اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 31 » Ticarət
16:45
Ticarət
                                                             Ticarət

                                                              278.Ticarət
Qur’an:
«Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən ticarət istisna olmaqla bir-birinizin mallarını haqsız yerə yeməyin və bir-birinizi oldurməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir.»
Hədis:
937.İmam Əli (ə):«Ticarət işləri ilə məşğul olun ki, ticarət sizi başqalarının malından ehtiyacsız edir. Allah-taala duz olan peşə sahibini sevir.»
938.İmam Sadiq (ə):«Ticarət etmək ağlı artırar.»

                                                            279.Ticarət etməmək
939.İmam Sadiq (ə):«Ticarət etməmək ağlı zəiflədir.»
940.İmam Sadiq (ə) geyim alveri ilə məşğul olan Məaz ibn Kəsir «mənim ozumə gorə sərvətim var və bazardan cıxmaq qərarına gəlmişəm» dedikdə buyurmuşdur: «Belə olan halda nəzərin etibardan duşəcək və hec bir işdə səndən komək istənilməyəcək.»

                                                           280.Ticarətin qayda və şərtləri
941.Allahın Peyğəmbəri (s):«Alver edən şəxs beş işdən - sələmdən, and icməkdən, malın eybini gizlətməkdən, satanda tərifləməkdən və alanda pisləməkdən cəkinməli, əks təqdirdə (deyilənləri etməyəcəyi təqdirdə) alveri tərk etməlidir.»
942.İmam Əli (ə):«Qorxaq tacir ruzidən məhrum qalar, cəsarətli tacirin ruzisi olar.»
943.İmam Əli (ə):«Ey tacirlər! Ticarətin hokmlərini oyrənin sonra ticarət edin! Ticarətin hokmlərini oyrənin sonra ticarət edin! Ticarətin hokmlərini oyrənin sonra ticarət edin!»
944.İmam Əli (ə):«Ey tacirlər! Qazanc və işə başlamamışdan Allahdan xeyir diləyin, alverdə sadə olmaqla Allahdan bərəkət axtarın, alıcılara yaxınlaşın, həlimlik zinəti ilə bəzənin, and icməkdən cəkinin, yalan deməkdən uzaqlaşın, zulm etmək və haqsızlıqdan qorxun, məzlumlarla insaf və ədalətli davranın, sələmin ətrafına fırlanmayın «və olcu və cəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer uzundə fəsad torədən olaraq dolaşmayın.»
945.İmam Sadiq (ə):«Ticarət etmək istəyən hər bir şəxs oz dininin hokmlərini oyrənməlidir ki, halalı haramdan secə bilsin. Oz dininin hokmlərini oyrənmədən ticarət edən şəxs şubhələr (halal –haramlığı məlum olmayan) bataqlığına yuvarlanar.»
946.İmam Sadiq (ə):«Bir-biri ilə alver edən iki musəlmandan biri peşman olub işin pozulmasını istəyən zaman qarşı tərəf onun xahişini qəbul etsə, Allah Qiyamət gunu onun səhv və xətalarından kecər.»

                                                        281.Cəkidə aldatmaq qadağandır
Qur’an:
«Vay halına cəkidə və olcudə aldadanların! O kəslərin ki, ozləri xalqdan bir şey alan zaman onu tam olcub alar, xalq ucun olcdukdə və ya cəkdikdə isə onu əskildərlər.»
Həmcinin muraciət et:Ən’am 152;Hud 84, 85; Şuəra 181-183; ər-Rəhman 7-9
Hədis:
947.Allahın Peyğəmbəri (s):«Cəkəndə (muştərinin xeyrinə) ağır cəkin.»
948.İmam Sadiq (ə):«Tərəzi muştərinin xeyrinə ağır olmayınca muştərinin haqqı odənilməyəcəkdir.»

                                                       282.Tacirlərin sədəqə verməyə təşviq edilməsi
949.Allahın Peyğəmbəri (s):«Ey tacirlər! Alver zamanı Şeytan və gunah yanınızdadır. Odur ki, alış-verişinizi sədəqə ilə qarışdırın.»

                                                      283.Alış-verişdə asanlıq yaratmaq
950.Allahın Peyğəmbəri (s):«Allah rəhm etsin o bəndəyə ki, alış-verişdə, borcun verilməsi və alınmasında asanlıq yaradır.»
951.İmam Əli (ə) mal satan bir kişiyə tovsiyə edərək buyurmuşdur: «Allahın Peyğəmbərinin (s) belə buyurmasını eşitdim: Guzəşt və asanlıq yaratmağın ozu bir nov mənfəətdir.»
                                                      284.Cənə vurmaq
952.Allahın Peyğəmbəri (s):«Ey Əli! Dord şeydə cənə vurma: «Qurbanlığın, kəfənin və qulun alınmasında və Məkkə səfərinin kirayəsində.»
953.İmam Baqir (ə):«Muştəri ilə cənə vur. Cunki cox pul versə də cənə vurmaq rahatlıq və xatircəmliyə səbəb olur. Alış-verişdə ziyana uğrayan nə tərifə layiqdir, nə də mukafata!»

                                                    285.Cənə vuranla cənə vurmayan arasında fərq qoymamaq
954.İmam Sadiq (ə) malının ustunə muəyyən bir qiymət qoyub onu cənə vurmayan muştəriyə həmin qiymətə, malı həmin qiymətə almaq istəməyən buna gorə də cənə vuran muştəriyə isə malı artıran şəxs barəsində buyurmuşdur:«Əgər hər ikisinə və ucuncu bir şəxsə (satanda) malı artırsa eybi yoxdur. Amma həmin miqdar malı o qiymətə almaqdan imtina edərək cənə vuran şəxsə belə edir, cənə vurmayana etməyirsə, mən bu cur işi bəyənmirəm.Əlbəttə, malın hamısını bir yerdə topdan satsa bu istisnadır.»

                                                   286.Mominin momindən qazanc goturməsi
955.İmam Sadiq (ə):«Mominin momindən qazanc goturməsi sələmdir, bu istisna ilə ki, malı yuz dirhəmdən artıq qiymətə almış olsa, bu halda həmin malın qiymətinin ustunə gundəlik yeməyin miqdarı qədər artır. Yaxud da (momin momindən aldığı malı) ticarət etmək ucun almış olsun ki, onda onlardan qazanc goturmək olar. Amma (hər halda) bir-birinizlə mulayim və mehriban davranın.»
956.İmam Sadiq (ə) mominin momindən qazanc goturməsinin sələm olması barəsindəki rəvayətlə bağlı buyurmuşdur:«Bu haqqın hakim olduğu və biz əhl-beytin Qaim imamı qiyam edən zaman ucundur. Bu gun isə (həmin işi gorməyin) eybi yoxdur.»

                                                 287.Yaramaz və pis əməlli tacirlər
957.Allahın Peyğəmbəri (s):«Tacirlər yaramaz adamlardırlar.» (Peyğəmbərə) dedilər:«Ey Allahın Peyğəmbəri, məgər Allah alış-verişi halal etməyib?» Buyurdu:«Bəli, amma bu tayfa alver edən zaman yalan danışır və and icməklə gunah edir.»
958.Kənzul-ummal:«İmam Əli (ə) bazara gələr və oz yerində dayanıb buyurardı:«Salam olsun sizə ey bazar əhli! Allahdan qorxun və and icməyin! Cunki and icmək malı rovnəqləndirir və bərəkəti aradan aparır. Duz alıb duz verəni istisna olmaqla, tacirlər yaramaz adamlardır!»

                                                288.Tacirin doğru danışmağı
959.Allahın Peyğəmbəri (s):«Doğru danışan və doğru əməl sahibi olan musəlman tacir Qiyamətdə şəhidlərlə bir yerdə olar.»
960.Allahın Peyğəmbəri (s):«Doğru danışan tacir Qiyamətdə ərşin kolgəsinin altında olacaqdır.»
961.Allahın Peyğəmbəri (s):«Allah uc nəfər(in uzun)ə baxmayacaq: «……oz malını yalandan tərifləyənə.»

                                               289.And icməklə malı tərifləmək
962.İmam Əli (ə):«Ey dəllallar! Az and icin! Cunki bu iş malın satılmasına səbəb olsa da,(həqiqi) xeyir və mənfəəti aradan aparar.»
963.İmam Sadiq (ə):«Allah-taala malını and icməklə satan şəxsə nifrət edər.»
 
                                              290.Axirət ticarəti
Qur’an:
«Ey iman gətirənlər! Sizə elə bir ticarət yolu gostərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O bundan ibarətdir:) Allaha və Onun Peyğəmbərinə iman gətirin və Allah yolunda mal və canınızla cihad edin. Əgər bilsəniz, bu sizin ucun daha xeyirlidir.»
Hədis:
964.Allahın Peyğəmbəri (s):«Gozun gorən və qəlbinə yatan hər bir şeyi Allaha gorə kənara qoy. Budur axirət ticarəti. Cunki Allah buyurub:«Sizdə olan tukənər, Allah dərgahında olan isə əbədidir.»
965.Allahın Peyğəmbəri (s):«Dunya taciri ozunu və malını təhlukəyə atır, axirət taciri isə qazanc və mənfəət goturur. Onun ilk qazancı nəfsi, ondan sonra isə uca Cənnət!»
966.İmam Əli (ə):«Saleh əməl kimi ticarət, savab kimi qazanc yoxdur.»
967.İmam Əli (ə):«Ən cox qazancı dunyanı verib axirəti alan şəxs əldə edib.»
968.İmam Əli (ə):«Kim ozunu Cənnətdən başqa bir qiymətə satsa dərdi-sərə duşub.»
969.İmam Əli (ə):«Kim Allaha itaəti oz malı etsə, ticarət etmədən qazanclar ona tərəf gələr.»
                          291.Ticarət momini Allahı zikr etməkdən və yada salmaqdan yayındırmır
Qur’an:
«O kəslər ki, nə ticarət, nə alış veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gozlərin haldan-hala duşəcəyi bir gundən qorxarlar.»
Hədis:
970.Fiqhur-Rza (ə) kitabında:«Qazanc və ticarətlə məşğul ikən namazın vaxtı catan zaman alverin səni namazdan saxlamasın. Cunki Allah bəzilərini bu cur vəsf edərək tərifləyib:«O kəslər ki,….. yayındırmaz» Onlar tacir olublar. Amma namazın vaxtı catan kimi qazanc və alverdən əl cəkərək namaza durardılar. Onların muzd və mukafatı ticarət etməyib namaz qılanlardan cox idi.»

                                                                      292.Ticarət və din
971.İmam Əli (ə):«Dinini oz dukanı etmiş şəxsin dinindən payı, elə həmin yediyidir.»
972.İmam Əli (ə):«Axirət əməli ilə dunya (malı) axtaran şəxs oz məqsədindən daha da uzaqlaşar.»

Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 490 | Добавил: sahil | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ