607. Ziyankarlar
1849. Allahın Peyğəmbəri (s):«Ziyankar oz axirətini abad etməkdən qafil olan kəsdir.»
1850. Allahın Peyğəmbəri (s):«Omrunu dunyanı qazanmağa sərf edən kəs, bu ticarətdə ziyan etmiş və uğuru əldən vermişdir.»
608. Dunya və axirətdə ziyana uğrayanlar
Qur’an:
«İnsanların arasında elələri var ki, Allaha tərəddudlə ibadət edirlər. Əgər ona bir xeyir yetişərsə qəlbi ondan rahatlıq tapar, əgər qarşıya bir imtahan cıxarsa ondan uz dondərər (və dəyişər). Dunya və axirətdə ziyana uğrayarlar və bu həmin acıq-aşkar ziyandır.»
Hədis:
1851. İmam Əli (ə) «Kimin bədbəxtliyi daha coxdur?» sualına cavabından: «Dunyanı dunyaya xatir tərk edən və buna gorə dunyanı da əldən verən, axirətinə də ziyan vuran kişi. Bir də ozunu gostərmək ucun ibadət edən, calışan və oruc tutan kişi. Dunyanın xətrinə dunya ləzzətlərindən məhrum olub və ozunə əziyyət vermiş bu şəxs, əgər bunları Allaha xatir etsəydi, Allahın mukafatına layiq olardı.»
609. Ən cox ziyana uğrayanlar
Qur’an:
«De: Sizə (əməllərində) ən cox ziyana uğrayan insanlardan xəbər verimmi? Onlar yaxşı iş gorduklərini guman etdikləri halda, dunyadakı sə‘yləri hədərə gedənlərdir.»
Hədis:
1852.İmam Əli (ə):«Ticarətdə ən cox ziyana uğrayan və sə‘ylərində hamıdan uğursuz kimsə odur ki, oz bədənini (dunya) malı axtarmaq ucun taqətdən sala və taleyin muqəddəratı onun uzunə gulməyə, o da peşmancılıq və həsrətlə dunyadan kocərək onun yuku ilə axirətə uz tuta»