503. Uzaqgorənlik
1527. İmam Əli (ə):«Uzaqgorənlik zirəklikdir.»
1528. İmam Əli (ə):«Uzaqgorən şəxs ehtiyatlı, uzaqgorənliyi tərk edən isə qorxusuz olar.»
1529. İmam Sadiq (ə):«Uzaqgorənlik gumanın cırağıdır.»
504. Nəticəni duşunmək
1530. İmam Əli (ə):«Kim sonunu duşunmədən işə başlayarsa, ozunu cətinliklərin təhlukəsinə atar.»
1531. İmam Əli (ə):«İşə başlamamış (nəticəni) duşunmək, səni peşmancılıqdan amanda saxlar.»
1532. İmam Əli (ə):«İnsanların ən ağıllısı, onların aqibəti ən cox duşunənidir.»
505. Uzaqgorənlik və qərar qəbulu
1533. İmam Əli (ə):«Qələbə uzaqgorənlik və guclu iradə ilə qazanılar.»
1534. İmam Əli (ə):«Uzaqgorənlik olmayan əzm və qərarda xeyir yoxdur.»
506. Uzaqgorənliyin izahı
1535. İmam Əli (ə):«Uzaqgorənlik aqibəti duşunmək və mudriklərlə məsləhətləşməkdir.»
1536. İmam Əli (ə):«Uzaqgorənliyin koku, şubhə yarananda dayanmaqdır.»
1537. İmam Əli (ə):«Sınamamış e‘timad etmək, uzaqgorənliyə ziddir.»
507. Uzaqgorən
1538. İmam Əli (ə):«Uzaqgorən şəxs odur ki, dunyanın aldadıcı mənzərəsi onu axirət naminə calışmaqdan cəkindirməsin.»
1539. İmam Əli (ə):«Uzaqgorən şəxs ozunə yaxşı dost secər. Cunki, insana oz dostu ilə qiymət verilir.»
1540. İmam Əli (ə):«Uzaqgorən şəxs odur ki, nemət və var-dovlət onu axirət ucun calışmaqdan saxlamasın.»
1541. İmam Əli (ə) :«Uzaqgorən şəxs odur ki, qəzəbin şo‘lələri şaxə qalxanda cəza verməyi tə‘xirə salsın və ilkin fursətdə yaxşılığın əvəzini (yaxşılıqla) odəməyə tələssin.»
508. Ən uzaqgorən insan
1542. Allahın Peyğəmbəri (s):«Ən uzaqgorən insan, hamıdan cox oz qəzəbinə qalib gələndir.»
1543. Allahın Peyğəmbəri (s): «Sizin aranızda ən zirəyiniz olumu başqalarından daha cox yad edən və ən uzaqgorəniniz ona daha cox hazır olanınızdır.»
1544. İmam Əli (ə): «Sizin ən uzaqgorəniniz ən təqvalınızdır.»