Yaxşılıq
223.Yaxşılıq Qur’an: «Yaxşılıq və pəhrizkarlıqda əlbir olun, gunah və təcavuzkarlıqda koməkləşməyin və Allahdan qorxun. O, ağır cəza verəndir.» Hədis: 755.Allahın Peyğəmbəri (s):«Omru yalnız yaxşılıq artırar.» 756.Allahın Peyğəmbəri (s):«Yaxşılığın mukafatı digər yaxşı işlərin hamısından tez catır və zulm və başqalarına qarşı həddi aşmağın cəzası (insanı) digər pis işlərdən daha tez yaxalayır.» 757.Allahın Peyğəmbəri (s):«Uc şey – qəlbin səxavətliliyi, danışığın gozəlliyi və əziyyətlər muqabilində səbrlilik yaxşılığın qapılarındandır.» 758.İmam Baqir (ə):«Dord şey yaxşılığın xəzinələrindəndir: Ehtiyacı gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizlətmək və musibəti gizlətmək.»
224.Yaxşılığın nişanəsi 759.Allahın Peyğəmbəri (s):«Yaxşılıq edənin on nişanəsi var: O, Allaha gorə sevər, Allaha gorə duşməncilik edər, Allaha gorə yoldaş olar, Allaha gorə ayrılar, Allaha gorə qəzəblənər, Allaha gorə razı və məmnun olar, Allaha gorə iş gorər. Allahı axtarar, Allahın qarşısında itaətkar, qorxan, cəkinən, pak, səmimi, həyalı və ozunə nəzarət edən olar və Allaha gorə ehsan və yaxşılıq edər.»
225.Kamil yaxşılıq 760.Allahın Peyğəmbəri (s):«Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gorduyun işi gorəsən.»
|