اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 24 » Xəsislik
15:12
Xəsislik
                                                      Xəsislik
                                                 210.Xəsislik
Quran:
«O kəslər ki, ozləri xəsislik edir, başqalarını da xəsisliyə əmr edirlər və Allahın oz lutfundən onlara bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər ucun alcaldıcı əzab hazırlamışıq.»
«Bilin, sizi (malınızı) Allah yolunda sərf etməyə də‘vət edirlər. Sizdən Bəziləri xəsislik edirlər. Kim xəsislik etsə, ozunə xəsislik edib. Cunki Allah ehtiyacsız, siz isə mohtaclarsınız. Əgər uz dondərsəniz O, sizin yerinizə əsla sizin kimi olmayan bir qovm gətirər.»
Həmcinin muraciət edin: Nisa 53; İsra 100; Hədid 24; Qələm 12.
Hədis:
708.İmam Əli (ə):«Xəsislik butun noqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis şəxsi) hər bir pisliyə tərəf cəkən bir cilovdur.»
709.İmam Əli (ə):«Xəsislik ardır.»
710.İmam Əli (ə):«Xəsislik yoxsulluq kurkudur.»
711.İmam Əli (ə):«Əlində olana xəsislik etmək Tanrı barəsində bədgumanlıqdır.»
712. İmam Əli (ə):«Malında xəsislik edən kəs xar, dinində xəsislik edən kəs isə başıuca olar.»
713.İmam Həsən (ə) atasının ondan «paxıllıq» barəsindəki sualının cavabında buyurmuşdur:«Paxıllıq – əlində olanı şərəf amili sanmaq, (Allah yolunda) xərclənəni isə tələf olub bada getmiş guman etməkdir.»
714.İmam Sadiq (ə):«Paxıl Allahın haqqını verməyən və (malını) Allah-taalanın yolundan başqa yolda xərcləyəndir.»
715.İmam Sadiq (ə):«Paxıllıq xəsislikdən daha pisdir. Cunki xəsis oz əlində olana xəsislik edir. Paxıl isə həm başqalarının əlində olana və həm də oz malına xəsislik edir. O yerə kimi ki, camaatın əlində gorduyu hər bir şeyin halal və ya haram yolla onun olmasını arzulayır. Allahın onun ruzisi etdiyindən nə doyur və nə də bəhrələnir.»
716.İmam Rza (ə):«Xəsislik abrı bada verir.»
717.İmam Hadi (ə):«Xəsislik ən məzəmmət olunmuş xislətdir.»

                                                   211.Xəsis
718.Allahın Peyğəmbəri (s):«İnsanların icərisində ən az rahatlığı olanı xəsisdir.»
719.İmam Əli (ə):«Xəsis oz varislərinin xəzinədarıdır.»
720.İmam Əli (ə):«Xəsislik oz yoldaşını xar, ondan uzaqlaşanı isə mohtərəm edir.»
721.İmam Əli (ə):«Xəsisin hec bir dostu olmaz.»
722.İmam Əli (ə):«Xəsisə təəccub edirəm ki, ondan qacan yoxsulluğu ozunə tərəf cəkir və axtardığı zənginlik və sərvəti əldən cıxarır. O, dunyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər kimi hesab cəkiləcəkdir.»
723. İmam Əli (ə):«Sənin xəsis adama ehtiyacın buzdan da soyuqdur.»
724.İmam Sadiq (ə):«Xəsislər camaatın zəngin olmasını hamıdan cox arzulasınlar. Cunki camaat zənginləşsə xəsislərin var-dovlətindən gozlərini cəkəcəklər.»
725.İmam Sadiq (ə):«Xəsisin xəsis olmasına onun oz Allahına qarşı pis gumanda olması kifayətdir. Əvəz veriləcəyinə yəqinliyi olan şəxs bol-bol bağışlayar.»

                                             212.Həqiqi xəsis
726.Allahın Peyğəmbəri (s):«Əsl xəsis oz malının vacib olan zəkatını odəməkdən boyun qacıran, qohum əqrəbasına bəxşiş etməyən və bundan başqa yerlərdə bol-bol xərcləyən şəxsdir.»
727.Allahın Peyğəmbəri (s):«Əsl xəsis o şəxsdir ki, onun yanında mənim adım cəkilir, amma o, mənə salavat gondərmir.»

                                           213.İnsanların ən xəsisi….
728.Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi Allahın vacib etdiyini odəməyə xəsislik edən kəsdir.»
729.Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi salam verməkdə xəsislik edən kəsdir.»
730.İmam Əli (ə):«İnsanların ən xəsisi oz malını ozunə əsirgəyən və varisləri ucun qoyub gedən kəsdir.»
731.İmam Əli (ə):«Camaatın əlində olandan gozunu cəkmək bağışlamaqdan ustundur.»
732.İmam Sadiq (ə):«Əmirəl-mominin (ə) bir kişiyə beş dəvə yuku xurma gondərdi......Bir nəfər Əmirəl-momininə (ə) dedi:«Vallah filankəs səndən (bu qədər) istəməyib, beş dəvə yukunun əvəzinə ona bir dəvə yuku bəsdir.» Əmirəl-mominin (ə) ona dedi:«Allah mominlərin arasında sənin kimilərini coxaltmasın! Mən bağışlayıram, sən xəsislik edirsən?»

                                         214.Xəsisliyin nişanəsi
733.İmam Əli (ə):«Bəhanə gətirmək xəsisliyn nişanəsidir.»
734.İmam Əli (ə):«Xəsis uzr və bəhanə gətirməyə can atar.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 452 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ