604. Mariginlər
Qur’an:
«De:Sizə əməllərində ən cox ziyana uğrayan insanları tanıtdırımmı? Onlar yaxşı iş gorduklərini guman etdikləri halda, dunyadakı sə‘yləri puc olan kimsələrdir.»
Hədis:
1842. «Kənzul-Ummal» kitabından:«Allahın Peyğəmbəri (s) Huneyn (muharibəsi) gunu qızıl kulcələri bolurdu. Yoldan bir kişi gəlib dedi:«Ey Məhəmməd, ədalətli ol! Allahın Peyğəmbəri (s) buyurdu:«Vay olsun sənə! Əgər mən ədalətli deyiləmsə, bəs onda ədalətli kimdir? (Yaxud buyurdu:) Məndən sonra ədaləti kimdə tapacaqsınız?» Bu vaxt buyurdu:«Tezliklə buna bənzər insanlar gələcəklər. Onlar Allahın kitabına duşmən olduqları halda onu tələb edəcəklər. Allahın kitabını oxuyarlar, amma (oxuduqları) hulqumlarından aşağı getməz. Başları qırxıq olar. Onlar baş qaldıran zaman boyunlarını vurun.»
1843. İmam Əli (ə) (Bir nəfər yuxarıda xatırlanan ayəni o Həzrətin (ə) huzurunda oxuyanda buyurdu):«Xəvaric bu kəslərdəndir.»
1844. İmam Əli (ə):«Allahın Rəsulundan (s) eşitdim ki, axirəz-zamanda azyaşlı, quşbeyin bir camaat baş qaldırar. Sozlərin ən yaxşılarını danışar, sizdən cox namaz qılarlar, Qur‘an oxuyarlar. Amma, onların imanı hulqumlarından aşağı getməz. Ox kamandan cıxan kimi onlar da dindən cıxacaqlar. Onları oldurun.»
605. Xəvaric olduruləndən sonra
1845. İmam Əli (ə) xəvaricin cənazələrinin yanından kecərkən buyurdu: «Vay sizin halınıza, sizi aldadan sizə cox ziyan vurdu.» Ərz etdilər:«Ey Əmirəl-mominin! Onları kim aldatdı? Buyurdu:«Yoldan azdıran şeytan və pisliyə əmr edən nəfs xam arzularla onları aldatdı. Gunah meydanını onlar ucun genişləndirdi, onlara qələbə vədəsi verdi və bu vaxt onları alovun ağuşuna atdı.»
1846. «Nəhcul-Bəlağə» kitabından:«Xəvaric olduruləndən sonra Əmirəl-momininə (ə) ərz etdilər:«Ey Əmirəl-mominin! Bu camaatın hamısı məhv oldu?.» Həzrət buyurdu:«Hec vaxt, Allaha and olsun, onlar kişilərin belində və qadınların rəhmlərindəki nutfələrdir. Onlardan bir budaq bitən kimi kəsilər və bu, onlardan bir dəstə yolkəsən və oğru torənib qalanadək davam edəcək.»
1847. İmam Əli (ə):«Ey insanlar! Mən fitnənin gozunu cıxartdım və bunu onun (fitnənin) zulmət qaranlığı hər yeri buruduyu, quduzluğu və şiddəti son həddə catdığı və məndən başqa onun qarşısını almağa hec kəsin cəsarəti catmadığı bir vaxt etdim.»
606. İmamın ozundən sonra xəvaricin oldurulməsini qadağan etməsi
1848. İmam Əli (ə):«Məndən sonra xəvariclə doyuşməyin (onları oldurməyin). Cunki haqqı tələb edən və ona catmayan, batil axtaran və onu əldə edən kimi deyildir.»