533. Yaxşılıq etmək
Qur’an:
«Həqiqətən, Allah-taala ədalətli olmağı, yaxşılığı, qohum-əqrəbaya bəxşiş verməyi əmr və cirkinlikləri, pislik və zulmu qadağan edir. O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız.»
Hədis:
1621. Allahın Peyğəmbəri (s) :«Qəlblərin xəmiri onlara yaxşılıq edən kəsə məhəbbət və pislik edənə qarşı duşməncilik və nifrətlə yoğrulmuşdur.»
1622. İmam Əli (ə):«Yaxşılıq etmək sənin işin olsun ki, bu ən yaxşı əkin və ən xeyir gətirən maldır.»
1623. İmam Əli (ə) :«Bəndələrə yaxşılıq etmək o biri dunya ucun nə gozəl azuqədir.»
1624. İmam Əli (ə) :«Zəkat yaxşılıq etməyin qələbəsidir.»
1625. İmam Əli (ə) :«Cox yaxşılıq edən kəsi dostları və qardaşları sevərlər.»
1626. İmam Əli (ə) :«Yaxşılıq etməklə qəlblər ələ alınar.»
534. Pislik edənə yaxşılıq etmək
1627. Allahın Peyğəmbəri (s) :«Sənə pislik edənə yaxşılıq et.»
1628. İmam Əli (ə) :«Sənin oz duşmən və bədxahlarına yaxşılıq etməyin onlara pislik etməyindən daha tə‘sirlidir və onların islah olunmasına səbəb olar.»
535. Yaxşılığın izahı
1629. «Nurus-Səgəleyn» kitabında «O kəs ki, uzunu ixlasla Allaha tərəf tuta və ehsan edə…» ayəsi haqda rəvayət olunur ki, Peyğəmbərdən (s) yaxşılıq və ehsan barəsində soruşduqda buyurub:«Ehsan budur ki, Allaha sanki onu gorurmuş kimi ibadət edəsən. Cunki, sən Onu gormursənsə də, O, səni gorur.»
536. Yaxşılıq edən kəs ozunə yaxşılıq etmişdir
Qur’an:
«Əgər yaxşılıq etsəniz, ozunuzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, ozunuzə pislik edirsiniz.»
Hədis:
1630. İmam Əli (ə) :«Əgər yaxşılıq etsən, ozunə hormət qoyub ozunə yaxşılıq etmisən, əgər pislik etsən ozunu xar etmiş, ozunə zərər yetirmisən.»
537. Muşriklərin yaxşılıqlarının nəticəsi.
1631. Salman ibn Amir Zəbbi:«Ərz etdim:«Ey Allahın Rəsulu! Atam qonaqpərvər və qonşucanlı, əhdinə vəfalı və cətinliklərdə əl tutan olub. Bunların ona xeyri varmı? Allahın Peyğəmbəri (s) soruşdu:«O muşrik olaraq oldu?» Ərz etdim:«Bəli.» Buyurdu:«Bunların ona bir xeyri olmaz. Ancaq, bu işlərə gorə ondan sonra qalan ovlad və nəvələri hec vaxt cətinlik, zəlillik və mohtaclıq gorməyəcəklər.»