s):«Allah-taalanın dininə yalnız onun butun cəhətlərindən xəbərdar olan şəxs komək edər.»
2.Əhli-Beytin kəlamına əsaslanmaq
866.Əbdussalam ibn Saleh Hərəvi:«İmam Rzanın (ə) belə buyurduğunu eşitdim ki:  Allah bizim işimizi dircəldən bəndəyə rəhmət etsin! Dedim:«Sizin işinizi necə dircəltsin? İmam buyurdu:«Bizim elmimizi oyrənib camaata oyrətsin. Əgər insanlar bizim kəlamlarımızın gozəlliyini bilsəydilər, bizə tabe olar, arxamızca gələrdilər.»
3.İxlas (niyyət saflığı)
Qur’an:
«Mən bunun (risalətin təbliğinin) muqabilində sizdən hec bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin ohdəsinədir.»
Hədis:
867.Allahın Peyğəmbəri (s):«Allah xutbə oxumuş hər bir bəndədən onun həmin xutbədə məqsədinin nə olmasını soruşacaq.»
4.Şucaət
«O kəslər ki, Allahın tapşırıqlarını catdırırlar, Ondan qorxurlar və Allahdan başqa hec kəsdən qorxmurlar. Allah hesab cəkməyə kifayətdir.»
868.Allahın Peyğəmbəri (s):«Haqqı de və Allah yolunda hec bir qınayanın tohmətindən qorxma.»
869.Allahın Peyğəmbəri (s):«Məbada camaatdan qorxmaq sizlərdən haqqı gormuş və ya şahid olmuş kəsin haqqı deməsinə mane olsun. Cunki haqqı demək və ya «boyuk işi» (axirəti) xatırlamaq nə olumu yaxınlaşdırır, nə də ruzini uzaqlaşdırır.»

5.Doğruluq
870.Misbahuş-şəriət kitabında İmam Sadiqin (ə) belə buyurması nəql olunub ki:«Ən gozəl oyud sozun, doğruluğun sərhəddini və əməlin, ixlasın hududlarını aşmamasıdır.»
871.Əmr ibn əbu Miqdam:«İmam Baqir (ə) ilk dəfə onun huzuruna daxil olarkən mənə belə buyurdu:«Danışmamışdan qabaq doğruluğu oyrənin.»
6.Mulayimlik
872.Allahın Peyğəmbəri (s):«Asanlaşdırın cətinləşdirməyin, rahatlaşdırın nifrət yaratmayın!»
873.Allahın Peyğəmbəri (s):«Risalətin təbliğinə məmur olunduğum kimi camaatla mulayim olmağa da əmr olunmuşam.»
874.İmam Sadiq (ə) Omər ibn Hənzələyə xitab edərək buyurmuşdur:«Ey Omər, bizim şiələrimizin ciyinlərinə (ağır) yuk qoymayın və onlarla mulayim davranın. Cunki insanlar onların ciyinlərinə qoyulanları goturmurlər.»
7.Nəsihət
Qur’an:
«Rəbbimin risalət və tapşırıqlarını sizə catdırıram. Mən sizin ucun inanılmış bir nəsihətciyəm.»
Hədis:
875.İmam Əli (ə) Həzrət Peyğəmbərin fəzilətlərini bəyan edərkən buyurmuşdur:«(Allah) onu sərgərdanlıqda azdıqları və fitnədə qərq olduqları bir zamanda gondərdi…..Peyğəmbər (s) nəsihət verməyi son həddinə catdırdı və doğru yolda hərəkət etdi və (camaatı) hikmət və gozəl oyudlərə də‘vət etdi.»
8.Qəlb ilə dilin bir olması
876.İmam Əli (ə) o Həzrətə məxsus hikmətlərdə buyurmuşdur:«Soz qəlbdən gələndə qəlbə yatar, dildən cıxanda isə qulaqlardan o tərəfə kecməz.»
9.Əməl ilə təbliğ
877.İmam Sadiq (ə):«Camaatı dilinizdən ayrı şeylə yaxşılığa də‘vət edin ki, sizdə calışqanlıq, doğruluq və pəhrizkarlıq gorsunlər.»
878.İmam Sadiq (ə):«Allah rəhmət etsin o qovmə ki, cıraq və nur (hidayət) mənbəyidirlər və insanları əməlləri və var gucləri ilə bizə tərəf də‘vət edirlər.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 528 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ