اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Меню сайта

FAYLLARIN KATALOQU
QURAN ÖYRƏN [1]
ISLAMI VIDEOLAR [5]
ÖLUM CƏNNƏT CƏHƏNNƏM [6]
TƏBİƏT VƏ YARADİLİŞ [12]
QURANI KERIM-TERCUME [116]
EHLIBEYT HƏDISLƏR [129]
CIHAD [8]
İSLAMİ KLİPLƏR [34]
SƏNƏDLİ FİLMLƏR [25]
İSLAMİ FİLMLƏR [75]
İSLAMİ CİZGİ FİLMLƏR [10]
ISLAMI MP3 [2]
ISLAMI MÖCUZƏLƏR [5]
İSLAMİ XƏBƏRLƏR [33]
ISLAMI PROQRAMLAR [20]
AZƏRİCƏ MƏRSİYƏLƏR [27]
QARİŞİQ DİLLƏRDƏ MƏRSİYƏLƏR [4]
QURAN QARİLƏRİ [18]
QAN YADDAŞİ (QARABAG) [20]
DINI SAYTLAR KATALOQU [3]
ƏRƏB KLAVİATURASİ [1]
ALIMLERDEN MOIZELER [19]
AZƏRİCƏ ROVZƏLƏR [5]
SEYYID TALEH [61]
OCAQ NECAT AGA [82]
HACI ŞAHİN [38]
ABDULBASIT ABDUSSAMED [18]
HACI ZULFUQAR [34]
NAMAZI BELƏ QİLAQ [5]


Главная » 2011 » Июль » 19 » Yemək
21:57
Yemək
                                                         Yemək


                                                       63.Yemək
247.Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Cox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»
248.İmam Əli (ə):«Az yemək bir nov pəhrizkarlıq, cox yemək isə bir nov israf və həddi aşmaqdır.»

                                                      64.Cox yemək.
249.Allahın Peyğəmbəri(s):«İnsan qarnından pis qab doldurmayıb.»
250.Allahın Peyğəmbəri(s):«Qarnını dolduran şəxs goylərin və yerin ruhlar aləminə daxil olmaz.»
251.Allahın Peyğəmbəri (s):«Cox yeməkdən cəkinin ki, o qəlbi bərkidər, bədən uzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri oyud-nəsihət eşitməkdə kar edər.»
252.İmam Əli (ə):«Yeməyi cox olanın sağlamlığı az olar və dolanışıq yuku ciyinlərinə ağırlıq edər.»
253.İmam Əli (ə):«Aclıqla xəstəlik bir yerə sığışmaz.»
254.İmam Sadiq (ə):«Mominin qəlbi ucun cox yeməkdən ziyanlı bir şey yoxdur. Cox yemək iki şeyə səbəb olar: daşurəkliliyə və şəhvətin oyanmasına.»

                                                      65.Cox yeməyin ziyanları.
255.İmam Əli (ə):«Zehnin itiliyi ilə cox yemək bir yerə sığışmaz.»
256.İmam Əli (ə):«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri gorməkdə kor olar.»
257.İmam Əli (ə):«Toxluq pəhrizkarlığı kor edər.»
258.İmam Əli (ə):«Toxluq gunahlar ucun necə də yaxşı yoldaşdır.»

                                                      66.Aclıq
259.Allahın Peyğəmbəri(s):«Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq cəkir və səbr edir. Belələri Qiyamət gunu tox olacaq kimsələrdir.»
260.Mustədrəkul-vəsail:«Me’rac hədisində deyilir:  Həzrət Peyğəmbər (s) buyurub:«Pərvərdigara! Aclığın səmərəsi nədir?» Allah-taala buyurub:«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik huzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya cətin yaşamaqdan qorxmamaq.»
261.İmam Əli (ə):«Nəfsi cilovlamaq və adətləri pozmaq ucun aclıq necə də gozəl yoldaşdır.»
262.İmam Hadi (ə):«Gecə oyaq qalmaq yuxunu urəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.»

                                                     67.Yeməyin miqdarı.
263.Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl gotur.»
264.İmam Rza (ə):«Kim sağlam, həmcinin arıq və cevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.»

                                                     68.Sufrə qaydaları.
265.Allahın Peyğəmbəri(s):«Kim başqasının gozu qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə ducar olar.»
266.Allahın Peyğəmbəri(s):«Momin oz ailəsinin istəyi ilə yemək yeyir, munafiqin ailəsi isə onun istəyi ilə yeyir.»
267.İmam Əli (ə):«Kim yemək yeməyə və ya su icməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şukr etsə, həmin yemək neməti barəsində ondan hec vaxt sual soruşulmaz.»
268.İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Cunki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrubədən kecmiş zərdabdan ustun tutardı.»
269.İmam Əli (ə):«İsti yeməyi soyudun. Cunki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu:  Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.»
270.İmam Həsən (ə):«Sufrənin on iki qaydası var ki, hər bir musəlman onları bilməlidir:  Onların dordu vacib, dordu sunnə (mustəhəbb)  dordu isə ədəbə riayət etməkdir. Vacib olan dordu: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şukr etmək; sunnə olan dordu: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi ustundə oturmaq, uc barmaqla yemək və barmaqları yalamaq; ədəbə gorə olanlar isə - qarşında olanı yemək, tikəni kicik goturmək, yeməyi yaxşı ceynəmək və camaatın uzunə az baxmaqdan ibarətdir.»
271.İmam Sadiq (ə):«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.»
272.İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya icməli şeyi ufurməkdən cəkindirib.»
273.İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Cunki qabların ağzı ortulu olmayanda şeytan onlara ağız suyu atır və onların icindən istədiyini goturur.»
274.İmamKazimdən (ə) alcaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Kucədə-bazarda (bir şey) yeyən adam.»
275.əl-İxtisas:«Nəql edilib ki:  Sufrədə oturmağı uzadın. Cunki həmin muddət sizin omrunuzdən hesab edilmir.»
Категория: EHLIBEYT HƏDISLƏR | Просмотров: 424 | Добавил: sahil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
         KITABXANA
1.5
           QURAN OXU               QURAN DINLE       ISLAMI SAYTLAR
EHLIBEYT-MOIZE.UCOZ.RU
ISLAM-AZERI.AZ
AHLIMAN.COM
MUSELMAN.WS
DEYERLER.ORG
HAQQYOLU.COM
AHLALBAYT.RU
ISLAMMEKTEBI.ORG
SIZINYOL.COM
ZEKA.AZ
HZ-ALI.TK
ZEHRANET.COM
ISLAMAZ.COM
SONUMID.TK
HILAL.AZ
ISLAMINSESI.AZ
FAKTXEBER.COM
NOOR.AZ
AHLIBEYT.AZ
AHLIBEYT.GE
KOVSER.AZ
BIRLIK.AZ
IMAN.GE





ГлавнаяРегистрация Вход
seo анализ