610. Təvazokarlıq
Qur’an:
«Məgər mominlər ucun oz qəlblərini Allahı yad etməklə xuşu (təvazo) halına salmalarının vaxtı gəlib catmamışdırmı?»
Hədis:
1853. «İrşadul-Qulub» kitabından:«Merac hədisində Allah-taaladan nəql olunur ki, yalnız Məni tanıyan və Mənim qarşımda xuşu edən bəndələrimin qarşısında butun əşyalar təvazokar olarlar.»
1854. İmam Əli (ə):«Təvazokarlıq dua ucun necə də gozəl koməkcidir.»
1855. İmam Səccad (ə): duada buyurur: «Ey Allahım! Qane olmayan nəfsdən, doymaq bilməyən qarından, yumşaq və təvazokar olmayan qəlbdən Sənə pənah gətirirəm.»
611. Təvəzokarların sifətləri
1856. Allahın Peyğəmbəri (s):«Təvazokar insanın dord əlaməti var: gizlində və aşkarda Allahdan qorxmaq, yaxşı işlər gormək, Qiyamət gununu fikirləşmək və Allahla munacat etmək.»
1857. İmam Əli (ə):«Qəlbi xuşu halında olanın bədən uzvləri də xuşu halında olar.»